Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • 24 Eyl 2020, 20:01   
        452

    BAKI-XEBERTV.AZ
    Biz gənclər Ali BaşKomandanımızın əmrinə hər an hazırıq
    Heç kəsdə şübhə doğurmur ki, bu gün Azərbaycan işğal altında olan torpaqlarını müharibə yolu ilə ən qısa zamanda azad etmək imkanlarına malikdir. Ordumuzun yüksək döyüş hazırlıq qabiliyyəti, ən son növ döyüş texnikası və hərbi avadanlıqlar ilə təmin olunması eləcədə gənclərimizin ölkə rəhbərliyinə və ordumuza verdiyi dəstək bunu deməyə əsas verir. İyulun 12-də Azərbaycan - Ermənistan sərhəddində, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatının qarşısını ləyaqətlə alması bir daha ordumuzda özünə inam hissi qazandırıb.Düşmən tərəfinin qəfil hücuma keçməsi zamanı ordumuz müdafiə olunaraq vətənimizin ərazi bütövlüyünün qorunub saxlanılması və yağı düşmənə layiqli cavab verərək onların qanunsuz əməllərini bir daha ifşa etmiş oldu. Ağır keçən döyüşlərdə erməni ordusunun hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnikİ lqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən 10 hərbi qulluqçu da qəhramancasına həlak olub.Öz canları, qanları bahasına vətənimizin müdafiəsinə qalxan igid oğullarımız şəhidlik zirvəsinə ucaldılar.Xalq öz şəhidlərini böyük izdiham və qürur hissi ilə son mənzilə yola salarkən hamı bir daha inandı ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, Ali Baş Komandanın əmr verməsi ilə silaha sarılıb torpaqlarımızın azadlığı ugrunda hər an döyüşə getməyə hazır olduqlarını bildiriblər.
    Sevindirici hal ondadır ki, nəinki paytaxt Bakıda, eləcədə respublikamızın digər şəhər və rayonlarında ordumuza dəstək aksiyası keçirildi.Əsasən böyük əksəriyyəti gənclərdən ibarət olan aksiya iştirakçıları, düşmən təxribatlarına son qoymağa və torpaqlarımızdan bir dəfəlik getmələri tələb olunarkən, “Qarabağ Azərbaycandır” “Qarabağa Azadlıq” şüarları səsləndirildi.
    Ancaq təəssüf hissi ilə bildirmək istəyirik ki,bu gün həm daxili, həmdə xarici düşmənlərimiz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından çox narahatdırlar.Əsasən radikal müxalifətin yarıtmaz siyasəti və fikirləri əhali arasında narahatçılıq doğurmaqdadır.Sapı özümüzdən olan baltalar Avropanın bir çox ölkələrində oturub, ölkəmiz əleyhinə çıxışlar edərək,erməni dəyirmanına su tökməklə məşğul olurlar.Hətta erməni havadarlarının dəstəyi ilə Azərbaycan xalqını təhqir etməkdən belə çəkinmirlər. Belələri əsasən sosial şəbəkələr vasitəsi ilə öz çirkin əməllərini açıq aşkar yaymaqda, eləcədə heç bir həqiqətə sığmayan fikirlərlə əslində erməni vandallarının satılmış olduqlarını isbat etmiş olurlar.
    Biz Azərbaycan gəncləri olaraq mübarizəmizi sosial şəbəkələr vasitəsi ilə də aparmalıyıq ki,düşmən tərəfi bizim hansı gücdə olduğumuzu bir daha görmüş olsun.Biz bilirik ki, bütün dünyada müharibələr tək səngərlərdə getmir.Müasir dövrün tələblərinə uyğun olaraq informasiya müharibəsi günümüzün aktual məsələlərindən biri olmaqda davam edir.
    Bütün bu baş verən hadisələrdən biz gənclər kənarda qalmamalı,əksinə hər an, hər dəqiqə daxili və xarici düşmənlərimizə zamanında layiqli cavab vermək bizim vətəndaşlıq borcumuz olduğunu unutmamalıyıq.Qeyd etmək istəyirəm ki, təmsil etdiyim Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı və Gənclər Birliyinin üzvləri, işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Ali Baş Komandanımızın əmr və tapşırıqlarına hər an hazırıq.Əldə silah vətənimizin müdafiəsi uğrunda mübarizəyə qalxmağa zamanını səbrsizliklə gözləyirik.
    YAP Ağcabədi rayon təşkilatı məsləhətçisi və GB üzvü Elşən Səfərov
    loading...