Xəbər lenti
Axtar
19 Ağu 2020, 07:31   
    361



“Sürücülərə heç kəs qadağan edə bilməz ki, şəhidin şəkilini avtomobilə vurmasın…”

“Hər bir halda bunu şəhid adından sui-istifadə kimi qiymətləndirmək doğru deyil. Qaydanı pozmaq birincisi şəhidlərin ruhuna, ikincisi isə qanuna hörmətsizlikdir”

XEBERTV.AZ xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert şəhidlərimizi təbliğ etməyin hər zaman vacib olduğunu bildirib:

“Şəxsən mən fikirləşirəm ki, sürücülərimiz arasında kifayət qədər qayda pozan sürücülər var. Buna tam əmin deyiləm ki, kimsə maşınına şəhid şəkili vurduğuna görə qaydaları pozur, yəni bu özü birmənalı deyil. Ola bilsin ki, intizamsız sürücüdür, amma vətənpərvərdir və nəticədə də qayda pozur. Hər bir halda bunu şəhid adından sui-istifadə kimi qiymətləndirmək doğru deyil. Qaydanı pozmaq birincisi şəhidlərin ruhuna, ikincisi isə qanuna hörmətsizlikdir. Ona görə də adamlar diqqətli olmalıdır. Şəhidlərimizi təbliğ etmək lazımdır, buna çox böyük ehtiyac var. İranda şəhidlərin şəkillərini küçələrə vururlar, bunun şahidi olmuşam. Şəhidləri bu baxımdan təbliğ etmək, xatirəsini yaşatmaq təqdirəlayiqdir, amma hər şey qanun çərçivəsində olmalıdır. Sadəlövcəsinə kimsə düşünürsə ki, avtomobilə şəhid şəkili vurduğum üçün mən yol polisi saxlamayacaq, bu düzgün deyil. Adamlar bu fikirdən daşınmalıdır. Elə etmək lazımdır ki, bu dəb halını almasın. Deyirlər ki, Şəhidlər ölmürlər, amma onlar unudulanda ölürlər. Bununla yanaşı, şəhidləri təbliğ etməyin daha aydın, hörmətli üsullarını tapmaq lazımdır. Bir də sürücülərə heç kəs qadağan edə bilməz ki, şəhidin şəkilini avtomobilə vurmasın”.

Qeyd edək ki, Bakı şəhərində şəhidlərin şəkillərini avtomobilə vuran sürücülərin tez-tez qayda pozduğu bildirilir.
loading...