Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • Sperma sayı və aktivliyini artıran maddə tapıldı
  • Azərbaycanlılardan Türkiyəyə möhtəşəm dəstək - Video
  • ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
  • Adil Komutan! - Aygün Attar yazır
  • Yaxın 10 il ərzində dünyada... - QORXUNC PROQNOZLAR
  • Zəngilanın işğalından 26 il ötür
  • Tovuzda dağlar partladılır - Video
  • 15 Nis 2019, 23:13   
        173
    Qarabağ əlili və bacısı aclıqdan ölür: Saatlıdan nazirə dəhşətli VİDEO


    Qarabağ əlili və bacısı aclıqdan ölür: Saatlıdan nazirə dəhşətli VİDEO
    Saatlının Minbaşı kəndində Kərimovlar ailəsinin güzəranını görəndə adamın tükləri biz-biz olur.

    Ailənin bir üzvü Qarabağ döyüşlərində əlil olmuş Zakir Kərimovdur. Ona nə əlillik pensiyası verilir, nə yerli icra hakimiyyəti tərəfindən yaşayışına köməklik olunur.

    Qarabağ əlili ilə birlikdə əsəb-ruhi xəstəsi olan iki bacısı da yaşayır. Onlardan biri bu günlərdə səfalət, aclıq içində yaşamaqdan canını tapşırıb.

    Sağ qalan Nuriyə Kərimova isə günlərini sayır. Çünki bu aclıq, səfillik vəziyyətində çox yaşamaq mümkün deyil.
    Kərimovlara sosial yardım, pensiya təyin olunmayıb. Evə bir qəpik gəlmir. Bu barədə Qarabağ əlilinin qardaşı Salmanzadə TV-yə danışıb.


    Onun sözlərinə görə, rayonda qardaşı və bacılarına çatacaq pullar mənimsənilib: "Onların gününə baxın, soyuq yerdə ac-susuz qalıblar.

    Saatlı icra hakimiyyəti bir dəfə baxmır ki, bu adamlar necə olacaqlar. Mənim bacım ruhi xəstədir, onunla işim yoxdur, heç olmasa qardaşıma kömək eləsinlər. Bu insan vətən üçün sağlamlığını itirib.

    Qohum-qonşular müraciət elədik ki, 100 manat ayrılsın, heç bir qəpik də görmədik. Sağ olsun. Bir sahibkar evə su kanalı açıb, yoxsa su da olmayacaqdı.

    İndi Azərbaycana baxın, bu adamlara baxın. Qardaşım döyüşlərdə qıçını itirib, ona pensiya verilmir ki, heç olmasa ac qalmasın”.

    Kərimovlar ailəsinin vəziyyəti ilə bağlı Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Heydər Əliyev Fondundan köməklik istənilir, təcili reaksiya verilməsi xahiş olunur.

    Saatlıda bu ailənin yaxınlığında yaşayan qonşular, Kərimovların qardaşı, eləcə də Salmanzadə TV layihəsinin müəllifi, jurnalist Xəyyam Salmanzadə Saatlı icra başçısı Siraqəddin Cabbarov, cənab nazir Sahil Babayev, dövlət başçısı və Mehriban xanım Əliyevadan xahiş ediblər ki, bu biçarə, aclıqdan qırılmaqda olan insanlara, Qarabağ qazisinə köməklik olunsun, pensiya ayrılsın, sosial yardım verilsin.

    O da təəssüf doğurur ki, Saatlının icra başçısı Siraqəddin Cabbarov bu günə qədər ailəyə köməklik etməyib, Qarabağ əlilinin vəziyyəti ilə maraqlanmayıb.

    Prezident köçkünlərə, şəhid ailələrinə, Qarabağ qazilərinə qayğı, diqqət göstərir. Onun Saatlıdakı səlahiyyətli nümayəndəsi isə Zakir Kərimovun vəziyyətini soruşmayıb, ərazi icra nümayəndəsi, məsul şəxslər araşdırma aparmayıblar./Cahan.info/
    loading...