Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şalvarın ətəyini (balağını) qısaltmaq sünnə sayılırmı və savabdırmı?
  • Türkiyə MN: Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik
  • İnsan bəzi xeyir işlər görüb, savabını başqasına hədiyyə edə bilərmi?
  • İnsan dünyasını dəyişəndən sonra dəfnə kimi cənazə evdə qaldığı müddətdə nə etmək lazımdır?
  • Kəsilən dırnaq və saçları, qopan dişləri hara tullamaq lazımdır?
  • Kişinin saçına rəng qoyması dini baxımdan icazəlidirmi?
  • Təvvabin kimlərdir və onların qiyamı nə zaman baş verib?
  • Fransa radiosu Füzulidən reportaj hazırladı
  • Bu ərazilərdən 400-dən çox erməninin cəsədi çıxarıldı
  • “Haber Global” şəhid polkovnik Babək Səmidli haqqında süjet hazırladı - VİDEO
  • Ermənilər Xankəndidə uşaq bağçalarını da minalayıblar
  • Daha bir erməni diversiyası
  • Kəlbəcərdən daha bir - Video
  • Kapitulyasiya aktı bizi çörəksiz qoydu - Xaçatryan
  • Bu ərazilərə güclü qar yağacaq - PROQNOZ
  • Rusiya Xankəndi-Bakı dəmiryolunu açmaq istəyir
  • Azərbaycan 350 meyiti Ermənistana təhvil verdi
  • İlham Əliyev: “Türkiyə Prezidenti təhlükəsizlik tədbirlərinin möhkəmlənməsində mühüm rol oynayır”
  • Hava dəyişir: qar yağacaq, 10 dərəcə ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
  • İlham Əliyevin xalqa müraciəti Misir mediasında
  • 36 kəndin 31-də azərbaycanlılar yaşayırdı - "Nyu York Tayms"
  • Ey Qarabağ əhli, hazırlaş... - Video
  • Ermənilər Azərbaycan kəndlərini kustar üsulla hazırlanan silahlardan atəşə tutub - VİDEO
  • Ermənilər indi də Ağdamda evləri yandırır - Video
  • Prezident sükan arxasında Xudafərinə gedir... - Video
  • 21 Kas 2020, 07:51   
        53

    Qoruyucu maskadan istifadə etməyənlər CƏRİMƏLƏNƏCƏK

    Qoruyucu maskadan istifadə etməyənlər CƏRİMƏLƏNƏCƏK
    Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən noyabrın 21-dən dekabrın 28-dək ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi qismən sərtləşdirilib.

    XEBERTV.AZ xəbər verir ki, yeni qərara əsasən bu gündən etibarən açıq havada və qapalı məkanlarda qoruyucu maskadan istifadə etmək məcburidir. Bu müddət ərzində qoruyucu maskadan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun məsuliyyət daşıyır.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.Publika.az
    loading...