Xəbər lenti
Axtar
Ən çox oxunan
  • İsmayılovlar erməni casusun "qolları arasında" - Foto
  • Ailə qurarkən ən əsas amil - əqidə və dünyagörüşü ümumiliyidir
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • 12 Eyl 2019, 22:08   
        42


    BAKI-XEBERTV.AZ

    Erməni bayrağına bürünən 3 manatlıq kitablar: Mətbəə “yoxa çıxıb”

    Azərbaycanda bəzi dərsliklərin Ermənistan bayrağının fonunda çap olunması məsələsi yenidən gündəmə gəlib.

    Milli Məclisin deputatı Naqif Həmzəyev özəl nəşriyyatlar tərəfindən çap edilən dərs vəsaitlərinin xalqımızın, millətimizin tarixinə, mənəviyyatına uyğun olmadığını bildirib:

    “Ali məktəblərə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabının üzlüyünün dizaynı, eləcə də ibtidai sinif dərsliyində cədvəlin Ermənistan bayrağı fonunda tərtib olunması doğru deyil”.

    Deputat dərsliklərin təlim-tərbiyə ilə yanaşı milli məqsədlər, mənafelər əsasında qurulmalı olduğunun vacibliyini də vurğulayıb. Eyni zamanda qeyd edib ki, aidiyyəti qurumlar bu məsələyə laqeyd qalmamalıdır.

    Cebhe.info əməkdaşı “Azərbaycan tarixi” məlumat kitabının harada və hansı qurum tərəfindən çap edilməsi ilə bağlı kiçik araşdırma aparıb.



    Məlum olub ki, ali məktəbə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabı “Didaktika” nəşriyyatı və Dövlət İmtahan Mərkəzi tərəfindən (keçmiş TQDK) ali məktəblərə qəbul proqramı əsasında hazırlanıb. Kitab 3 AZN-ə satılır. Kitabın üz qabığı qırmızı, göy və sarı rənglərlə dizayn edildiyindən Ermənistan bayrağına bənzəyir. Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur.

    Onu da qeyd edək ki, kitabın üzərində mətbəənin adı yoxdur. Sadəcə, bir telefon nömrələri qeyd olunub. Həmin telefon nömrələri ilə əlaqə saxlamaq cəhdlərimiz isə heç bir nəticə vermədi. /Cebhe.info/
    loading...