Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
  • "Ərdoğanla Putin 120 saatdan sonrakı prosesi danışacaq"
  • Ərdoğan: "İkinci günə kimi oradan uzaqlaşmasanız, başınızı əzəcəyik!"
  • Yəhudilər Türkiyəyə dəstək nümayişi keçirdi - Rəsulzadədən sitat gətirdilər - VİDEO
  • Ərdoğandan dünyaya TARİXİ MESAJ: Artıq qəbul etməlidirlər
  • Yerə nəhəng asteroid yaxınlaşır
  • ABŞ-dan gələn müxbir Ərdoğana sual verir:
  • SON DƏQİQƏ: türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu (YENİLƏNİR)
  • Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
  • Azərbaycan Müstəqillik Gününü qeyd edir
  • Qaçqınlar Suriyaya qayıdır
  • Ərdoğanın Pakistan səfəri təxirə salındı
  • Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
  • Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət
  • Xəbərlər – Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!-Yağış, qar, güclü külək...
  • Baş Qazi Etimat Əsədovun xatirəsi yad edildi.
  • İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
  • Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • 18 Haz 2019, 07:44   
        104



    “Bakı-2019” AGOF: "Festival zolağı” küçələrinin siyahısı açıqlandı

    “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı paytaxtda müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Festival zolağı”nın tətbiq ediləcəyi küçələrin siyahısı açıqlanıb.

    XEBERTV.AZ Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq “festival zolağı”nın kənarlarına sarı xətt çəkilib, asfalt üzərində isə təyin edilən yerlərdə “Bakı-2019” loqotipi vurulub.

    Bu tədbir idmançıların və festivalın rəsmi iştirakçılarının yarış meydançalarına maneəsiz çatmaları məqsədilə həyata keçirilib.

    Sarı zolaqlar bu yollarda aktiv olacaq: - Qara Qarayev, Neftçilər, Ziya Bünyadov, Neftçilər, Atatürk, Azadlıq, Tbilisi, Moskva prospektləri, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Hənifə Ələsgərov, Rəşid İsmayılov küçələri.

    İyul ayının 17-dən 28-ə qədər bu yollarda çəkilmiş xüsusi zolaqlara “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına cəlb edilən nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq. Yalnız xüsusi buraxılışı olan və müvafiq loqolarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarda hərəkət edə biləcək. Bu zolaqlara daxil olacaq digər nəqliyyat vasitələrinin sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəklər.

    Qeyd edək ki, “Bakı-2019” AGOF zamanı nəqliyyat ilə bağlı ən vacib məsələlərdən biri, açılış və bağlanış mərasimlərində, Azərbaycanda keçirilən digər əlamətdar idman tədbirlərdə olduğu kimi, bileti və ya akkreditasiyası olan hər bir şəxs üçün xüsusi avtobuslar təşkil olunacaq. Avtobuslar saat 17:00-dan 01:00-a qədər "28 May" və "Elmlər Akademiyası" metro stansiyalarından "Crystal Hall"-a və əks istiqamətdə fəaliyyət göstərəcək.

    Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
    loading...