Xəbər lenti
Axtar
09 Oca 2021, 17:24   
    63


Koronavirus vaxt keçdikcə daha yüngül formaya keçəcək - Fərqli rəy

İnsanlar koronavirusu vaxt keçdikcə daha yüngül formada keçirəcəklər.

XEBERTV.AZ oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı professor, infeksion xəstəlikləri həkimi Nikolay Malışev proqnoz verib.

Mütəxəssisin sözlərinə görə, vaksinasiya koronavirusun yayılmasının qarşısını almağa kömək edəcək, ancaq o, tamamilə yox olmayacaq.

"Bu və ya digər şəkildə, bundan sonra onunla yaşamalı olacağıq. Uzun müddət... Amma indiki şəkildə deyil", - deyə Malışev bildirib.
loading...