Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • Türkiyə Müdafiə Nazirliyindən 31 Mart Soyqırımı Günü ilə bağlı PAYLAŞIM
  • 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
  • "Miqrasiya prosesləri" ictimai birliyinin sədri, Aparıcı elmi işçı, Dossent yazıçı, alim, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Fəridə Hicran Vəliyeva, "44 günlük müharibədən sonra" lahiyəsi ilə Avropaya üz tutur.
  • Ukraynada azı 249 mülki şəxs həlak olub - BMT
  • Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına yaradılan "POLAD TV" nin efirində Xocalı faciəsini əks etdirən qısametrajlı film hazırlanmışdır.
  • ŞOK İDDİA! Uşaq üçün dərman aldılar - GÖRÜN NƏ ÇIXDI VİDEO
  • Rusiya "İsgəndər”lərlə təlimlərə başladı
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • 20 Mar 2020, 08:23   
        391

    BAKI-XEBERTV.AZ
    Bakıda yaşayıb-işləyən köçkünlərin paytaxta buraxılmaması nə dərəcədə doğrudur?
    Yəqin ki, Operativ Qərargah və Dövlət-"Qaçqınkom" bununla bağlı şikayət və təklifləri MÜZAKİRƏ EDƏCƏK...


    Xəbər verildiyi kimi, martın 19-u saat 00:00-dan etibarən xüsusi təyinatlı, təcili tibbi yardım, qəza-bərpa, xilasedici və yükdaşıyan avtomobillər istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişi məhdudlaşdırılıb.

    Son məlumata görə, artıq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan 1000-dən çox avtomobil sərnişinlərlə birgə geri qaytarılıb.

    Sürücü və sərnişinlər verilmiş qərara tabe olsalar da, Bakıda, Sumqayıtda, Abşeronda faktiki yaşayış və iş yerlərindən təcrid olunmuş vətəndaşlar çıxılmaz vəziyyətdə qalıblar. Onların arasında elələri var ki, digər ailə üzvlərini, övladlarını bir neçə günlüyə adı çəkilən məkanlarda qoyub vacib işlə əlaqədar rayonlara gediblər. Eləcə də özlərini təcili olaraq hər hansı bir ağır xəstəyə, yardıma ehtiyacı olana çatdırmalıdırlar. Məlumata görə, hətta dövlət qurumlarında çalışan məmurlar və hərbçilər də buraxılmır. Postlardan buraxılmayanlar arasında məcburi köçkünlər də var. Onların da müvəqqəti qeydiyyatı hansısa rayonda olsa da, faktiki iş və yaşayış yerləri Bakı, Abşeron və ya Sumqayıtdadır.

    “Müvəqqəti qeydiyyatları rayonlardan birində olan, ancaq faktiki paytaxtda yaşayan məcburi köçkünlər də Bakıya buraxılmır”.

    Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev koronavirusa görə karantin tədbirləri ilə əlaqədar Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı Moderator.az əməkdaşının suallarını cavablandırarkən bildirib.

    “Postlardan yalnız Bakı, Abşeron və ya Sumqayıt qeydiyyatı olan məcburi köçkünlər buraxılır. Digər heç bir güzəşt yoxdur. Hətta köçkün vəsiqəsində faktiki yaşayış yerinin adı çəkilən məntəqələr olduğu göstərilən köçkünlər də buraxılmır” –deyə BDYPİ rəsmisi əlavə edib.

    “Əgər bir insanın, o cümlədən məcburi köçkünün faktiki yaşayış yeri, iş yeri Bakıdadırsa, onu paytaxta buraxmamaq nə dərəcədə doğrudur?” sualına K.Əliyev “Mən sizə mövcud qaydanı izah etdim”- cavabını verib.

    Azərbaycanın dövlət və hökumət qurumlarının vətəndaşları koronavirus pandemiyası təhlükəsindən mümkün qədər qorumaq üçün gördüyü ciddi tədbirlər təqdirəlayiqdir. Ancaq bu səviyyədəki kritik durumla ilk dəfə qarşılaşdığımızdan müəyyən sahələrdə səhv və boşluqlara da yol verilə bilər. Odur ki, yaranmış vəziyyətlə bağlı vətəndaşların da təklif və şikayətlərini də müzakirə edərək onları nəzərə almaq, durumu təhlil edərək lazımi nəticələr əldə etmək gərəkdir.

    Aydındır ki, hörmətli Kamran Əliyevin izah etdiyi qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilir. O da bəllidir ki, bu qərarlar ölkə vətəndaşlarının sağlamlıq təhlükəsizliyi, ölümcül virusa yoluxma ehtimalının maksimum azaldılması məqsədilə edilir. Lakin məsələnin digər aspektlərini də nəzərdən qaçırmamaq gərəkdir. Qeydiyyatından asılı olmayaraq hər hansı bir rayon sakini olan vətəndaşı, xüsusən də məcburi köçkünü, bütövlükdə bir ailəni faktiki yaşayış, iş yerindən təcrid etmək nə dərəcədə məntiqəuyğun və ədalətlidir. Hansısa bir rayondan məcburi köçkün düşmüş bir vətəndaş ilk illər, məsələn, Bərdə, yaxud Tərtər rayonunda müvəqqəti qeydiyyata düşərək yaşamış, lakin sonradan işsizlik, yoxsulluq ucbatından Bakıya köçmüş, paytaxtda iş yeri taparaq on illərlə əzab-əziyyət içində yataqxanalarda, uşaq bağçalarında və s. məskunlaşmışdır. Fəqət, o, həmin dövrdə aidiyyəti qurumlardakı bürokratiya, rüşvətxorluq halları ucbatından paytaxtda müvəqqəti məskunlaşdığı rayon ərazisində qeydiyyata alınmayıb. Belə köçkün vətəndaşların günahı nədir ki, indi bayramla əlaqədar bir neçə günlüyə çalışdığı işdən də icazə alıb ağır xəstə olan valideynlərini ziyarət etmək və ya digər həyati məcburi səbəblərdən hansısa rayona gəlib və özü ilə bəzi zəruri sənədlər, ehtiyat, ərzaq, geyim, pul götürmədiyi halda bu gün geriyə öz faktiki yaşadığı komaya buraxılmır və eyni zaman da özü də, həyat yoldaşı da, övladları da iş yerlərini itirmək təhlükəsi altında qalır. Onsuz da əgər həmin şəxs, Allah eləməmiş. koronavirusa yoluxubsa və hələlik əlamətləri üzə çıxmadığındam xəstəxanaya yerləşdirilməyibsə, qonaq gəldiyi rayonda da digər vətəndaşları yoluxdura bilər. Və üstəlik, əgər sağlamdırsa belə, yaşayış yerinə qayıda bilməməsi, martın 29-dək ehtiyaclarını, yemək-içməyini ödəmək üçün ehtiyat pulu olmadığından, eləcə də özünün, ailə üzvlərinin Bakıda illər ərzində çətinliklə tapdığı iş yerlərini itirmək təhlükəsindən stres keçirdiyindən immunitetini itirərək koronavirusa yoluxma ehtimalını daha da artıracaq. O da var ki, Bakıya, Sumqayıta giriş məhdudiyyətinin hələ martın 29-dan sonra da uzadılmayacağına və hətta Prezident İlham Əliyevin də son çıxışında qeyd etdiyi kimi, fövqəladə vəziyyət elan edilməyəcəyinə təminat yoxdur. Belə çıxır ki, bəhs edilən faktiki Bakı sakinləri, o cümlədən məcburi köçkünlər aylarla rayonlarda qonaq qalacaqlar?..

    Görəsən, Operativ qərargah rayonlarda 10 gün və daha artıq qalan vətəndaşların, o cümlədən məcburi köçkünlərin ərzaq ehtiyaclarını ödəyəcəkmi? Yaxud həmin qurum zəmanət verirmi ki, Bakıda, Abşeronda, Sumqayıtda işləyən bəhs edilən vətəndaşların işlədiyi özəl müəssisə rəhbərləri və ya digər iş verənlər 10 gün və ya daha çox müddətdə onları işdən azad etməyəcək? Yaşayış yerinə qayıtdıqdan sonra işsiz qalmış həmin vətəndaşları yeni işlə kim təmin edəcək?..

    Onu da nəzərə almaq lazımdır ki, on minlərlə insanın iş yerlərindən uzaqlaşdırılaraq iş fəaliyyətindən təcrid olunması ölkənin iqtisadi durumuna da mənfi təsir göstərə bilər.

    Günün sonu olduğu üçün aidiyyəti qurumlarla əlaqə saxlayıb suallarımıza cavab tapa bilmədik.

    Güman edirik ki, Nazirlər Kabineti yanında Operativ Qərargah, o cümlədən Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi mövzu ilə əlaqədar məsələləri, eləcə də şikayət və təklifləri bir daha müzakirə edərək əlavə qərarlar qəbul edəcəklər.
    .moderator.az
    Sultan Laçın
    loading...