Xəbər lenti
Axtar
22 Kas 2020, 07:43   
    85


Şaxta olacaq, qar yağacaq - Bu günün HAVA PROQNOZU

Şaxta olacaq, qar yağacaq - Bu günün HAVA PROQNOZU
Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

XEBERTV.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-11, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Noyabrın 22-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 7-11 isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacaq.



Noyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əssasən əlverişlidir.
loading...