Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • Türkiyə Müdafiə Nazirliyindən 31 Mart Soyqırımı Günü ilə bağlı PAYLAŞIM
  • 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
  • "Miqrasiya prosesləri" ictimai birliyinin sədri, Aparıcı elmi işçı, Dossent yazıçı, alim, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Fəridə Hicran Vəliyeva, "44 günlük müharibədən sonra" lahiyəsi ilə Avropaya üz tutur.
  • Ukraynada azı 249 mülki şəxs həlak olub - BMT
  • Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına yaradılan "POLAD TV" nin efirində Xocalı faciəsini əks etdirən qısametrajlı film hazırlanmışdır.
  • ŞOK İDDİA! Uşaq üçün dərman aldılar - GÖRÜN NƏ ÇIXDI VİDEO
  • Rusiya "İsgəndər”lərlə təlimlərə başladı
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • 09 Ara 2020, 10:31   
        328




    Turqut deyirdi ki, həbrçi yoldaşları ön cəbhədə ola-ola, özü arxada ola bilməz - Şəhid anası - FOTO

    Turqut hər ay maaşından 200 manat kimsəsiz, xəstə və ehtiyacı olan şəxslər üçün pul ayırırdı. Biz bunu o şəhid olandan sonra bilmişik.

    XEBERTV.AZ bildirir ki, bunu Trend-ə açıqlamasında Vətən müharibəsində canından keçmiş şəhid Turqut Xəlilbəylinin atası Nadir Xəlilbəyli deyib.



    Onun sözlərinə görə, oğlu hər zaman torpaqlarımızın işğaldan azad olunacağına inanırdı:

    "Turqut çox qeyri-adi bir övlad olub. Uşaq vaxtından hər kəslə dil tapardı, böyükdən-kiçiyə kimi - hamı onun dostu idi. Mehriban, gülərüz bir uşaq idi, hər kəsə özünü sevdirmişdi. Məktəb illərindən istedadlı uşaq olub, altıncı sinifdən Türkiyə liseyinə gedib, oranı bitirdikdən sonra isə Tibb Universitetinə - hərbi həkimliyə daxil olub.

    Təhsil aldığı dövrdə yalnız həftə sonları evə gələrdi. Orada da yüksək nəticələri var idi. Universiteti bitirdikdən sonra isə Beyləqana təyinat verdilər. Elə orada da hərbçi kimi fəaliyyətə başladı və üç il işlədi".

    N.Xəlilbəylinin sözlərinə görə, Turqut arxa cəbhədə hospitalda işləməli idi, ancaq öz istəyi və xahişi ilə yoldaşları ilə ön cəbhədə olmaq istədi:

    "Sonuncu dəfə onun yanına getmişdim. Görüşmüşdük, hər şeyin qaydasında olduğunu bildirdi. Sağollaşanda qulağıma pıçıldadı ki, anama demə harada olduğumu, nigaran qalmasın. Mən də ona dedim ki, narahat olma yaxın vaxtlarda yenə gələcəm, görüşəcəyik. O isə bildirdi ki, ata, daxırma növbəti səfərimizdə mən Kəlbəcərdən gələcəm. Ya buradan girib, oradan çıxmalıyam, ya da geri dönməyəcəm. Həmişə inanırdı ki, torpaqlarımız işğaldan azad olunacaq".

    Turqut Xəlilbəylinin anası Almaz Hüseynova isə bildirib ki, Turqut həbrçi yoldaşları ön cəbhədə ola-ola, özü arxada ola bilməzdi:



    "Mənim xəbərim yox idi ki, Turqut müharibədədir. Nə vaxt telefonla danışsam, deyirdi hər şey yaxşıdır. İstəmirdi ona görə nigaran qalım. Ön cəbhədə olduğunu bildiyimdə mənə söylədi ki, yoldaşları orada yaralanarsa, mütləq onlara kömək olmalıdır. O, hospitalda əsgər-zabitlərə qulluq etməliydi, ancaq öz istəyi ilə döyüş bölgəsinə getdi. Hər gün telefonla danışırdıq, ancaq şəhid olan günü elə səhər danışdım, sonra xəbər ala bilmədim".

    Turqutun hərbçi dostları onun hərçbi yoldaşlarından birini xilas edən zaman şəhid olduğunu söyləyiblər:

    "Bir gün hərbçi yoldaşları ilə Cəbrayılda mərmi yağışına düşüblər. Həmin an hamı özünü bir küncə sıxanda Turqut çətin bir şəraitdə yenə də yaralılara yardım edirmiş. Onlardan üçünü sürüyərək çökək bir yerə gətirib yığıb. Belə vəziyyət 3 dəfə olub, onlardan birində özü də yaralanıb, ancaq özünü digər yaralı hərbçinin üzərinə atıb ki, o, sağ qalsın, özü isə şəhid olub. Həmin hərbçi hazırda sağdır və bir neçə gün öncə zəng edərək bildirmişdi ki, gəlib bizlə görüşüb halallıq lacaq. Mən əvəzində ona dedim ki, mənim oğlum vətən uğrunda canından keçib, vətən sənə halallıq versin".



    Xatırladaq ki, Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. O, Dağlıq Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan ilk həkimdir.
    loading...