Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ƏBƏDİ YAŞAR LİDER - HEYDƏR ƏLİYEV XATİRƏSİNƏ
  • Ulu öndərin vəfatından 16 il ötür
  • Sumqayıtda eyni yol dördüncü dəfə çökdü - VİDEO
  • TƏCİLİ:Yanğın Davam Edir:Ticarət Mərkəzi Kül Oldu
  • Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyindən çağırış :
  • Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi
  • Qonşuda kritik durum: hər gün 15 nəfər buna görə ölür
  • Ağcabədililər öz millət vəkilərini seçir
  • İsrailə atılan raketləri Dəmir Qübbə məhv etdi
  • Merkel Berlində törədilən qətl hadisəsinə münasibət bildirdi
  • “Uşağıma yemək ala bilmirəm” – Azərbaycanda ana aclıqla üz-üzə qaldıqlarını deyir
  • Nazir: "Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən inadla imtina edir"
  • Alimlər göz üçün elə bir linza yaratdı ki...
  • İran çökür, milyardlarla dollar büdcə kəsiri var – Ekspert ŞOK FAKTLARI açıqladı
  • Çin’de gördüğü işkenceleri anlatan Mihrigül Tursun: Beni öldürmeleri için yalvardım!
  • Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır – VİDEO
  • “Bütün sevgiləri xatırladan” qosqoca payızsan!
  • İrəvan təşvişdə: Türkiyənin bu planından narahatıq
  • “Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
  • Daha bir ölkə nüvə silahı əldə edəcək - QORXUNC İDDİA
  • Prezident həmkarlarına məktub göndərdi
  • Azərbaycan Albaniyaya humanitar yardım göstərib
  • AVTOMOBİL BAZARINI YENİ "QIZDIRMA" GÖZLƏYİR - "7 il təklifi" nə vəd edir?
  • Prezidentin yeni köməkçisi təyin edilən gənc kimdir? - DOSYE
  • Yanvarın 1-dən dövlət tərəfindən hər kəs üçün 90 manat ayrılacaq
  • 21 Kas 2019, 20:51   
        53


    Deputat hökuməti işıq limitinə yenidən baxmağa ÇAĞIRDI: “Buna əsaslar var!”

    Payız-qış mövsümü ilə əlaqədar əhalinin elektrik enerjisinə artan tələbatı həm də ödənişlərin yüksəlməsinə səbəb olub. Buna görə də böyük əksəriyyət işıq limitinə yenidən baxılmasını zəruri hesab edir.


    XEBERTV.AZ xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan deputat Fəzail Ağamalı bildirib ki, işıq limitinə yenidən baxılması üçün kifayət qədər iqtisadi əsaslar var:


    “Məsələ qaldırılanda vətəndaşların, seçicilərin mənə ünvanlanmış müraciətlərinə əsaslanmışdım. Doğrudur, etirazlardan sonra qazın limitinə baxıldı, amma işıq limitinə yox. Tarif Şurası addım atdı, amma hesab edirəm ki, bu, yetərli deyil. İşıq limitinə baxılmasını aktual hesab edirəm. Mənim araşdırmalarıma görə, ölkədə bunun üçün əsaslar var. Ümidvaram ki, yeni təyin olunmuş İqtisadiyyat naziri Mikayıl Cabbarov digər sahələrdə olduğu kimi, əhalinin sosial rifahı naminə bu məsələyə də diqqətlə yanaşacaq və limitə yenidən baxılması ilə bağlı addımlar atacaq. Bu limit tamamilə ləğv, yaxud başqa bir şəkildə icra edilə bilər”.


    F.Ağamalının sözlərinə görə, qaz və işıq istehsal dəyərindən baha satılır:


    “Mənim araşdırmalarımda gəldiyim nəticə belədir ki, qazın və işığın istehsalının maya dəyəri 3-3,5 qəpik civarındadır. Maya dəyərilə satış arasında xeyli fərq var. Bu üzdən də tariflərə yenidən baxılması zəruridir”.


    “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Modern.az-a bildirib ki, işıq limitnə yenidən baxılması təmsil etdiyi qurumun səlahiyyətində olan məsələ deyil:


    “Biz icraçı qurumuq. Qanun-qayda nəyi diqtə edirsə, biz də onu icra edirik. Tariflər Tarif Şurası tərəfindən müəyyən edilir. Amma ümumilikdə tərəfimizdən işıq limitinə baxılması üçün müraciət edilməyib. Bunun üçün səlahiyyətimiz də yoxdur”.


    Xatırladaq ki, qaz və işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib. Aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün ödəniş 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.


    Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün 10 qəpik, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyən olunub.
    loading...