Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • Feysbukla bağlı inanılmaz iddia: "Layk" sayı gizlədiləcək
  • "Bütün qız uşaqlarının təhsil haqqı dövlət tərəfindən ödənilsin" - deputatdan təklif
  • 30 Nis 2019, 20:32   
        151
    Fəzail Ağamalıdan qaz limiti ilə bağlı sərt mövqe – “Tam ləğv olunmalıdır”

    Fəzail Ağamalıdan qaz limiti ilə bağlı sərt mövqe – “Tam ləğv olunmalıdır”

    Fəzail Ağamalıdan qaz limiti ilə bağlı sərt mövqe – “Tam ləğv olunmalıdır”


    “Son vaxtlar ölkəmizdə qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi və hər iki enerji daşıyıcısının qiymətlərinin əvvəlki səviyyəsinə qaytarılması ilə bağlı geniş və ardıcıl xarakter daşıyan təkliflər kifayət qədər aktuallaşıb. Bu müzakirələrdə istifadə olunan təbii qazın və elektrik enerjisinin parasını ödəyə bilməyən çoxminli sadə vətəndaşlarımızla bərabər, iqtisadçılarımızın, millət vəkillərimizin də rəyləri sosial şəbəkələrdə və KİV-də geniş miqyas almaqdadır”.

    “Yeni Sabah”ın məlumatına görə, bunu deputat Fəzail Ağamalı deyib. O bildirib ki, müzakirələrdə iştirak edən peşəkar iqtisadçıların və millət vəkillərinin mütləq əksəriyyəti haqlı olaraq limitin ləğv olunmasının tərafdarıdır.

    Amma o deputat həmkarları Fazil Mustafa və Vahid Əhmədovu limitin ləğv olunması deyil, artırılması ilə bağlı təklif irəli sürdükləri üçün tənqid edib: “Onların Milli Məclisin plenar yığıncağında və mətbuatda doğal qaz və elektrik enerjisinin qiymətilə bağlı söylədiyi dozalı fikirlər əsassız və ölkə prezidentinin həyata keçirdiyi islahatların mahiyyətilə zidiyyət təşkil edən konyuktur mövqedir. Yetərincə savadlı və məlumatı olan hörmətli həmkarlarım ən azı “Kombi” sistemini işlədən şəhərlərimizdən, Abşeron, Quba və ölkəmizin digər rayon və kəndlərində “Ceyran peçi”lə qızdırılan evlərin 6-7 ayda qaz və elektrik enerjisinə sərf olunan maliyyə tutumunu deputat seçildikləri rayonun əhalisindən öyrənə, daha ədalətli və obyektiv mövqeyini ortaya qoya bilərdilər”.

    F.Ağamalı lakonik şəkildə doğal qaz və elektrik enerjisinə tətbiq edilən limitin bütövlükdə ləğv olunmasının zəruriliyini konkret arqumentlərlə izah edib:

    “Azərbaycan ölkə prezidentinin dediyi kimi, neft-qaz ölkəsidir və bu Azərbaycan xalqının milli sərvətidir. Bu reallıq və reallıqdan doğan məntiq neft-qaz məhsullarının əhalimizə adekvat qiymətlərlə satılmasını tələb edir. Doğal qazın nisbi satış qiymət əmsalı Azərbaycanda qaz idxal edən Avropadan orta əmək haqqı və orta pensiya məbləğinə nisbətdə yüksəkdir. Başqa sözlə desək Avropalı əmək haqqının 1-2 faizini, soydaşlarımız bunun 15-20 faizini ödəməli olur.

    Bakı və respublikanın digər şəhərlərində, rayon mərkəzlərində tam mərkəzləşdirilmiş istilik sistemi olmadığına görə əhalimizin mütləq əksəriyyəti “Kombi” deyilən lokal istilikdən istifadə edir. Araşdırmamız göstərir ki, bu tip istilik sistemindən istifadə edən ortalama 5 nəfərlik ailənin 90-100 m2 mənzili qızdırmaq üçün limitli aylıq xərci 80-90 manat (bu vur-tut 1-1,5 aya kifayət edir), limitsiz 160-180 manatdı. Elektrik enerjisi qış aylarında 30-40 manat, isti aylarda 60-80 manat təşkil edir.

    Respublikanın kənd və qəsəbələrində, xüsusilə qışın sərt keçdiyi bölgələrdə isə bu baxımdan vəziyyət daha kəskindi. Bir qayda olaraq kənd yerlərində “Ceyran peçi” deyilən istilikdən istifadə olunur. 70-80 m2-lik mənzili 25-27 dərəcə qızdırmaq üçün “Ceyran peçi”nin aylıq qaz sərfiyyatının maliyyə tutumu 110-120 manat civarındadı. Bura 20-30 manat elektrik xərcini də əlavə etsək, mənzərə aydın olar. Deməli, bu vəziyyət ölkə prezidentinin həyata keçirdiyi və xalqımız tərəfindən yüksək dəyələndirilən sosial islahatlarla uzlaşmır”.

    Deputat vurğulayıb ki, aparılan islahatlar insanların həyat səviyyəsinin yüksəldilməsilə bərabər, istehsalın stimullaşdırılması ilə ölkəmizdə istehsal olunan məhsulların maya dəyərinin aşağı olunmasını da önə çəkir:

    “Qazın tətbiq edildiyi sənaye və kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı olması həm daxili bazarda onun alıcılıq imkanlarını artırar, həm də ixrac edilən ölkələrdə rəqabət səviyyəsini dayanıqlı edərdi. Limitin saxlanılması və qaz və elektrik enerjisinin qiymətinin yüksək olaraq qalmasının ekologiyaya vurduğu zərər bu bahalıqdan alınan “gəlirdən” qat-qat çoxdur. Hesablamalar göstərir ki, qaz və elektrikə limitin tətbiq olunması meşə massivlərinin qırılması və odundan istifadəni ən azı 30% artırmışdır. Meşələrin kütləvi şəkildə qırılması ekoloji katastrofdu və içməli su böhranının daha da dərinləşməsidir, içməli su resurslarının kəskin azalmasıdır, hava kütləsinin zəhərlənməsidir, bütövlükdə ölkədə aparılan ekoloji siyasətə zərbədir.

    Göründüyü kimi, bütün iqtisadi, siyasi, sosial, psixoloji amillər qaz və elektrik enerjisinin limitinin aradan qaldırılmasını zəruri edir. Bütövlükdə, limitlərin aradan qaldırılması konkret sahələrin mənafeyinə gətirdiyi “zərər” ölkə maraqlarına verə biləcəyi səmərədən və əhəmiyyətli nəticədən qat-qat aşağıdır və hər iki sahədə limitin ləğv edilməsi mahiyyət etibarilə aparılan dərin islahatların tərkib hissəsi kimi qəbul edilməlidir”.
    loading...