Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Arazın suyu mədə xərçənginə səbəb olur - Şok
  • Nazirlik əhaliyə bildirişlər göndərməyə başladı
  • Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!
  • Kasıb ölkələrdəki insanlar öləcək? Dözülməzdir - Prezident
  • AZƏRBAYCANIN CƏSUR OĞULLARI HEÇ VAXT UNUDULMUR
  • Karantin nə qədər davam edəcək?.. - Prezident
  • 2021-də yaşanacaq fəlakətlər göstərildi... - Video
  • Görür: Bu şəhərlərdə güclü zəlzələlər olacaq
  • İyulun 20-dək yalnız bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI
  • Yeni seçilən deputatların mobil nömrələri - TAM SİYAHI
  • “Günəşsiz, dənizsiz, meyvəsiz qalan insanlar payızda “çökəcək”” – Həkim xəbərdarlıq edir
  • İlham Əliyev Trampa məktub göndərdi
  • Koronavirusun yayılmasına təsir edən amillər açıqlandı
  • Koronavirusa yoluxanlar bu halda həbs ediləcək - TƏBİB-dən XƏBƏRDARLIQ
  • Rayonlara gediş-gəlişə nə zaman icazə veriləcək? - Prezidentin köməkçisi açıqlayır
  • Bu şəxslərin icazəsi LƏĞV EDİLƏCƏK - RƏSMİ
  • Payızda İKİNCİ DALĞA GƏLİR? - TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Xaçmaz Mərkəzi rayon kitabxanasında Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları dezinfeksiya tədbirləri gördülər.
  • Litva və Almaniya hərbi kontingentlərinin qarşılıqlı olaraq öz ərazilərində yerləşdirilməsinə dair saziş imzalayıblar
  • Şok: Hər ay poçtla 9 min paket narkotik göndərilir
  • DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib
  • Ölkəmizdə 18 jurnalist koronaya yoluxdu, 1-i öldü - Video
  • Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər..
  • Kimlər koronavirusu ağır keçirir? - PROFESSORDAN AÇIQLAMA
  • 07 Mayıs 2020, 20:15   
        90


    Baş Nazirdən YENİ QƏRAR

    Nazirlər Kabineti “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 2009 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında qərar verib.

    XEBERTV.AZ xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

    Sərəncamda qeyd olunur ki, Ədliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 2009 nömrəli Sərəncamına (bundan sonra – Sərəncam) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

    Razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etməlidirlər.

    Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

    Bu Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
    Publika.az
    loading...