Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • Feysbukla bağlı inanılmaz iddia: "Layk" sayı gizlədiləcək
  • "Bütün qız uşaqlarının təhsil haqqı dövlət tərəfindən ödənilsin" - deputatdan təklif
  • 07 Eyl 2019, 00:09   
        128


    Məktəbli formaları ehtiyacı olan ailələrə təmənnasız paylandı!
    BAKI-XEBERTV.AZ
    Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi son bir il yarım ərzində qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün silsilə tədbirlər həyata keçirib. Komitənin sədri, Milli Məclisin deputatı Rövşən Rzayev rəhbər təyin olunduğu müddətdə 11.000 nəfərdən çox vətəndaşla şəxsən görüşüb, onların sosial problemlərinin həlli üçün zəruri tapşırıqlar vermişdir. Rövşən Rzayev əslən qarabağlıdır, ölkə miqyasında tanınan mərhum hüquqşünas, Bakı şəhərinin sabiq Prokuroru Şükür Rzayevin oğludur.
    2018-ci ilin aprel ayında Dövlət Başçısının Sərəncamı ilə Milli Məclisin deputatı Rövşən Rzayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olundu. O, qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli üçün əlindən gələni əsirgəmədi. R.Rzayev Xocalıdan olan məcburi köçkünlərin, xüsusən, məlum soyqırım zamanı hər iki valideynini itirən şəxslərin sosial problemlərinin həlli üçün əllərindən gələni əsirgəmədi. Bu günlərdə məlumat aldıq ki, Rövşən Rzayevin təşəbbüsü və təşkilatçılığı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Tikiş Kombinatında məcburi köçkünlərin 1-4-cü siniflərdə təhsil alan övladları üçün məktəbli formaları istehsal olunub. Xəbərdə o da qeyd olunurdu ki, nəfis tərtibatla istehsal olunan bu geyim formaları imkansız ailələrin övladlarına təqdim olunacaq. Komitənin təşəbbüsü ilə reallaşan geyim formalarının paylanması üçün “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə də müəyyən qədər məktəbli forması ayrıldı. Birliyin sədri Ş.Sabiroğlu geyim formalarının paylanması məqsədilə müvafiq əmr imzaladı. Sentyabrın 6-da geyim formalarının bir hissəsi aztəminatlı ailələrin övladlarına təqdim olundu. “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin ofisində təqdimat mərasimi keçirildi. Mərasimi “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi” medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Şamil müəllim Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu məsələ ilə bağlı fəaliyyətindən söz açdı. Ş.Sabiroğlu qeyd etdi ki, bu xeyirxah iş, Respublikamızın prezidenti cənab İlham Əliyev, Respublikanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli üçün həyata keçirdikləri dövlət siyasətinə bir dəstəkdir.
    Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev Dövlət Başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial layihələrdən danışdı. Bildirdi ki, məcburi köçkünlər üçün inşa olunan yeni yaşayış kompleksləri, bu qəbildən olan insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün atılan mühüm addımlar hər kəs tərəfindən rəğbətlə qarşılanır. Biz, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi olaraq çalışırıq ki, ədalət prinsipi qorunsun. Aztəminatlı ailələrdən olan məcburi köçkünlərin övladları üçün istehsal olunan məktəbli geyim formaları Komitə əməkdaşları tərəfindən bölgələrdə ünvanlarına çatdırılıb. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin fəaliyyəti Komitənin rəhbərliyi tərəfindən müsbət xarakterizə olunduğu və birgə əməkdaşlıq etdiyimiz üçün məktəbli geyim formalarının az bir hissəsinin sizin Təşkilatın xətti ilə paylanması məqsədəuyğun hesab edildi.
    “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri xanım Mahirə Əsədova, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu” nun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Nəzarət-Təftiş komissyasının sədri, II dərəcəli müharibə əlili Zahid Qarayev, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin İdarə Heyətinin üzvü, Birliyin Qadınlar Şurasının sədri Xocalıdan məcburi köçkün Ayna Allahyarqızı, Birliyin mətbuat xidmətinin rəhbəri, Füzuli şəhərindən məcburi köçkün Türkanə Səfərova, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvü, müharibə veteranı Çingiz Bayramov, Xocalı rayonunun Cəmilli kəndindən məcburi köçkün, şairə İmarət Cəmilli (Qəhrəmanova), Bakıdakı 42 saylı tam orta məktəbin müəllimi, şairə Cəmilə Vasifqızı bu nəcib təşəbbüsə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə öz dərin minnətdarlıqlarını bildirdilər.
    Daha sonra məktəbli geyim forması Bakı şəhərində müvəqqəti məskunlaşmış bir qrup imkansız ailənin övladlarına təqdim edildi.
    Məktəbli geyim formalarını təmənnasız qəbul edən məcburi köçkünlərdən Xocalıdan məcburi köçkün, şəhid Səlim Həşimovun övladı Nişanə Həşimova, Ağdam rayonundan məcburi köçkünlər-pedaqoq Vüsalə Qarayeva, Azadə Mönsümova, Məleykə Abdullayeva, Füzuli rayonundan məcburi köçkün Kəmalə Xudiyeva, Laçın rayonundan məcburi köçkün, şəhid bacısı Hacıxanım Xalidə Cabbarova və başqaları bu xeyirxah addıma görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, Respublikanın Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevə minnətdarlıqlarını bildirdilər.
    Türkanə Səfərova,
    Şamilə Şamilqızı.
    “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşları.
    Fotolar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Arif Salahov və Bakı Dövlət Universitetinin







    Jurnalistika fakültəsinin I kurs tələbəsi Mətin Abdullasoya məxsusdur.

    06.09.2019.
    Shamil Sabiroğlu adlı şəxsin şəkli.
    loading...