Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Litva və Almaniya hərbi kontingentlərinin qarşılıqlı olaraq öz ərazilərində yerləşdirilməsinə dair saziş imzalayıblar
  • Şok: Hər ay poçtla 9 min paket narkotik göndərilir
  • DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib
  • Ölkəmizdə 18 jurnalist koronaya yoluxdu, 1-i öldü - Video
  • Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər..
  • Kimlər koronavirusu ağır keçirir? - PROFESSORDAN AÇIQLAMA
  • Arizona ştatı COVID-19 səbəbi ilə yenidən karantinə qayıtdı
  • Türkiyədə koronavirusla bağlı son statistika açıqlandı
  • ABŞ koronavirusu müalicə edən dərmanı bu qiymətə satacaq - Dodaquçuqladan rəqəm
  • Cərimələr bu şəxslərə görə artırıldı – DYP
  • Türkiyəyə gedib-gələnlərə ŞAD XƏBƏR: 1 iyuldan başlayaraq...
  • ABŞ pandemiyaya məhəl qoymayaraq, iqtisadi sahələri açır
  • Azərbaycan 30-dan artıq dövlətə humanitar yardım edib
  • Bu şəxslər sizi koronavirusa YOLUXDURA BİLƏR
  • “ÜST böyük səhv buraxıb” - İsveç
  • Yeni doğulan təpəgöz quzunu Dəccalla müqayisə etdilər
  • Koronavirusun ilk yarandığı yer müəyyənləşdirildi
  • Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı belə təbrik etdi
  • Düşmən təmas xəttində müşahidə kameralarının quraşdırılması görüntülərini yaydı– HƏYASIZ ETİRAF...
  • İlham Əliyev Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • Ermənistan Azərbaycanda xərçəng xəstəliyini yayır
  • Turistin açıq kosmosa çıxması ilə bağlı ilk müqavilə imzalandı
  • Nəzərdə tutulmuş həddi aşan icazələr ləğv ediləcək - RƏSMİ
  • SON DƏQİQƏ: Azərbaycanda yanğın başladı
  • Milli Məclis QHT haqqında qanunu qəbul etdi
  • 05 May 2020, 22:47   
        68


    BAKI-XEBERTV.AZ

    Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsinin müzakirəsi mümkündür ÖZƏL - AÇIQLAMA


    "İlin sonuna qədər dövlət büdcəsinin icrasına dair daha düzgün tədbirlərin görülməsi məqsədilə Milli Məclisdə də dövlət büdcəsinin müzakirəsi mümkündür". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Məzahir Əfəndiyev 2020-ci ilin dövlət büdcəsinin icrasına dair müzakirələrin aparılması ilə bağlı danışarkən deyib.

    Onun sözlərinə görə, hazırda Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsinin xərcləri il bağlı müzakirələrə başlanılıb: "Qeyd etmək istəyirəm ki, artıq müzakirələrə ilk olaraq Milli Məclisin İqtisadiyyat, sahibkarlıq və sənaye komitəsində baxılıb. Dünən bu məsələ ilə əlaqədar Maliyyə naziri hörmətli Samir Şərifov, eyni zamanda, Maliyyə Nazirliyinin əməkdaşları, İqtisadiyyat Nazirliyinin əməkdaşları, Respublika Auditorlar Palatasının rəhbəri Vüqar müəllim Gülməmmədovun iştirakı ilə, həmçinin, komitənin üzvləri, hörmətli deputatların iştirakı ilə müzakirələr təşkil olundu. Bir daha 2019-cu ilin dövlət büdcəsinin xərclərinə dair hərtərəfli müzakirələr nəticəsində müəyyən olundu ki, doğurdan da büdcə 98 faiz icra olunub. 2019-cu ilin dövlət büdcəsininin tərtibatında, eləcə də, onun icrasında tam uyğunluq olub. Mənim də fikrin belə səsləndirildi ki, bu da daha çox Prezident İlham Əliyevin 2018-ci ildən etibarən Azərbaycan iqtisadiyyatının ağardılması, həmçinin dərin iqtisadi islahatların aparılması istiqamətində tapşırıqlarının məntiqliliyinin nəticəsidir".

    Millət vəkili Məzahir Əfəndiyev bildirib ki, dünənki iclasda da dövlət büdcəsinin icrası ilə bağlı sənədi Milli Məclisin plenar iclasına tövsiyyə etdik və yekdilli olaraq komitə üzvləri də buna səs verdilər: "2020-ci ilin dövlət büdcəsi ilə bağlı isə düşünürəm ki, bu il heç kəsin gözləmədiyi pandemiyanın, COVID-19 virusunun yayılması Azərbaycanda, eləcə də büdcənin icrasında müəyyən çətinliklər yaradır. Ona görə də, bu yaxın vaxtlarda düşünürəm ki, dövlət büdcəsinin müzakirəsinə yenidən Milli Məclis tərəfindən baxıla bilər. Eləcə də bu gün dövlət büdcəsində 2020-ci ilin iki rübünün xərci ilə nəzərdə tutulmuş vəsaitlə bağlı yenidən müzakirələr təşkil oluna bilər. İlin sonuna qədər dövlət büdcəsinin icrasına dair daha düzgün tədbirlərin görülməsi məqsədilə Milli Məclisdə də dövlət büdcəsinin müzakirəsi mümkündür".

    Müəllif: Nigar Məmmədova
    loading...