Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycanda koronavirus var? - ÜST AÇIQLADI
  • "Allah qorxu üzündən iman gətirən bəndələrini sevməz- Onların imanının faydası olmaz..."
  • Türk professordan koronavirusla bağlı şad xəbər
  • 5,8 ballıq zəlzələ Azərbaycanda da hiss edildi - Yeniləndi
  • SON DƏQİQƏ: Rusiya bazasına İRİMİQYASLI HÜCUM - Ordu hərəkətə keçdi
  • Koronavirusa görə Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ
  • İrandan dəhşətli XƏBƏR GƏLDİ - Ölüm addım-addım yaxınlaşır
  • Günün ulduz falı: 22 fevral, 2020
  • Koronavirusdan necə qorunmalı? - TÖVSİYƏLƏR
  • Vanqanın toqquşma öngörüsü: Sabah nə baş verəcək?
  • Zaur Darabzadə “3D” verilişində parlament seçkilərindən danışdı - VİDEO
  • Ordumuz Xocalıdakı qadınları əsirlikdən necə xilas etdi? - Kəşfiyyatçı Xocalı barədə heç kimin bilmədiyi faktların üstünü açdı
  • Yer kürəsinə sürətlə yaxınlaşan 11 TƏHLÜKƏ - Alimlərdən ŞOK ARAŞDIRMA
  • SON DƏQİQƏ: İranda 2 nəfər koronavirusdan öldü
  • Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı - İş adıyla gedib... (FOTOLAR)
  • Turistlər orbitə səyahət üçün milyonlarından keçməli olacaqlar
  • Naxçıvandan görüntülər: Azərbaycan əsgəri qarlı dağlarda..
  • Xocalı soyqırımını dünyaya necə tanıtdıq?
  • "Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdir" - Ermənişünas alim
  • Cinsi gücü artıran həblər mavi görməyə səbəb olur - AÇIQLAMA
  • Iqbal Ağazadə Rauf Arifoğlu üzərində ilk mənəvi qələbəsini çaldı
  • Koronavirusu alimlər hazırlayıb? (İDDİA)
  • "18 manatlıq qazı bizə 100-200 manata satırlar": "Limit ləğv edilməlidir”- EKSPERT
  • Seksual partnyoru çox olanların nəzərinə: Xərçəngin bir addımlığındasınız
  • Hamı saat 14:00 gözləyir-NƏ BAŞ VERƏCƏK?
  • 17 Oca 2020, 18:09   
        95




    Yağış, qar yağacaq - İstirahət günlərinin HAVA PROQNOZU

    İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

    XEBERTV.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz olacaq. Lakin yanvarın 18-də axşam, 19-da yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

    Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

    Lənkəran-Astara zonasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

    Qazax-Gəncə zonasında hava əsasən yağmursuz olacaq. Lakin yanvarın 19-da bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti olacaq.

    Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 19-da arabir yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.

    Naxçıvan MR-da arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-8, dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

    Paytaxtda isə gecə və axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, yanvarın 19-da gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.
    loading...