Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi
  • DİM nazirlikdə bu müsahibələri ləğv etdi
  • Azərbaycanın xarici siyasət strategiyasında dövlətlərarası əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir
  • İrəvan dəhlizə qarşıdır: Bakı bu addımı atacaq – Erməni professor
  • Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Qriqoryan
  • Azərbaycan bu gün ilham mənbəyinə çevrilib
  • Bayramov iranlı həmkarı ilə danışdı: Nələr müzakirə edildi?
  • Tarixi Zəfərin əsas formulu – VİDEO
  • 8 Noyabr - Zəfər Günüdür!
  • Allahverdi Bağırovun qəbrində kim dəfn edilib? - Video
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin təbriki
  • Bakı və Astana bu sahədə əməkdaşlıq edəcək
  • Bayramov Borrellə sərhədi müzakirə etdi
  • Bayramov Çavuşoğlu ilə danışdı
  • Puqaçovanın nəvəsi səfərbərliyə çağrıldı
  • Azərbaycan Fransadan təzminat tələb edir
  • Bu Dövlət Xidmətinin səlahiyyətləri genişləndirildi
  • Dünya məhvin BİR ADDIMLIĞINDA: "Milyonlarla qurbanı olan nüvə müharibələri baş verəcək"
  • Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var
  • Əskişəhərdəki həmvətənlərimiz aksiya keçirdi
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • 28 Eyl 2019, 22:22   
        563

    Gömrük şefi erməni siqaretini keçirir? – Şok açıqlama



    Sosial şəbəkəyə Ermənistan istehsalı olan “Akhtamar” siqaretlərinin Bakıdakı piştaxtalarda satılması barədə video yayılıb. məlumatın dəqiqliyi sübut olunmasa da, bunu “Facebook”da durmadan paylaşırlar.

    Bəs görəsən belə məhsullar Azərbaycana necə, hansı yollarla gətirilir? Həmin siqaretlərin ölkəmizə gətirilməsində məqsəd nədir? Bu məhsullar gömrükdən necə keçir.

    Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla əlaqə saxladıq. “Yeni Sabah”a danışan E. Hüseynov belə məhsulların gömrük orqanlarının xeyir-duası ilə Azərbaycana gətirildiyini deyib:

    “Belə malları istehlakçılar gətirilirlər. Siqaretlərin gətirilməsi ilə bağlı bizdə belə fakt qeydə alınmayıb. Lakin masamın üzərində Gürcüstanda yaşayan ermənilər vasitəsilə Azərbaycana keçirilmiş “Nataxtari” limonadları, parfumeriya maları və s. var.

    Yəni qaçaqmalçılıq bazarda böyük yer tutur. Ermənistandan da Azərbaycana malların gətirilməsi istisna olunmur. Hər gün Gürcüstanın “İkinci vağzal” deyilən yerində ermənilər, gürcülər, azərbaycanlılar görüşür və mal, pul, fikir mübadiləsi edirlər. Əlbəttə ki, bu cür mallar gömrük orqanlarının xeyir-duası ilə keçirilir.

    Məsələn, “Nataxtari” limonadları barədə gömrük sədrinə məktub yazmışam. Demək olar ki, mənasız cavab verirlər. Bu mallar isə bazarda hardasa 50 faiz yer tutub. Belə qaçaq malların satıldığı yerlər barədə Vergilər Nazirliyinə, Gömrük Komitəsinə məlumat vermişəm. Lakin heç kim getmir”.

    O belə malların çox təhlükəli olduğunu da qeyd edib:

    “Bu mallar həm təhlükəlidir, mənşəyi məlum deyil, həm də vergilərdən yayınırlar, ölkənin maliyyə siyasətinə ciddi zərbələr endirirlər. Adını çəkdiyiniz erməni siqareti barədə bizə şikayət daxil olmayıb, lakin videosu varsa, deməli, gətirirlər, mövcuddur. Bunlar mütləq gömrük orqanlarının xeyir-duası ilə keçirilir və belə məhsullara himayədarlıq edənlər var. Mən istəmərəm ki, Ermənistanın bir qələmi belə burada satılsın. Lakin Azərbaycan mallarının Ermənistanda satılmasının tam tərəfdarıyam”.//reportyor.info
    loading...