
Xaçmaz rayon Mərkəzi kitabxanasının oxu zalında 28 May Respublika Gününə həsr edilmiş tədbir keçirildi.
XEBERTV.AZ xəbər verir ki, 27 may 2019-cu il tarixində Xaçmaz rayon Mərkəzi kitabxanasının oxu zalında 28 May Respublika Gününə həsr edilmiş tədbir keçirildi.Tədbiri MKS-nin metodika və biblioqrafiya şöbəsinin müdiri Z.Məmmədov açaraq bildirdi ki,1918-ci il may ayının 28-də müsəlman şərqində ilk dünyəvi demokratik dövlət –Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920) yaradılmışdır.Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cumhuriyyət Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik,huquqi və dünyəvi dövlət nümunəsi idi.Tarix müəllimi V.Qədimov AXC-nin yaranma tarixi haqqında ətraflı məruzə etdi.MKS-in direktor müavini B.Məmmədov öz çıxışında qeyd etdi ki, Müstəqil Azərbaycan Cumhuriyyəti qısa ömründə böyük nəaliyyətlər və qalibiyyətlər əldə etmişdir.İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın kişi bərabərliyini təmin edən Müstəqil Azərbaycan Cumhuriyyəti, o cümlədən milli ordu,milli pul,milli bank və s. islahatları həyata keçirmişdir.Təqaüdçü müəllim T.Musayev Azərbaycan Demokratik Respublikasını rəsmi sürətdə tanıyan dövlətlərdən söz açdı.O qeyd etdi ki,ADR-nı rəsmi sürətdə 1918-ci ilin iyun ayının 4-də tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Daha sonar çıxış edənlər ADR-nin üç rəngli bayrağının qəbul edilməsindən, mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərməsindən danışdılar.İsmət Qayıbov adına 3 saylı tam orta məktəbin şagirdləri Zamanlı Nərgiz,Alimova Şükufə, Qədirli Nərmin,Rəhimov Aqşin,Nağıyeva Günel,Məmmədov Elnur və başqaları müstəqilliyimizə həsr edilmiş şeirlər söyləməklə tədbirə xüsusi rəng qatdılar.Sonda tədbir iştirakçıları ”28 May Respublika Günüdür”başlığlı sərgi ilə tanış oldular.





Sevda İsmailova