Xəbər lenti
Axtar
09 Şub 2020, 14:18   
    503



Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr


Milli Məclisə keçirilən seçkilərdə ən yüksək və ən aşağı seçici fəallığının qeydə alındığı dairələrin adları açılanıb.

XEBERTV.AZ xəbər verir ki, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 56 saylı Xaçmaz kənd və 1 saylı Şərur-Sədərək seçki dairəsidir.

56 saylı Xaçmaz kənd seçki dairəsində seçicilərin 21,03 faizi (37 min 970 seçicidən 8234 nəfər), 1 saylı Şərur-Sədərək seçki dairəsində isə 21,03 faizi (46 min 225 seçicidən 9864 nəfər) saat 10:00-dək səs verib.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 1,2% (30 min 534 seçicidən 352 nəfər) olub.

***

Milli Məclisə keçirilən seçkilərdə saat 12:00-a olan ən aktiv və ən passiv seçki dairələrinin adları açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Onun sözlərinə görə, bu saatadək ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək seçki dairəsidir. Bu dairədə 47,7 faiz (46 min 225 seçicidən 18 440 nəfər) seçici fəallığı qeydə alınıb.

Hələlik ən passiv dairə 29 saylı Səbail seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 10,2 faiz (30 min 534 seçicidən 4162 nəfər) təşkil edib.Axar.az
loading...