Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Ermənistan qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi”
  • Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gündən...
  • Uzun müddət ofissiz fəaliyyət göstərən Şamil Sabiroğlu Azərbaycanın Dövlət Başçısına müraciət etdi!
  • Kütləvi yoluxmanın qeydə alındığı bazar bağlandı
  • Rusiyaya gedənlərə ŞAD XƏBƏR: Qaydalar SADƏLƏŞDİ
  • Trampdan XOŞ XƏBƏR: "Peyvənd bir neçə həftə sonra hazır ola bilər"
  • Məhkəmə Mübariz Mənsimovla bağlı QƏRAR VERDİ
  • Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında - Video
  • Bakının işğaldan azad edilməsi Gəncədə qeyd edildi - Foto
  • “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İçtimai Birliyi tərəfindən növbəti vətənpərvərlik haqqında tədbir keçirildi.
  • Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 102 il ötür
  • “Ölüm mesajı” və ya dalğa-dalğa gələn fəlakət: Dünya bundan hələ 5 il xilas ola bilməyəcək
  • Leysan nəticəsində 351 nəfər öldü
  • "Mühafizə xidməti çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və..."
  • General müharibəyə və "böyük itkilər"ə hazır olmağa çağırdı
  • 15 yaşlı qızı hamilə buraxan müəllim haqqındakı bir illik həbs qərarı ləğv edildi: İşə yenidən baxılacaq
  • Yeni MƏCBURİYYƏT GƏLİR: Rusiyaya gedənlər bunu edəcəklər
  • Ayrılığın metefizikası yaxud əbədiyyətin birinci ildönümü
  • DAHA BIR DÖYÜŞÇÜ KOMANDİRİMİZİN İTİRDİK....
  • Naməlum nömrədən gələn zəngin təhlükələri açıqlanıb
  • Kişilərin erkən ölüm səbəbləri açıqlandı
  • İnanılmaz: İşıq sürətinə yaxın kosmik mühərrik kəşf edildi
  • İlham Əliyev Türkiyəyə qarşı çıxan tərəflərə sərt mesaj ötürdü - General
  • Korona əleyhinə rus peyvəndi barədə inanılmaz: Üzərində 25 ildə 3 nəsil işləyib...
  • Aktaudan 559 azərbaycanlı ölkəmizə gətirildi
  • 14 Eyl 2020, 21:52   
        42

    BAKI-XEBERTV.AZ
    2020-ci ilin yanvar-avqust aylarında 44 mühüm obyekt istifadəyə verilib

    2020-ci ilin yanvar-avqust aylarında Bakı şəhərində 44 yeni mühüm əhəmiyyətli obyekt istifadəyə verilib.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Fəaliyyətə başlayan obyektlərin əksəriyyətini tibb müəssisələri təşkil edib. Ölkədə səkkiz ay ərzində 10-dan çox tibbi müəssisə fəaliyyətə başlayıb.

    Belə ki, müvafiq dövrdə “Yeni klinika”, modul tipli xəstəxana kompleksi, modul tipli hospital, modul tipli xəstəxana, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı, Naxçıvan Muxtar Respublikasında iki ambulatoriya-poliklinika müəssisəsi, Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, 200 çarpayılıq xəstəxana binası, Abşeron rayonunda modul tipli xəstəxana, İsmayıllı rayonunda modul tipli xəstəxana, Şəki şəhərində modul tipli xəstəxana, Qəbələ rayonunda modul tipli xəstəxana, Qobustan rayonunda modul tipli xəstəxana fəaliyyətə başlayıb.

    Bu dövr ərzində üç böyük mərkəz fəaliyyətə başlayıb ki, bura 3 saylı DOST mərkəzi, Balakən rayonunda regional “Asan xidmət” mərkəzi, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi daxildir.

    Həmçinin pandemiya ilə əlaqədar profilaktik tədbirlərin həyata keçirilməsinə yönəlmiş istehsal müəssisələri də istismara verilib. Bu müəssisələrə Sumqayıt şəhərində iki tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi daxildir. Eyni zamanda, Gəncə şəhərində tikinti materialları istehsalı zavodu, dənli bitki toxumlarının emalı zavodu, Qazax rayonunda əhəng zavodu fəaliyyətə başlayıb.

    Digər tərəfdən altı yeni mühüm kompleks fəaliyyətə başlayıb. Bura Aqrar Sənaye Kompleksi, Ağcabədi rayonunda “Asan Həyat” kompleksi, Kürdəmir rayonunda “Asan Həyat” kompleksi, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, Tovuz rayonunda “Asan Həyat” kompleksi, Tərtər rayonunda Olimpiya İdman Kompleksi aiddir.

    Tədrisə yönəlmiş iki yeni müəssisə - Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binası, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu fəaliyyətə başlayıb.

    Müvafiq dövrdə beş muzey və mədəniyyət evi istifadəyə verilib. Bura Dövlət Rəmzləri Muzeyi, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir şəhərində Dövlət Rəmzləri Muzeyi, S.Bəhlulzadə adına Mədəniyyət Evi daxildir.

    Ağstafa və Goranboy rayonunda “Azərxalça” ASC-nin filialı, “Böyükşor” və “Əhmədli” elektrik yarımstansiyaları və s. mühüm əhəmiyyətli obyektlər də müvafiq dövrdə istifadəyə verilib.oxu.az
    loading...