Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • Feysbukla bağlı inanılmaz iddia: "Layk" sayı gizlədiləcək
  • "Bütün qız uşaqlarının təhsil haqqı dövlət tərəfindən ödənilsin" - deputatdan təklif
  • 05 Eyl 2019, 16:45   
        55


    Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh

    Əslində, Ukraynanın siyasi sistemi, hazırkı iqtisadi-siyasi durumu ilə Azərbaycanın iqtisadi-siyasi durumu arasında çox böyük fərqlər var. Ukraynada Ali Radada hansısa bir qanun müzakirəyə çıxarılırsa, hətta qəbul edilirsə, bu, o demək deyil ki, mütləq Azərbaycan da onlardan nümunə götürməlidir.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında əməkdar jurnalist, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı Ukraynada olduğu kimi Azərbaycanda da deputatların toxunulmazlığının ləğv edilməsi haqda səsləndirilən iddialara münasibət bildirərkən deyib. O, deputatlarla bağlı yarana biləcək problemlərin qanunla tənzimləndiyi üçün buna qətiyyən ehtiyac olmadığını bildirib:

    “Dünyada demokratik hesab olunan elə nümunələr var ki, Azərbaycan həmişə bu cür örnəklərə müraciət edir. Amma hazırkı situasiyada bu iddiaların heç bir əsası yoxdur. Çünki Azərbaycanda “Deputatların statusu haqqında” Qanun, Cinayət Məcəlləsi və digər müvafiq qanunlarımız kifayət qədər mükəmməl və şəffafdır. O qanunlara əsasən, Azərbaycanda deputat hər hansı bir cinayət törədirsə, hər hansı bir qanun pozuntusuna yol verirsə, onsuz da cəzasız qalmır. Yəni Azərbaycanda hər kəs, hətta Milli Məclis üzvləri belə qanun qarşısında bərabərdir.

    Yaxın keçmişdə Azərbaycan Milli Məclisində deputatın törətdiyi cinayətə görə mandatından məhrum edilməsi və məsuliyyətə cəlb olunması örnəyi var. Müvafiq qanunvericiliyə görə, deputat bir cinayət törədirsə, Baş Prokurorluq Milli Məclisə müraciət edir və həmin məsələ parlamentdə müzakirəyə çıxarılır. Cinayətdə ittiham edilən deputatın əməlləri sübuta yetirilirsə, onun toxunulmazlığı ləğv olunur və məsuliyyətə cəlb edilir. Bizim qanunlarımız onsuz da bu məsələdə kifayət qədər şəffaf və demokratikdir”.

    Politoloq bildirib ki, bütövlükdə götürəndə Azərbaycanın bəzi müxalif düşüncəli şəxslərinin bu məsələyə belə xüsusi maraq göstərməsi, Ukrayna nümunəsini misal çəkməsi ənənəvi absurd iddialarının növbəti mərhələsidir. Azərbaycan müxalifəti içərisində öz işlərinə yarayanda siyasiləşmiş dindarlara, cinayət törətmiş partiya üzvlərinə, blogerlərə, QHT nümayəndələrinə də xüsusi statuslar, toxunulmazlıqlar tələb edənlər tapılır:

    “Belə bir halda onların deputat toxunulmazlığının götürülməsi məsələsinə xüsusi maraq göstərmələri və Azərbaycanda da bunun tətbiqini istəmələri çoxlu suallar yaradır. Hələ mən bu günə qədər rast gəlməmişəm ki, Azərbaycandakı radikal siyasilər hansısa mütərəqqi nümunələri ölkəmiz üçün örnək göstərsinlər”.

    A.Camalqızı yeri gəldi-gəlmədi xarici ölkələrdəki bəzi nümunələrin ölkəmizə tətbiq edilməsi cəhdlərindən də danışıb. Onun sözlərinə görə, toxunulmazlığın ləğv edilməsi birinci növbədə seçicilər üçün əlverişli deyil:

    “Bir zamanlar narıncı inqilablarla bağlı onların necə bir xülyalara düşmələri bizim xatirimizdədir. Mahiyyət deyil, “kosmetik oğurluqla” məşğul olmağı sevən bu radikallar bir ara “narıncı şarf” da geyindilər. Amma Azərbaycan cəmiyyətinə yaxşı məlumdur ki, ölkəmizdə inqilabi dəyişiklikləri məhz Prezident İlham Əliyev həyata keçirdi, digər ölkələrin minbir əziyyətlə keçmək istədiyi və hələ də o siyasi-iqtisadi girdabda ilişib qaldığı islahatları İlham Əliyev ən qısa müddətdə, ağrısız və xalqın rifahına uyğun formada tətbiq etdi. Ancaq təəssüf ki, radikallar hətta Suriya nümunəsinin də Azərbaycana hər hansısa formada tətbiqi ilə bağlı müzakirələr aparmaqla nə qədər antimilli olduqlarını, xalqı və dövləti qətiyyən düşünmədiklərini dəfələrlə sübuta yetiriblər. 15 ildir davam edən “Ukrayna keçidini”, Suriyaya eksport edilən “demokratiya”nı nümunə seçənlərin düşüncəsi, sadəcə, anlaşılmazdır”.

    A.Camalqızı bütün sivil dünyada deputat toxunulmazlığının tətbiqinin əhəmiyyətindən də danışıb:

    “Deputat toxunulmazlığı millət vəkilinə dövlətin təminatı altında açıq tənqidlərlə çıxış etmək fürsəti verir ki, bu da dövlətin demokratiyaya birbaşa dəstəyi, sosial problemlərə diqqətini yönəltməsi və bu sahədəki mövcud durumu real olaraq görmək istəyinin nəticəsidir. Toxunulmazlığın ləğvi millət vəkillərində müəyyən kompleks və özünüifadə çətinliyi doğura bilər. Təsadüfü deyil ki, deputat toxulmazlığının ləğvi barədə qərarın qəbulundan sonra Ukraynanın bir çox ünlü politoloqları, millət vəkilləri və partiya liderləri Prezident Zelenskini diktatura qurmaq yolunda növbəti addım atmaqda suçlayırlar. Təcrübə olaraq tətbiq edilən və nəticəsinin bilinmədiyi bir addımı Azərbaycan niyə təkrarlamalıdır? Ukraynadan fərqli olaraq, Azərbaycanda siyasi və iqtisadi mühit tamamilə sabitdir və bizə bu cür naməlum nəticəli təcrübələr lazım deyil. Azərbaycan “siyasi sınaqlar poliqonu” deyil, ölkəmizdə dövlətçilik ənənəsi artıq oturuşub”.

    Əməkdar jurnalist belə bir təklifin niyə məhz indi gündəmə gətirilməsinə də diqqət çəkib:

    “Doğrudan da bu mütərəqqi bir nümunədirsə, müxalifət niyə indiyə kimi belə bir təklifi gündəmə gətirməyib və yaxud da AXC-Müsavat cütlüyü öz hakimiyyəti dövründə bu toxunulmazlıq məsələsini müzakirəyə çıxarmayıblar? Deputatların toxunulmazlığının götürülməsi məsələsi Azərbaycanda heç vaxt müzakirə mövzusu olmayıb. Sadəcə olaraq Azərbaycan müxalifətində başqalarına bənzəmək xəstəliyi var. Zelenski bu addımı atdı. Amma nəzərə almırlar ki, onun hansı səbəbləri var və yaxud da hansı təcrübəyə istinad edib. Ukraynanın hər etdiyini biz olduğu kimi Azərbaycanda təkrarlaya bilmərik, çünki siyasi mühit, baxış, situasiya fərqlidir. Ukraynada bunu onunla əsaslandırdılar ki, Ali Rada üzvləri hansısa kriminal qrupların və ya oliqarxların təsiri altındadır və bu təsiri azaltmaq üçün deputatların toxunulmazlığının götürülməsi vacibdir. Amma Azərbaycanda hansı kriminal qruplaşmadan söhbət gedə bilər ki, onların Milli Məclisdə nümayəndələri də olsun. Bizdə ümumiyyətlə, siyasi qüvvələr heç bir kriminal qrupun təsiri altında deyil. Bu baxımdan düşünürəm ki, müxalifət sadəcə həmişə olduğu kimi bu məsələdə də cığallıqla məşğuldur”.

    A.Camalqızı millət vəkillərinə sözünü azad formada deməsi üçün verilən toxunulmazlığın müxalifəti hansı səbəbdən narahat etməsinin təəccüb doğurduğunu da söyləyib:

    “Bu toxunulmazlıq məsələsinin radikalları “narahat” etməsi özü də sual doğuran məsələdir. Artıq bir çox demokratik ölkələrdə hətta blogerlərin belə toxunulmazlıq məsələsi müzakirə olunur. Çünki hesab edirlər ki, blogerlər ölkələrindəki problemləri qaldırmaqla, qabartmaqla - təbii ki, biz söyüş və təhqirlər istisna olunmaq şərtilə bunun sivil formasını nəzərdə tuturuq - əslində, problemin həlli üçün hökumətə yardım etmiş olurlar. Yəni müasir dünyada bu yöndə müzakirələrin getdiyi bir zamanda Azərbaycanın bəzi müxaliflərinin Ukraynanı “nümunə” seçməsi tamamilə başqa mətləblərdən xəbər verir. Heç bir proqram təklif edə bilməyən, təşəbbüs irəli sürmək səviyyəsində olmayanlar özləri də nə dediklərinin və nəyi müzakirə etdiklərinin fərqində deyillər”.

    A.Camalqızı jurnlaistlərə toxunulmazlıq verilməsi barədə səsləndirilən fikirlərə də münasibət bildirib:

    “İndi sosial şəbəkələrdə hər yöndə müzakirələr gedir. Azərbaycan demokratik ölkədir. Hər kəs öz düşündüyünü rahat şəkildə ifadə edə bilər. Hər hansı bir formada cinayət hadisəsi varsa, hər kəs qanun qarşısında bərabərdir. Kimlər üçünsə xüsusi imtiyazlar tələb etmək, hansısa sosial qrupları başqalarından fərqləndirməyə ehtiyac yoxdur. Konkret olaraq Milli Məclisə gəlincə, bu, birbaşa demokratiyaya aid olan bir məsələdir. Onların fəaliyyətində hər hansı məhdudiyyətlər yaratmağa, malik olduqları toxunulmazlığı götürməyə sosial-kriminal sifariş və səbəb görmürəm”.

    Politoloq onu da bildirib ki, əgər bizdə deputat toxunulmazlığının ləğvi ilə bağlı layihə irəli sürülsəydi, onda hazırda bu iddianı irəli sürən radikalların tamamilə başqa mövqe tutduqlarını görəcəkdik:

    “İnandırıram sizi ki, əgər zərurət yaransa və belə bir qanun layihəsi Milli Məclisdə müzakirəyə təklif edilsəydi, bu gün toxunulmazlığın ləğvində “israr edənlər” ölkəmizi antidemokratik addımda, deputatların “dilini kəsməkdə” ittiham edəcək və bunu ən yüksək səslə bağıracaqdılar. Ona görə də belələrinə daha normal təklif irəli sürmələri üçün savad, bilik və dünyagörüş arzulayaq”.
    loading...