Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycanda vətəndaşlara pul yardımı ediləcək? - RƏSMİ
  • Dünyanı ayağa qaldıran 20 trilyon dollarlıq İDDİA - Koronavirus kütləvi ölümlərə yol açmaq üçün yaradılıb
  • Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır - AÇIQLAMA
  • Azərbaycanda xüsusi karantin rejimi başladı
  • Azərbaycanlı məşhurlara örnək: Kirayə haqqı...
  • Türkiyəli həkim: Koronavirus 3-4 aya...
  • ABŞ koronavirusa görə Azərbaycana pul ayırdı
  • Əsgərlər ehtiyata buraxılacaq? - Açıqlama
  • Korona nə qədər davam edəcək? – Harvard İnstitutu
  • Dünyanı koronadan o ölkə xilas edəcək – Öngörü
  • "Çox qısa bir zamanda yaramaz erməni snayperi düz alnından vuruldu..."
  • "Karantinə əməl etməsək, 1 həftəyə Bakıda 600 min insan koronavirusa yoluxar" – Tanınmış transplantoloq
  • “Genişmiqyaslı epidemiya olsa, bunun altından çıxa bilməyəcəyik” - İbrahim Məmmədov
  • Orqanizm korona ilə bu cür savaşır - Video
  • Yadplanetlilərin qaçırdığı azərbaycanlı nələr danışdı?
  • 23-45 yaşlı insanlarda bu əlamətlər varsa... - KORONAVİRUSUN YENİ SİMPTOMLARI
  • ÜST-dən ölkələrə çağırış: Hücuma keçin!
  • Ermənistan ordusunda koronavirus yayıldı
  • 10 minə qədər vətəndaşımız müxtəlif ölkələrdən Azərbaycana gətirilib - Operativ Qərargah
  • Yol polisi: Karantin rejimini pozanlar məsuliyyətə cəlb ediləcəklər
  • Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - RƏSMİ
  • 10 min vətəndaşımız Azərbaycana gətirildi - Qərargah
  • Tramp: Ərdoğandan barışıq istədim, qəbul etmədi
  • Əli Məsimli: “İşıq və qaz limiti ləğv edilsin”
  • Çində yeni virusdan ilk nəfər öldü
  • 01 Mayıs 2019, 09:13   
        256
    Allahyar Xocalının “Bizdən qeyrət umur Vətən” adlı yeni kitabının təqdimat mərasimi oldu

    "Xocalının səsi" qəzetinin saytı

    BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

    Homepage » Allahyar Xocalının “Bizdən qeyrət umur Vətən” adlı yeni kitabının təqdimat mərasimi oldu
    Allahyar Xocalının “Bizdən qeyrət umur Vətən” adlı yeni kitabının təqdimat mərasimi oldu

    30.04.2019-cu il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı iləxocalıların kopmakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evində Xocalının dəyərli şairi, hörmətli el ağsaqqalı Allahyar Xocalının “Bizdən qeyrət umur Vətən” adlı yeni kitabının təqdimat mərasimi oldu. Mərasimdə Xocalı rayon icra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, rayon ziyalıları və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin idarə heyətinin üzvləri iştirak etdilər.
    Tədbir iştirakçıları əvvəlcə şairin kitablarından ibarət sərgiyə baxış keçirdilər.
    Tədbirin aparıcısı Xocalı şəhər 5 nömrəli klubun mədəni təşkilatçısı Aynurə Bilalova Allahyar Xocalının həyat və yaradıcılığından məlumat verdi. Bildirdi ki, Quliyev Allahyar Allahverdi oğlu 3 fevral 1946-cı ildə Qarabağın Xocalı kəndində anadan olub. Xocalıda 8 illik məktəbi bitirdikdən sonra Xankəndindəki Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə təhsilini davam etdirib, orta mək-təbi Bakı şəhərində bitirib. 1966-1969-cu illərdə Ukraynada Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Bakıda və Xankəndində milis vəzifəsində çalışıb. 1979-cu ildə Xankəndi Dövlət Pedoqoji İnstitutunu bitirib. Dağlıq Qarabağın Daşbulaq, Meşəli, Saruşen, Həsənabad kəndlərində müəllim işləyib. “Xocalının səsi” qəzetinin yaradıcılarından biri olub, uzun müddət qəzetdə şöbə müdiri işləyib. Xocalı Soyqırımından sonra Oğuzda, uzun müddət Naftalan şəhərindəki Şirvan sanatoriyasında məskunlaşıb. 1993–1997-ci illərdə Xocalı rayon İcra Hakimiyyəti Başçının Xocalı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyib. 1993-cü ildə “Vətən ağrısı, torpaq yanğısı”, 1999-cu ildə “Xocalı Soyqırımının qurbanları” kitabları çap edilib. Sayca 3-cü kitabı olan “Bizdən qeyrət umur Vətən” adlı kitabı isə bu il nəşr olunub.
    “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov, Xocalı şəhərinin ağsaqqalı, Allahyar müəllimin yaxın dostu Şükür Bəşirov, Şuşa rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Yaşar Salahov çıxış edərək şairin yaradıcılığından, onunla yoldaşlıq xatirələrindən danışdılar. Çıxışlarda Allahyar Xocalının haqq sözünü cəsarətlə deməyi bacaran, dövlətə və dövlətçiliyə bağlı vətənpərvər insan olduğu vurğulandı. Bütün janrlarda məharətlə yazan şairin öz dəsti-xətti ilə seçildiyi və oxucular tərəfindən sevildiyi diqqətə çatdırıldı.
    “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Qadınlar şurasının sədri Ayna Novruzova Xocalı camaatının böyük hörmətini qazanmış atası ilə fəxr etdiyini dedi. Tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
    Xocalı rayon icra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxışında Allahyar Quliyevin ictimai fəaliyyətini yüksək dəyərləndirdi. Lamiyə Qarayeva bildirdi ki, Allahyar müəllimin “Xocalının səsi” qəzetinin çətin vaxtlarda fədakar fəaliyyəti, Xocalı şəhəri üzrə nümayəndə kimi elinə xidməti, eyni zamanda yaradıcılığı ilə gənclərimizə vətənpərvərlik ruhunu aşılaması onun ziyalılığının, öz xalqına-elinə məhəbbətinin təcəssümüdür.
    Tədbirdə Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdləri Allahyar Xocalının “Bizdən qeyrət umur Vətən” adlı yeni kitabından şeirlər səsləndirdilər.
    Xocalı rayon mədəniyyət işçiləri şən musiqilərlə tədbir iştirakçılarının ovqatını artırdı.
    Sonda Allahyar Xocalı tədbirin təşkilində əziyyəti olan insanlara minnətdarlıq etdi. Şair “Bizdən qeyrət umur Vətən” adlı yeni kitabından şeirlər dedi.
    Təqdimat mərasimi Allahyar Xocalının növbəti kitabının Xocalıda işıq üzü görməsi arzusu ilə yekunlaşdı.

    xocalininsesi.info
    loading...