Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 11 Eyl 2020, 21:20   
        288

    BAKI-XEBERTV.AZ
    Milli Qəhrəman Əliyar Əliyevə qarşı sayğısızlıq...

    Yaxud millət vəkili adını daşıyan, icra başçısı kürsüsünü tutanlardan utanc gətirəcək etinasızlıq

    Dünən Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin oğlu Emin Əliyevlə tanış oldum, söhbətləşdik. Çox gərgin, eləcə də aqressiv idi. Deməli, iki il əvvəl 16 illik hərbi xidmətdən sonra mayor rutbəsindən xəstəlik səbəbindən tərxis olunub, hələ də pensiya ala bilmir. Bilirəm ki, ordudakı idarəçilik, mühit onu daha çox narahat edib, nəinki xəstəlik. İndi işsizdir, şəxsi maşını ilə "taksovatlıq" edir. Əliyar kimi bir qəhrəmanın oğlu, 16 illik hərbiçi, bu gün də sevgi ilə, sayğı ilə anılan hərbiçi dolanışıq dərdinə qalıb. Normal evi belə yoxdu, uşaqları quru yerdə yatır, normal mebeləri belə yoxdur. Diqqət elədim, mobil telefonu da 30 manatlıq telefonlardan idi.
    Deyir ki, məni 16 illik xidmətimin qiymətləndirilməməsi, sosial durumumun ağırlığı, işsizlik, kasıblıq qətiyyən incitmir. Kiməsə minnətşi düşməyi də özünə sığışdırmır. Amma atası, hamımızın müqəddəsi, ölkənin Milli Qəhrəmanı Əliyar Əliyevin Sumqayıtda 42-ci məhəllədə gözdən uzaq bir yerdə qoyulan abidəsinin bərbad günə düşməsindən çox narahatdır. Haqlı olaraq, dövlətdən də, millətdən də, narazıdır. Azərbaycanın Milli Qəhrəmanının abidəsi nəyə görə o vəziyyətdə olmalıdır. Köhnəlmiş, kiflənmiş aqlaydaşını mamır basıb, gün qəhrəmanın şəklini də bozardıb. Amma bu abidəni abadlaşdırmalı olan səlahiyyətli şəxslərin üzündə zərrə qədər qızarma, bozarma yoxdur. Emin Əliyev so günlər boş dayanmayıb, özü və dostları ilə abidə ətrafında təmizlik işləri görüb, amma orda abadlıq aparmaq onun imkanı xaricindədir. Bununla bağlı QUBADLI RAYONU icra hakimiyyətinin başçısı Malik İsaqova, Qubadlı sakinlərini Milli Məclisdə təmsil edən İmamverdi İsmayılova müraciət edib. İmamverdi İsmayılov da iki yüz manat göndərib ki, gücüm buna çatır. Təsəvvür edirsiz? 200 manat. O pul yoldaş deputatın 3 günlük benzin puludur eee. Milli Qəhrəmana layiq gördüyü qiymətə bax. Söhbət puldan getmir. Bir dəfə nə zaman Milli Məclisdə səsini çıxarıb, camaatın dərdindən danışıb. İl dönümlərində boğazdan yuxarı "Əliyar Əlyev bizim fəxrimizdir" deməklə iş bitmir. Siz Əliyar qədri bilsəydiniz, onun oğlu zülm çəkməzdi, abidəsi o gündə olmazdı.
    Qəhrəmanın ailəsi heç nə istəmir. Sumqayıtda küçələrdən birinə Əliyar Əliyevin adının verilməsini, Qubadlı camaatının kompakt yaşadığı ərazidə abidəsinin ucaldılmasını istəyir. Çoxmu şey istəyirlər? Nə qədər ki, dövləti Malik İsaqov kimi icra başçıları, xalqı İmamverdi İsmayılov kimi deputatlar təmsil edəcək, qəhrəmanlıq barədə ancaq boğazdan yuxarı danışılacaq, heç kim qəhrəmanlıq etmək istəməyəcək. Ki həqiqi qəhrəmanlara münasibət ortadadır.
    Son olaraq, onu da qeyd edim ki, Milli Qəhrəmanın oğli Emin Əliyevlə çox sayda yüksək çinli məmur, deputat görüşüb, hamısı da "Sən bizim qardaşımızsan, qəhrəmanımızın yadigarısan, hər zaman arxandayıq" deyiblər. Adlarını çəkməyi özü imkan vermir. Yoxsa hamısı bir-bir ifşa eləmək olar. Nə isə...

    Jurnalist
    ZAUR ƏHMƏD-in yazısına istinadən

    loading...