Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • 02 Nis 2020, 20:57   
        52



    “Çörək puluna işləyən fəhlələrə yardım edilməlidir...” — Deputatdan hökumətə ÇAĞIRIŞ

    "Gündəlik çörək puluna işləyən fəhlələrə də müəyyən qədər vəsait verilməlidir".


    XEBERTV.AZ xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov İqtisadiyyat naziri Mikayıl Cabbarovun çıxışından sonra müqaviləsiz, qeydiyyatsız işləyənlərə maddi dəstək olunmayacağı ilə bağlı əhali arasında yaranan narazılığı şərh edərkən deyib.


    Onun sözlərinə görə, bu gün ən böyük problemlərdən biri gündəlik çörək puluna işləyənlərin vəziyyətidir:


    "Nazirin çıxışına mən də baxmışam. Cənab nazir bir çox məsələlərə toxunub. Amma bu gün bizi əsas narahat edən məsələlələr gündəlik çörək puluna işləyən fəhlələrdir. Hansı ki, el arasında "qul bazarı" deyilən yerdə işləyənlər. Etiraf edək ki, "qul bazarı" bütün rayonlarda var. Deyirlər ki, onların qeydiyyatı yoxdur və bilinmir ki, harda işləyirlər. Amma düşünürəm ki, bu, problem olmamalıdır. İcra Hakimiyyəti orqanları çoxdan bununla bağlı siyahı tərtib edib verməliydilər. Yəni, bu insanların faktiki olaraq iş yerləri yoxdur. Həmin siyahı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kompüterə salınmalıydı və beləcə gündəlik çörək puluna işləyən əhalinin siyahısı olacaqdı. Ordan da həmin insanlara maddi vəsait verilməli idi".


    Vahid Əhmədov bildirib ki, əgər gündəlik çörək pulu üçün evdən çıxanlara dəstək olunmasa əhali arasında böyük narazılıq yaranar:


    "Əhalinin ən çox hissəsi onlardır. Bu gün mənə ən çox onlardan zəng gəlir və bu məni narahat edir. Hər gün 15- 20 adam zəng edir. Mən də onları arxayın edirəm ki, dövlət başçısı bu məsələyə baxır. Amma hesab edirəm ki, bunlar nəzərə alınmalıdır və ən ciddi məsələlərdən biridir. Biz bununla bağlı aidiyyatı orqanlara müraciət etmişik. O müraciətdə bildirmişik ki, həmin insanlara müəyyən qədər vəsait verilməlidir".
    loading...