Xəbər lenti
Axtar
04 Ağu 2020, 20:18   
    437



Speys TV-nin yayımı 3 saatlıq dayandırıldı

Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib.

XEBERTV.AZ xəbər verir ki, iclasda 20-31 iyul 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

23 iyul 2020-ci il tarixdə Speys televiziya kanalının efirində saat 19.00 – 20.00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq Speys televiziya kanalının efirində 10 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.Axar.az
loading...