Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA
  • DSX Keşikçidağdakı vəziyyət barədə məlumat yaydı
  • Deputat seçicilərinə müraciət etdi
  • Koronavirusla bağlı virusa yoluxma riskinin daha yüksək olduğu hava limanlarının siyahısı açıqlanıb.
  • Əlvida kapitalizm! - Yeni sistem yaradılır
  • Şok iddia: Yadplanetlilər burnumuzun ucundadır
  • Tramp kütləvi etirazlar zamanı BUNKERDƏ GİZLƏNİB
  • Azərbaycanda tikinti zamanı qədim əşyalar tapıldı
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • 31 Mar 2020, 20:00   
        73

    BAKI-XEBERTV.AZ
    Evdə qalsanız da, maaşlarınız ödənəcək – Dövlətin 2,5 milyardlıq DƏSTƏK PAKETİ

    Koronavirus pandemiyası bütün dünyada iqtisadi sistemə ciddi zərbə vurdu. Dünya iqtisadiyyatı uçurumun astanasındadır. Makro və mikro sahibkarlıqdan tutmuş, məşğulluğa, yerüstü, yealtı və hava nəqliyyatına qədər iqtisadiyyatın əksər istiqaməti böhranla üzləşib. Lakin virusun geniş yayıldığı böyük dövlətlərin timsalında “batan gəmini” xilas etmək üçün heç bir addımın atılmadığı müşahidə olunur. Avropa ölkələri özəl sektora ən yaxşı halda “başının çarəsinə baxın” deyir, birjalar alt-üst olub, hərçənd, ölkələrin əsas hədəfi virusdan minimum itki ilə xilas olmaqdır.

    Dünya iqtisadiyyatındakı vəziyyət Azərbaycanda da mövcuddur. Hərçənd, dövlət virusun iqtisadi sektora təsirini aradan qaldırmaq üçün hərəkətə keçdi.

    Koronavirus pandemiyası ilə mübarizədə iqtisadi planı

    Prezidentin İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə İşçi Qrupu yaradıldı. İşçi Qrupunun missiyası koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı təkliflər hazırlamaqdır. İşçi Qrupun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-yə müsahibəsində dövlətin koronavirusun iqtisadi sektora vurduğu zərərin aradan qaldırılması üçün hansı addımlar atacağını açıqlayıb.

    M.Cabbarov bildirib ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrupun əsas məqsədi bu təsirlərin və belə təsirlərə məruz qalan sahələrin müəyyən edilməsi, iqtisadiyyata və sahibkarlığa dəstək paketinin formalaşdırılmasıdır. Nazir qeyd edib ki, iqtisadi bloka daxil olan qurumların birgə və intensiv fəaliyyəti nəticəsində bu işi qısa müddətdə yekunlaşıb.

    2,5 milyardlıq dəstək paketi

    Dövlət dəstəyinin göstərilməsi üçün 9 proqram hazırlanıb. Pandemiyadan zərər çəkmiş sahələr müəyyənləşdirilib. Bura 4 böyük sektor və 20 fəaliyyət isitqaməti daxildir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib.

    2,5 milyard manat həcmində müəyyən edilən dəstək paketi bütün MDB-də ən böyük dəstək paketidir.

    Dövlət hansı sahibkarlara dəstək verəcək?

    Dövlət dəstəyi proqramından əsasən şəffaf işləyən sahibkarlar faydalanacaq. Belə ki, karantin rejiminin tətbiqi, iqtisadi fəallığın məhdudlaşdırılması ilə bağlı qərarların qəbul olunması zamanı hökumət sahibkarlara və müəssisələrə müraciət edərək iş yerlərini ixtisar etməməyə və işçilərin əmək haqlarını ödəməyə çağırış etmişdi. Hazırlanmış dövlət dəstəyi mexanizmi bu çağırışlara əməl edən, iş yerlərini və əmək haqlarını qoruyub saxlamış sahibkarlara şamil ediləcək. Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini “ağardan” sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar.

    Bu işçilərin maaşını dövlət ödəyəcək

    Bununla yanaşı, 300 mindən çox işçinin əmək haqqının bir hissəsi dövlət tərəfindən ödənilənəcək. Bu proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi (muzdlu işçi) var. Bunun 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarında çalışır. Proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir.

    İşçi Qrupunun qiymətləndirmələrinə görə, iqtisadi fəallığın məhdudlaşdırılması prosesu 11 fəaliyyət istiqamətinə 100 faiz təsir edib. Bura ictiamai iaşə, xidmət, turizm, hotellər, Mall-la, əyləncə, nəqliyyat və digər sahələrdir. Bu sektorlarda fəaliyyət göstərən şirkətlərdə muzdlu işçi kimi işləyən hər bir vətəndaş proqramdan yararlana biləcək.

    9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalıb. Burada 70 faizlik güzəştlər tətbiq ediləcək.

    Vətəndaşların əmək haqları necə hesablanacaq?

    Nazir bildirib ki, burada iki yol var: ya işçinin real maaşı, ya da respublika üzrə orta aylıq əmək haqqı əsas götürüləcək. Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əmək haqqı 712 manat təşkil edib. Proqram çərçivəsində aylıq əməkhaqqı fondunun 50 faizinin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir. Orta aylıq əmək haqqı maksimal hədd kimi götürülüb. Əgər hər hansı işçi orta aylıq əmək haqqından çox əmək haqqı alırsa, onun belə bir dəstəyə ehtiyacı daha aşağı əmək haqqı alana nisbətən fərqlidir. Yuxarı əmək haqqı alan muzdlu işçilər əsasən minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələrdə cəmlənib. Bunlar, məsələn maliyyə, bank, sığorta, rabitə sektorlarıdır.
    Publika.az
    Asif
    loading...