Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Ermənistan qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi”
  • Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gündən...
  • Uzun müddət ofissiz fəaliyyət göstərən Şamil Sabiroğlu Azərbaycanın Dövlət Başçısına müraciət etdi!
  • Kütləvi yoluxmanın qeydə alındığı bazar bağlandı
  • Rusiyaya gedənlərə ŞAD XƏBƏR: Qaydalar SADƏLƏŞDİ
  • Trampdan XOŞ XƏBƏR: "Peyvənd bir neçə həftə sonra hazır ola bilər"
  • Məhkəmə Mübariz Mənsimovla bağlı QƏRAR VERDİ
  • Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında - Video
  • Bakının işğaldan azad edilməsi Gəncədə qeyd edildi - Foto
  • “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İçtimai Birliyi tərəfindən növbəti vətənpərvərlik haqqında tədbir keçirildi.
  • Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 102 il ötür
  • “Ölüm mesajı” və ya dalğa-dalğa gələn fəlakət: Dünya bundan hələ 5 il xilas ola bilməyəcək
  • Leysan nəticəsində 351 nəfər öldü
  • "Mühafizə xidməti çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və..."
  • General müharibəyə və "böyük itkilər"ə hazır olmağa çağırdı
  • 15 yaşlı qızı hamilə buraxan müəllim haqqındakı bir illik həbs qərarı ləğv edildi: İşə yenidən baxılacaq
  • Yeni MƏCBURİYYƏT GƏLİR: Rusiyaya gedənlər bunu edəcəklər
  • Ayrılığın metefizikası yaxud əbədiyyətin birinci ildönümü
  • DAHA BIR DÖYÜŞÇÜ KOMANDİRİMİZİN İTİRDİK....
  • Naməlum nömrədən gələn zəngin təhlükələri açıqlanıb
  • Kişilərin erkən ölüm səbəbləri açıqlandı
  • İnanılmaz: İşıq sürətinə yaxın kosmik mühərrik kəşf edildi
  • İlham Əliyev Türkiyəyə qarşı çıxan tərəflərə sərt mesaj ötürdü - General
  • Korona əleyhinə rus peyvəndi barədə inanılmaz: Üzərində 25 ildə 3 nəsil işləyib...
  • Aktaudan 559 azərbaycanlı ölkəmizə gətirildi
  • 15 Eyl 2020, 06:55   
        51

    BAKI-XEBERTV.AZ
    “1994-cü ildə Naxçıvanda PDM təlimi zamanı kəşfiyyatçı zabitin erməni olduğu bilindi...”
    “Ordumuzun hansı sirlərini Ermənistana ötürüb, hansı təxribatlar törədib- Allah bilir...”
    "Nəinki hər bir hərbçimiz, əsgər və zabitimiz, eləcə də mülki vətəndaşlarımız, xüsusən Qarabağda- cəbhə xəttində və Ermənistanla sərhəddə yaşayan sakinlər maksimum ehtiyatlı, ayıq-sayıq olmalıdır..."

    Azərbaycanda hələ XX əsrin ortalarından -sovet dövründən bəri terrorçu “Daşnaksütyun” partiyasının xüsusi fəallığıyla Azərbaycan ad-soyadlı ermənilərin respublikamızın müxtəlif hökumət strukturlarında yerləşdirilməsi artıq sirr deyil... Bu yaxınlarda Müdafiə naziri Zakir Həsənov da gənclərlə görüşündə bu gün ölkədə azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilərin olduğunu bildirib. Nazir onların əsas məqsədinin Azərbaycan gənclərində Vətənə, dövlətə qarşı mənfi rəy formalaşdırmaq olduğunu vurğulayıb...

    Sözsüz ki, “azərbaycanlı” maskasına girmiş belə düşmənlər Azərbaycan Silahlı Qüvvələrinə də nüfuz etməyə, müxtəlif təxribatlar törətməyə çalışırlar...

    Tanınmış Qarabağ qazisi, ehtiyatda olan kəşfiyyatçı polkovnik Azay Kərimov Moderator.az-a açıqlamasında hələ 1990-cı illərdə bir erməninin Milli Orduda azərbaycanlı adı ilə zabit kimi xidmət etməsinin şahidi olmasından danışıb.

    “1994-cü il idi... Naxçıvanda əlahiddə kəşfiyyat taborunun komandir müavini vəzifəsində xidmət edirdim... Həmin tabor Naxçıvan şəhərinin mərkəzində - hazırkı Heydər Əliyev bulağından arxa tərəfdə dəmir yol vağzalının yaxınlığında yerləşirdi. O taborun komandiri hazırda dövlət orqanlarından çalışır, yəqin ki, o da, o vaxt Naxçıvanda xidmət etmiş digər yaxından tanıdığım həmkarlarım da dediyim faktı təsdiqləyər...

    Xülasə, taborumuzda bir baş leytenant var idi, tağım komandiri idi. Biz hamımız onu təmiz azərbaycanlı kimi tanıyırdıq. Azərbaycan dilində də təmiz danışırdı... Bir dəfə PDM-lərin idarə olunması üzrə növbəti hərbi təlim zamanı o sürücü kimi əyləşdiyi Piyadaların Döyüş Maşınını aşırdı və öldü. Baş leytenantın meyitinə baxış və müvafiq qurumlar tərəfindən sənədlərinin dəqiq araşdırılması zamanı məlum oldu ki, onun atası da, anası da erməni imiş...

    Təsəvvür edin, Naxçıvan kimi strateji ərazidə, əlahiddə kəşfiyyat taborunda tağım komandiri erməni olub... Xidmət etdiyi müddət ərzində ordumuzun hansı sirlərini Ermənistana ötürüb, hansı təxribatları törədib- Allah bilir...

    Qarabağ döyüşlərində də iştirak etmiş bir peşəkar hərbçi kimi sözüm ondadır ki, indiki mürəkkəb vəziyyətdə- torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibəyə hazırlaşdığımız bir vaxtda nəinki hər bir hərbçimiz, əsgər və zabitimiz, eləcə də mülki vətəndaşlarımız, xüsusən Qarabağda- cəbhə xəttində və Ermənistanla sərhəddə yaşayan sakinlər maksimum ehtiyatlı, ayıq-sayıq olmalıdır... Xain və məkrli düşmən hər cür təxribat və diversiyaya əl ata bilər...”-deyə kəşfiyyatçı polkovnik vurğulayıb.

    loading...