Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 26 Ağu 2020, 07:27   
        228


    Həkimlərimizdən çağırış: Bu qadağalar ləğv edilsin!

    Azərbaycan həkimləri İctimai Birliyi COVİD-19 panemiyası ilə mübarizədə bəzi qadağaların ləğvinə çağırış edib.
    XEBERTV.AZ xəbər verir ki, bu barədə professor Adil Qeybulla qeyd edib.

    Sözügedən çağırış mətnini təqdim edirik:

    Respublikamızda COVİD-19 pandemiyası ilə bağlı sərt karantin rejimi elan olduğu gündən görülən izolyasiya tədbirləri, zamanında modul tipli xəstəxanaların açılması və istifadəyə verilməsi virusun ölkəmizdə yayılmasının qarşısını ala bildi. Lakin hesab edirik ki, 5 aylıq karantindən insanlar yorulublar və hazırda ciddi yumşalmaya ehtiyac var. İqtisadiyyatımızın itkiləri, "evdə qal" karantininin insanların psixi-emosional durumuna vurduğu zərbə və nəticədə əhalinin immun sisteminin xeyli zəifləməsini nəzərə alsaq, situasiya bu şəkildə davam edərsə, ikinci dalğa baş verdikdə itkilərimiz daha böyük ola bilər. Bu məqsədlə, aşağıdakı tədbirlərin həyata keçirilməsini zəriri hesab edirik.

    1. Testlərin qiymətləri xeyli aşağı salınmalı (10-15 manat civarında), onların əlçatanlığı təmin edilməli və hər bir vətəndaşın özünü yoxlatmaq imkanı olmalıdır. Bu testi icra edən mərkəzlərin sayının artırılmasının təmin edilməsi məqsədəuyğundur. Bu, həm xəstələrin vaxtında aşkar olunmasına imkan verməklə bərabər, populyasiyada xəstələrin dəqiq sayını, kollektiv immunitetin yaranma faizini müəyyən etməyə və əks-epidemik tədbirlərə dəstək olmağa kömək edər.

    2. Bakıdakı sıxlığı azaltmaq, insanların istirahət hüququnu qorumaq məqsədilə hərarət ölçülərək, rayonlara (regionlara) gediş-gəlişə izn verilməsi məqsədəuyğundur. Qonşu Gürcüstanda, Türkiyədə istirahət mərkəzləri işlədiyi halda bizdə bu sahədə qadağaların davam etməsinin məntiqi əsası yoxdur.

    3. İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Məsələn, bu məqsədlə iş saatlarının başlama və bitmə vaxtlarının dəyişdirilməsi zəruri hesab edilə bilər. Eyni zamanda, metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı olaraq dünya praktikası öyrənilməlidir.

    4. Toyların bu şəkildə qadağan olunması bir neçə ildən sonra əhalinin demoqrafik göstəricilərində ciddi dəyişikliklər yaradacaq. Hava şəraitinin imkan verdiyi müddətdə açıq hava məkanlarında müəyyən edilmiş normativlər çərçivəsində toyların təşkili üzrə normativlər dəqiqləşdirilməlidir. Sonrakı mərhələdə yaxın qohumların iştirakı (50-100 nəfər) və karantin qaydalarına ciddi əməl etməklə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir. Yaxın qohumlar onsuz da daimi təmasdadırlar. Toyların, ad günlərinin və digər kütləvi tədbirlərin müəyyən edilmiş formatda və konkret təlimatlarla keçirilməsinə icazə verilsin. Toyların birillik ləngiməsi belə gələcəkdə demoqrafik problemlərə yol aça bilər. Bu məqsədlə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir. Məsələn, qapalı məkanın tutumu 300 nəfərlikdirsə, 3 dəfə azaldılır, masalararası məsafə ən azı 2 metr, üzbəüz əyləşənlər arası məsafə ən azı 2 metr olmalıdır. Masa ətrafında insanlar bir stul buraxmaqla əyləsməlidirlər. Dəhlizdə söhbət edənlər maska taxmalı və fiziki məsafə gözləməlidir. 12 yaşadək uşaqların toyda iştirakı qadağan edilməlidir.

    5. Bütün bu tədbirlərin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanlarının ciddi nəzarətində saxlanılmalıdır.

    Axar.az
    loading...