Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Uşağıma yemək ala bilmirəm” – Azərbaycanda ana aclıqla üz-üzə qaldıqlarını deyir
  • Nazir: "Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən inadla imtina edir"
  • Alimlər göz üçün elə bir linza yaratdı ki...
  • İran çökür, milyardlarla dollar büdcə kəsiri var – Ekspert ŞOK FAKTLARI açıqladı
  • Çin’de gördüğü işkenceleri anlatan Mihrigül Tursun: Beni öldürmeleri için yalvardım!
  • Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır – VİDEO
  • “Bütün sevgiləri xatırladan” qosqoca payızsan!
  • İrəvan təşvişdə: Türkiyənin bu planından narahatıq
  • “Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
  • Daha bir ölkə nüvə silahı əldə edəcək - QORXUNC İDDİA
  • Prezident həmkarlarına məktub göndərdi
  • Azərbaycan Albaniyaya humanitar yardım göstərib
  • AVTOMOBİL BAZARINI YENİ "QIZDIRMA" GÖZLƏYİR - "7 il təklifi" nə vəd edir?
  • Prezidentin yeni köməkçisi təyin edilən gənc kimdir? - DOSYE
  • Yanvarın 1-dən dövlət tərəfindən hər kəs üçün 90 manat ayrılacaq
  • Günün ulduz falı: 27 noyabr, 2019
  • Yadplanetlilərlə bağlı SENSASİON FAKT: nüvə silahlarını...
  • "Gömrüyün Gürcüstandan gətirilən maşınları buraxmamaq səlahiyyəti yoxdur" - Ekspert "dəhşətli rüsumlar"dan danışdı
  • Sərhəddə atışma: ölən var - Rəsmi-YENİLƏNİB
  • Rusiya iki qitəyə kabus yaşadacaq? - Ekspert
  • Azərbaycana və Ermənistana səfər edən jurnalistlərin adları açıqlandı
  • Bakı-Sumqayıt yolunda "Ekologiya postu" sökülür
  • İranla əlaqə kəsildi: Ölkədə son durum... - Video
  • Dövlət Komitəsi evdar qadınlara pul verilməsi məsələsini qaldırıb
  • Almaniyanın Köln şəhərində HƏYƏCAN - Minlərlə insan köçürülür
  • 02 Ara 2019, 17:08   
        64


    BAKI-XEBERTV.AZ

    “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyindən növbəti xeyirxah addım

    Noyabrın 30-da Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Nizami (Bakı) Filialının birgə təşkilatçılığı ilə Bakıdakı "Medika Hospital"Klinikasının Cərrahiyyə şöbəsində aztəminatlı ailələrin oğul övladları üçün sünnət mərasimi keçirilib.
    Mərasimdə 16 ailənin azyaşlı övladı müasir standartlara cavab verən avadanlıqlar vasitəsi ilə sünnət olunub. Mərasimdə iştirak edən valideynlər bu xeyirxah işin təşkilatçılarına təşəkkür edərək bildirdilər ki, ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi tibb sahəsində də yeniliklər çoxdur. “Medika Hospital” ən müasir avadanlıqlarla təchiz edilib. Burda işgüzar və qayğıkeş tibb personalı fəaliyyət göstərir. Onlar “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin və digər QHT-lərin aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına yönələn bu addımlarını alqışladıqlarını qeyd etdilər.
    “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu müsahibəsində qeyd etdi ki, Dövlətin QHT-lər üçün yaratdığı şərait diqqətəlayiqdir. Şamil müəllim, bu nəcib aksiyaya qoşulan bütün şəxslərə öz təşəkkürünü bildirdi. Biz, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Nizami (Bakı) Filialının sədri, Qarabağ qazisi Məhi Mehdiyevlə həmsöhbət olduq. Onlar nəcib təşəbbüsü dəstəklədiyi üçün “Medika Hospital”ın baş direktoru Vüqar Tarquliyev, baş həkim Abasət Hüseynəliyev, Poliklinika şöbəsinin müdiri, şəhid bacısı Məhəbbət Paşayeva və digər məsul şəxslərə rəhbərlik etdikləri QHT-lər adından təşəkkür etdilər. Fəaliyyətini jurnalist Şamil Sabiroğlunun rəhbərliyi altında davam etdirən “medonlineaz” saytının redaktoru Gülnar Oruc da bu xeyirxah addıma görə “Medika Hospital”ın rəhbərliyinə minnətdarlığını bildirdi.
    Bu layihə haqqında məlumat verən Ş.Sabiroğlu dedi: “Layihə məcburi köçkün və aztəminatlı ailələrin sosial maraqlarını əks etdirir. Bu günlərdə Təşkilatın 12 yaşı tamam olub. Həyata keçrilən bu təşəbbüs davamlı olacaq.”


       “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyindən növbəti xeyirxah addım


    Dilbər Sultanova,
    Sənan İmanov,
    "Xocalı Soyqırımını Tanıtma"
    ictimai birliyinin üzvləri.
    Bakı, 02.12.2019.
    loading...