Xəbər lenti
Axtar
Ən çox oxunan
  • 17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI
  • Türkiyə Parlamentində “Dünyada sülh: Qarabağ - Azərbaycandır!” layihəsinə start verilib
  • Yağış, qar yağacaq, 8 dərəcə şaxta olacaq
  • Azərbaycan Prezidenti: Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir
  • Dünya yaranan gündən can alan Əzrailin ürəyi yandığı yeganə 2 şəxs kim idi?…
  • “Rusiyanın kərə yağı” adı ilə zəhər satırlar: Bu cinayət yox, soyqırımdır - SOS
  • Günəş sisteminin əsas sirri açılıb
  • Heydər Əliyev yanımdan keçəndə dedi ki... - Yusifzadə
  • Sahil Babayev: "On iki min şəhidimizin 18 min vərəsəsinə 11 min manatlıq birdəfəlik ödəniş edilib"
  • İcbari tibbi sığorta üzrə xidmətlər zərfi açıqlanıb
  • Dünyanı lərzəyə gətirəcək yeni “Fırtına” gəlir
  • “WhatsApp”ı hansı ölkələrdə qadağan ediblər...
  • İranın vurduğu ABŞ bazasının görüntüləri - Foto/Video
  • Günün ulduz falı: 12 yanvar, 2020
  • Ukrayna mülki təyyarəsini vuran iranlı komandir danışdı : "Xəbəri ilk eşitdiyimdə ölmək istədim"
  • Cinsi zəifliyi aradan qaldıran ballı banan resepti
  • Dünya İrana qarşı AYAĞA QALXDI - BÖYÜK ŞOK
  • İran etiraf etdi: Təyyarəni biz vurmuşuq, amma...
  • Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi, 2 dərəcə şaxta, qar yağacaq... - RƏSMİ
  • İşdən çıxarılan rəis şəhərdə şəxsi radar qoyubmuş – Sensasiya
  • Minlərlə vətəndaşa ŞAD XƏBƏR - İlham Əliyev mühüm sərəncam imzaladı
  • Edam üçün imza toplanır, məşhurlarımız da işə qarışdı - Ölüm hökmü bərpa oluna bilər?
  • Tehranda qəzaya uğrayan təyyarə ilə bağlı YENİ MƏLUMAT
  • Təyyarə rus raketi ilə vurulub? - Zelenskidən təlimat
  • İranda dəhşətli təyyarə qəzası: 179 nəfər öldü - Anbaan video
  • 16 Oca 2020, 20:13   
        17



    Ödənişli yolların qiyməti nə qədər olacaq? – Müqayisə

    Ölkənin ilk ödənişli yolu kimi inşa edilən və 2018-ci ildə istifadəyə verilən Ələt-Astara magistral yolundan sonra ikinci ödənişli yolunun Bakı-Quba-Rusiya sərhədi yolu olacağı açıqlandı. Hələlik sözügedən yolların dəqiq olaraq nə vaxtdan ödənişli əsaslarla fəaliyyətə başlayacağı məlum deyil. Heç qiymətlərin nəyə əsasən təyin ediləcəyi, nəyə əsasən hesablanacağı da bilinmir.

    XEBERTV.AZ xəbər verir ki, hazırda əksər dünya ölkələrində ödənişli yollar var. Məsələn, ABŞ-da olan 90 min kilometrlik federal yolların 10 min kilometri ödənişlidir. Pul (50 sentdən 15 dollara qədər) adətən körpü və tunel olan ərazilər üçün alınır.

    Avropada da pullu yollarda haqq ümumi yolun uzunluğuna görə deyil, yalnız keçilən tunel, körpü və estakadalara görə alınır. Yəni bu tikintilər olmayan yerlər üçün pul hesablanmır. Tariflər nəqliyyat vasitəsinin növünə və məsafəyə görə hesablanır. Məsələn, İspaniyada Madriddən Barakas aeroportuna getmək üçün cəmi 1,75 avro ödənilirsə, Madriddən Barselonaya getmək üçün (200 km) 30 avro ödəmək lazım gəlir.

    Çində isə vəziyyət tamam başqadır. Ölkədə pullu yollara alternativ tapmaq müşkül məsələdir. Ödənişli yollarda gediş haqqı isə hər kilometr üçün 8 sentdir.

    Pullu yolları postsovet ölkələrindən ən tez tətbiq edən Rusiya olub. 90-cı illərdən başlayaraq ölkədə belə yollar dövlət tərəfindən inşa edilib, 2007-ci ildən sonra isə özəl bölmə də prosesə cəlb olunub. Hazırda Rusiyada 11 federasiya subyektinin ərazisində 1100 km federal və regional əhəmiyyətli yol ödənişlidir.

    Mövzunu şərh edən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ödənişli əsaslarla fəaliyyət göstərən yollarda tariflər əhalinin gəlirlərinə əsasən müəyyən edilməlidir:

    “Ödənişli əsaslarla fəaliyyət göstərən yolların olması hər ölkənin daxili işidir və bu artıq sınanılmış dünya təcrübəsidir. Azərbaycanda pullu yolların baha olacağını düşünmürəm. Ən azından qiymətlər müəyyən edilərkən əhalinin güzəranı, həmin istiqamət üzrə hərəkət edənlərin ümumi durumu nəzərə alınacaq.

    Bəllidir ki, həmin yolda hərəkətə görə ödənilən pul dövlət büdcəsinə gedəcək və bu da həmin yolun saxlanmasına ayrılacaq. Dövlətin buradan qazanc əldə etmək fikrinin olduğunu düşünmürəm. Ancaq bu kimi yolların saxlanılması üçün ödənişin tələb edilməsi normaldır. Dünya təcrübəsində bu tipli yollarda ancaq tunel, körpüdən istifadə üçün ödəniş edilir”.

    Qonşu ölkələrin təcrübəsindən danışan ekspert bildirib ki, qonşu Gürcüstanda ümumiyyətlə ödənişli yol yoxdur:

    “Gürcüstanda belə bir təcrübə yoxdur. Çünki Gürcüstanda magistral yollar ödənişli olacaq dərəcədə yüksək səviyyədə deyil. Ümumiyyətlə, bu istiqamətdə Gürcüstanla Azərbaycan müqayisə edilə bilməz.

    Türkiyədə isə hazırda Avropa istiqamətində olan yol ödənişlidir. Həmçinin Türkiyənin məşhur boğaz körpüsünə giriş də ödənişlədir. Burada ödəniş avtomobillərin formasına görə dəyişir”.

    Xatırladaq ki, ölkə ərazisində pullu yollar yalnız onların pulsuz alternativi olduğu halda çəkilə bilər. Həmçinin ödənişli əsaslarla fəaliyyət göstərən yolun alternativ yoldan qısa olması vacibdir.

    Ödənişli əsaslarla fəaliyyət göstərəcək Ələt-Astara-İran İslam Respublikası sərhədi yolu alternativindən 39, Bakı-Quba-Rusiya sərhədi yolu isə alternativindən 18 km qısadır.axar.az
    loading...