Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Arazın suyu mədə xərçənginə səbəb olur - Şok
  • Nazirlik əhaliyə bildirişlər göndərməyə başladı
  • Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!
  • Kasıb ölkələrdəki insanlar öləcək? Dözülməzdir - Prezident
  • AZƏRBAYCANIN CƏSUR OĞULLARI HEÇ VAXT UNUDULMUR
  • Karantin nə qədər davam edəcək?.. - Prezident
  • 2021-də yaşanacaq fəlakətlər göstərildi... - Video
  • Görür: Bu şəhərlərdə güclü zəlzələlər olacaq
  • İyulun 20-dək yalnız bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI
  • Yeni seçilən deputatların mobil nömrələri - TAM SİYAHI
  • “Günəşsiz, dənizsiz, meyvəsiz qalan insanlar payızda “çökəcək”” – Həkim xəbərdarlıq edir
  • İlham Əliyev Trampa məktub göndərdi
  • Koronavirusun yayılmasına təsir edən amillər açıqlandı
  • Koronavirusa yoluxanlar bu halda həbs ediləcək - TƏBİB-dən XƏBƏRDARLIQ
  • Rayonlara gediş-gəlişə nə zaman icazə veriləcək? - Prezidentin köməkçisi açıqlayır
  • Bu şəxslərin icazəsi LƏĞV EDİLƏCƏK - RƏSMİ
  • Payızda İKİNCİ DALĞA GƏLİR? - TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Xaçmaz Mərkəzi rayon kitabxanasında Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları dezinfeksiya tədbirləri gördülər.
  • Litva və Almaniya hərbi kontingentlərinin qarşılıqlı olaraq öz ərazilərində yerləşdirilməsinə dair saziş imzalayıblar
  • Şok: Hər ay poçtla 9 min paket narkotik göndərilir
  • DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib
  • Ölkəmizdə 18 jurnalist koronaya yoluxdu, 1-i öldü - Video
  • Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər..
  • Kimlər koronavirusu ağır keçirir? - PROFESSORDAN AÇIQLAMA
  • 02 Mayıs 2020, 20:39   
        83


    Novruzovun anonsu: hansı nazir və komitə sədri həbs ediləcək?

    Cənab Prezidentin xəbərdarlığı təkcə yerli icra hakimiyyəti orqanları üçün deyil, eyni zamanda, mərkəzi icra hakimiyyəti orqanları üçün də bir mesaj mahiyyəti daşıyır.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbulu zamanı etdiyi çıxış haqda danışarkən deyib. O bildirib ki, bu görüşdə cənab Prezident, xüsusilə, hüquq-mühafizə orqanları sahəsində çox ciddi islahatların aparılmasının zəruri olduğunu qeyd etdi:

    “Kamran Əliyevin 30 illik təcrübəsi bu sahədə islahatların həyata keçirilməsində faydalı olacaq. Xüsusilə, ölkə başçısı görüş zamanı bəzi məmurlara sərt xəbərdarlıq etdi. Çünki son proseslər bir daha onu göstərir ki, bəzi məmurlar ölkə başçısının sözlərindən nəticə çıxarmayıb. Korrupsiya və rüşvətxorluq əməllərindən bəzi məmurlar əl çəkmək istəmirlər. Canab Prezident həbs olunan icra başçılarını xatırladaraq, bu halların mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə də yaşandığı haqda məlumatlar olduğunu və araşdırmalar getdiyini vurğuladı. Xüsusilə, Prezidentin bu məsələyə toxunması korrupsiyaya qarşı qəti mövqeyinin ifadəsidir. Rüşvət yolu ilə insanların vəzifəyə təyin edilməsi, haqsız yerə vəzifədən çıxarılması və digər faktlar ciddi araşdırılır”.

    E.Nəsirov qeyd edib ki, Prezidentin nitqindəki bir məsələ bu gün sosial şəbəkələrdə də ciddi müzakirə formasındadır:

    “Bu məsələyə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov da parlamentdə çıxış edərkən geniş yer ayırdı. Söhbət ondan gedir ki, korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, öz yaxınlarına yüksək vəzifə verən komitə rəhbərləri var. Həmçinin bəzi yüksək vəzifəli məmurlar haqqında artıq müvafiq araşdırmalar aparılır. Bu mənada onları da oxşar tale gözlədiyini demək olar”.

    Məsələ ilə bağlı saytımıza danışan YAP-çı deputat Aydın Mirzazadə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə məmur və vəzifəli şəxslərə xəbərdarlıq və onları vəzifələrinə məsuliyyətlə yanaşmağa, korrupsiyaya yol verməməyə çağırıb:

    “Çox təəssüf ki, cənab Prezidentin xəbərdarlıqlarına baxmayaraq, bəzi vəzifəli şəxslər öz vəzifələrinə çox məsuliyyətsiz şəkildə yanaşırlar. Nəticə isə göz qabağındadır. Dörd icra başçısı və onların tabeliyində olan şəxslər korrupsiya faktları ilə məsuliyyətə cəlb edilib. Xüsusilə də koronavirus pandemiyasında vətəndaşa ayrılan dövlət dəstəyinin məsimsənilməsi qəbuledilməz haldır. Bu məsələlər cənab Preidentin hər zaman diqqət mərkəzindədir. Dünən Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən Prezidentin bu məsələni xüsusilə qabartması isə onun siyasi iradəsini və qətiyyətini göstərməklə, bu neqativ hallara qarşı daha sərt addımların atılacağının anonsu idi”.

    Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün yeni təyin edilən Baş prokuror Kamran Əliyevi qəbul edərkən bəzi nazirliklərdə rüşvət hallarının olması və araşdırma getdiyi haqda danışıb və qəti ölçülər götürüləcəyini xatırladıb.

    YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə “korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, öz yaxınlarına yüksək vəzifə verən nazirlər, komitə rəhbərlərinin” olduğunu və onların həbs ediləcəyini bildirib.
    loading...