Xəbər lenti
Axtar
23 Eyl 2019, 20:20   
    586


DİN 2 nəfərin öldüyü dəhşətli hadisə ilə bağlı məlumat yaydı


Daxili İşlər Nazirliyi Sabunçu rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

XEBERTV.AZ Publika.az -a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir:

“Sentyabrın 21-də Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində psixoloji pozuntusu olan əcnəbi vətəndaş S.Rzayev münaqişə zəminində qəsəbə sakini olan qohumu Zakir Abbasovu bıçaqla qətlə yetirib. Sonra o, yaxınlıqdakı elektrik yarımstansiyasına girib əlini yüksək gərginlikli cərəyana vurub və hadisə yerində ölüb.

Araşdırma aparılır”.
loading...