Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Terror təşkilatları Azərbaycanın qonşuluğunda... - QORXUNC HESABAT
  • Saxta manatı əslindən necə fərqləndirmək olar?
  • Qonşuda xəbərdarlıq: Bu virusun yayılma riski böyükdür
  • 13 min nəfərə ŞAD XƏBƏR - Prezident 6,8 milyon manat ayırdı
  • Dilimizin Orfoqrafiya Normaları - Tam siyahı
  • Azərbaycan Daxili Qoşunları hazır vəziyyətə gətirildi
  • Putin Vahid Ələkbərovla görüşdü
  • Babadağda ölümə belə getdilər: Son anları... - Video
  • Pakistana 8 milyard ayrılır - Razılaşma
  • Alimlərdən SENSASİON KƏŞF: əvvəlcə heyvanlara yerləşdirəcək
  • Merkuri Günəşin qarşısını kəsəcək - Azərbaycanda da izləmək olar
  • Erməni veteran: Qarabağ heç vaxt bizim olmayıb – Müraciət
  • Vüqar Səfərli: "Məqsədimiz qəzetləri sıxışdırmaq yox, inkişaf etdirməkdir" - MÜSAHİBƏ
  • Dünya şöhrətli alim Azərbaycan Ordusunun hesabına 100.000 ABŞ dolları həcmində pul keçirib
  • Tarix İnstitutu Şaumyanla bağlı yeni faktlar aşkarlayıb - VİDEO
  • "Amazon" peyk üzərindən internetə çıxış üçün sistem yaratmağa hazırlaşır "
  • Gündemimiz hala seçim
  • Aprel döyüşlərinin yaşayan Qəhrəmanı.
  • Ermənistan Azərbaycana qarşı İŞİD-dən istifadə edə bilər - Politoloqdan AÇIQLAMA
  • Heyvanlar da qiyamət günündə diriləcəklərmi?
  • Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşdü - FOTO
  • Amerikan nəşri azərbaycanlıların soyqırımından yazdı
  • Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli filmin təqdimat mərasimi keçirildi!
  • Uşaqlarına qarşı ən böyük CİNAYƏTLƏR: saatlarla məşq, cinsiyyət orqanını... - ŞOK
  • Son xəbər! 3 qızın lüt videosunu yayan şəxs saxlanıldı
  • 14 Nis 2019, 14:10   
        46
    Bu rayonlara yağış yağacaq - SABAHIN HAVASI
    Bu rayonlara yağış yağacaq - SABAHIN HAVASI

    Ölkə ərazisində aprelin 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

    XEBERTV.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-12°, gündüz 16-21° isti təşkil edəcək.

    Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 21-26° isti təşkil edəcəyi ehtimal olunur.

    Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti təşkil edəcək.

    Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-12° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti təşkil edəcək.

    Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 21-26° isti təşkil edəcəyi ehtimal olunur.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12°, gündüz 19-24° isti, dağlarda gecə 5-8°, gündüz 14-19° isti təşkil edəcək.
    loading...