Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Cəbhədən son xəbərlər: Daha 13 kənd işğaldan azad edildi
  • Raket hücumu zamanı bərdədə yaralanan şəxslərin adları AÇIQLANDI - FOTO/SİYAHI
  • “Google” sərhəddə sifəti tanıyacaq
  • Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı
  • Müdafiə Nazirliyində Bərdəyə raket hücumu və cəbhədəki son vəziyyətlə bağlı brifinq - CANLI
  • Düşmən geri oturduldu, qərargah rəisi məhv edildi - Video
  • Ermənistan Bərdəni bu raketlə vurub
  • Qubadlı rayonunun Xanlıq kəndi
  • Hikmət Hacıyev: "Yaşayış məntəqələrimizə 200-dən artıq mərmi atılıb"
  • Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi
  • Tarix yazan qəhrəmanlarımız - Foto
  • Azərbaycan bayrağı Zəngilanda ucaldı - Video
  • Hərbçimiz 27 il sonra Füzulidəki evində - Video
  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
  • Erməni terroru nəticəsində həlak olan beş nəfərlik ailə... - VİDEO
  • Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
  • Ermənilər Xızıya raket atdı
  • Xocalının qısası alındı: Daha bir qatil məhv oldu
  • Hadrutun yeni videogörüntüləri yayıldı - VİDEO
  • Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik
  • TƏCİLİ: Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTUR
  • Azərbaycan ordusu Şuşaya doğru – İşğalçıların böyük təşvişi
  • Ermənistan itkilərinin sayını açıqladı
  • İşğaldan azad olunan ərazilərdə əhalinin sayı açıqlandı
  • Torpağından qovulan uşaq tankla qayıtdı - Foto
  • 07 Ağu 2020, 15:30   
        91


    BAKI-XEBERTV.AZ
    Azərbaycanlı ana oğlu ilə dünyada necə məşhurlaşdı? - VİDEOREPORTAJ
    Onlar yaşadığı kənddən kənara çıxmadan Azərbaycan mətbəxini dünyaya tanıdırlar. Söhbət Qusarın Hil kəndində yaşayan Əzizə xala və oğlu Əmiraslandan gedir.

    Baku TV-nin məlumatına görə, Qusarın Hil kəndinin sakinləri olan Rəmixanovlar ailəsinin hazırladığı ləziz təamlar bir neçə gün ərzində tək Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində böyük maraqla izlənilir.

    Ana və oğul kənddən bir neçə kilometr aralıda kiçik bir otaq tikərək hazırladıqları müxtəlif cür yeməkləri videoya çəkərək sosial şəbəkələrdə paylaşırlar. Bu paylaşımlar isə əksəriyyət tərəfindən maraqla qarşılanır. Hətta “Facebook”da 26 milyon izləyicisi olan və dünyaca məşhur “Taste Life” mətbəx səhifəsi onların hazırladığı Azərbaycan və ləzgi mətbəxinə aid olan yeməkləri paylaşıb və bu da milyonlarla insan tərəfindən izlənilərək bəyənilib.

    Peşəsi aşpaz olan Əmiraslan deyir ki, karantin dövründə çalışdığı restoranda işlər dayandığından həm bacarığını, həm də Azərbaycan mətbəxini sosial şəbəkələrdə nümayiş etdirmək qərarına gəlib. Bu işi isə elə eyni peşəyə sahib olan anası Əzizə xala ilə birlikdə gerçəkləşdirib.

    Əzizə xala deyir ki, onların hazırladığı yeməklər həm fərqli, həm də daha dadlı olur. Milyonlarla insan tərəfindən izlənilən və bəyənilən videoların çəkilişi, eləcə də, onların yerləşdirilməsini də Əmiraslan özü edir. Onlar həftədə iki video hazırlayıb sosial şəbəkədə yerləşdirirlər.


    loading...