
Artilleriyaçılarımız gecə atışlarını icra etdilər - Video
“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi davam edir.
XEBERTV.AZ xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, yarışların növbəti mərhələsində Azərbaycan Ordusunun artilleriyaçıları gecə atışlarını yerinə yetiriblər.