Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA
  • DSX Keşikçidağdakı vəziyyət barədə məlumat yaydı
  • Deputat seçicilərinə müraciət etdi
  • Koronavirusla bağlı virusa yoluxma riskinin daha yüksək olduğu hava limanlarının siyahısı açıqlanıb.
  • Əlvida kapitalizm! - Yeni sistem yaradılır
  • Şok iddia: Yadplanetlilər burnumuzun ucundadır
  • Tramp kütləvi etirazlar zamanı BUNKERDƏ GİZLƏNİB
  • Azərbaycanda tikinti zamanı qədim əşyalar tapıldı
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • 01 Nis 2019, 18:51   
        273
    Yasamala başçı deyil, bəla gəlib…Əziz Əzizov parkı da satıb – Fotolar

    Bir məmurun necə fəaliyyət göstərəcəyini proqnozlaşdırmaq üçün onun keçmişinə ekskursiya kifayət edir. Bu mənada əvvəldən bəlliydi ki, Cəlilabadı viran qoymuş icra başçısı Əziz Əzizov eyni “vəzifəni” Bakının Yasamal rayonunda davam etdirəcək.

    Reportyor.info xəbər verir ki, Ə.Əzizov prezidentin ona göstərdiyi etimaddan sui-istifadə edərək paytaxtın ən strateji rayonlarından olan Yasamalı tar-mar eləməkdə, əraziləri qarış-qarış satmaqda, onunla hesablaşmayan sahibkarların obyektlərini uçurmaqda, vətəndaşları qanunsuz şəkildə küçəyə tökməkdə, yerlərini iş adamlarına peşkəş eləməkdə usta məmurlardan biridir.

    Məsələn, Şərifzadə küçəsində məcburi köçkünlərin yerləşdiyi mülkləri darmadağın etdirib, onlara sığınacaq vermədən yaşadıqları yeri bir biznesmenə satan Ə.Əzizov ciddi şəkildə narazılıq oyatmaqdadır.

    Sakinlər deyirlər ki, Yasamala icra başçısı yox, bir kabus gəlib və köçkünləri evlə təmin etmədən yaşadıqları yerləri sökdürüb, iş adamına satıb. Köçkünlər soruşanda isə onlara deyib ki, sizin harda yaşamağınızdan mənə nə?!

    Amma bu kabus təkcə köçkünlərin başı üzərində qara bulud kimi dolaşmır. Yeddi övlad atası, üç oğlu ön cəbhədə olan iş adamı Nazim Dünyamalıyev də Ə.Əzizovun qurbanlarından biridir.

    Onun Yasamaldakı obyekti heç bir əsas göstərilmədən sökülüb, 7 uşaq atası çörəksiz qoyulub. Dünyamalıyev deyir ki, Ə.Əzizov onun əmlakını yerlə-yeksan etdirir, amma Yasamal parkını sata-sata gedir:

    “Parkı tam özəlləşdirib, şəxsi dədə malı kimi istifadə edir, hansı yerini istəyirsə satışa qoyur. Dövlət başçısının bu işlərdən məlumatı yoxdur.

    Əgər xəbəri olsa, Yasamalda yaşıllıqları məhv edən tikinti şirkətinin cəzalandırılması kimi, icra başçısının əməlləri barəsində də tədbir görəcək.

    Əziz Əzizov başçı təyin olunub ki, prezidentin tapşırıqlarını yerinə yetirsin, insanlara şərait yaratsın. Ancaq Yasamala başçı yox, bəla gəlib. Yerləri satır, kiminin obyektini istəyirsə sökür. Yasamal parkı onun şəxsi əmlakına çevrilib”.

    Ümumiyyətlə, Ə.Əzizov prezident İlham Əliyevin son islahatlarının kursuna zidd fəaliyyət göstərməkdədir.

    Onun Yasamal kimi nəhəng bir rayonu ayağa qaldırması, sakinləri, sahibkarları incitməsi başına dərd aça bilər. Ölkə rəhbəri hər bir vətəndaşın probleminin həllini tələb edir və addımlar atır.

    Ə.Əzizov isə göründüyü kimi, narazılıq yaradır, islahatlar paketinə kölgə salmağa çalışır. Halbuki, həm sahibkar N.Dünyamalıyevə, həm köçkünlərə şərait yaratmaq, onların dəstəyini qazanmaq olardı.

    Bu gedişlə Əziz Əzizov xələfi İbrahim Mehdiyevin aqibətini yaşaya bilər. İ.Mehdiyevin dönəmində məscid sökülməsi, yaşıllıqların məhvi, səkilərin, yol kənarlarının qanunsuz satışı, sakinlərə qarşı laqeydlik narazılığı pik həddə çatdırmışdı. Bu gərginlik “Cavad” məscidinin söküntüsü ilə partladı və prezident onu işindən azad elədi.

    Belə görünür ki, Əziz Əzizov da onun yolunun davamçısı olmaq niyyətindədir və eyni proses getməkdədir, hansı nöqtədə partlayış olacağını indidən gərək icra başçısı götür-qoy eləsin. Amma Yasamalı da Cəlilabadsayağı idarə edə biləcəyini düşünürsə, ciddi yanlışlığa yol verir.

    Onun rayona rəhbər gəlişi ilə ilk narazılıq eyvan sökülməsi ilə başlanmışdı. Yasamal rayon icra hakimiyyəti qanunsuz tikilən eyvanları özünəməxsus şəkildə sökür: kefi istəyəni saxlayır, istəməyəni dağıdırdı.

    Məsələn, M.Xiyabanı 8-də yaşayan ev sahibi Fəranə Cəfərova demişdi ki, onlara 5 min manatdan çox ziyan vurulub:



    “Əgər qanunsuz eyvanlar sökülürsə, onda hamısı sökülsün. Bizim mənzil binanın ortasında yerləşir. O birilər qalıb, bizdən başlayıblar. Evdən bayıra çıxırsan, gəlib görürsən ki, eyvanda kimsə gəzir”.

    Bundan sonra Yeni Yasamaldakı əsas yollardan biri yenidən çəkilməsi vaxtı yol ətrafındakı obyekt sahiblərinin hamısından pul yığılmışdı.

    Həmçinin, Yeni Yasamal ərazisində park yenidən qurulur.Park hələ təhvil verilməmiş ərazidə sahibkarların vəsaiti hesabına özünə 2 mərtəbəli böyük restoran tikdirib. Yasamalda iş adamları, o cümlədən N.Dünyamalıyev bildirir ki, tək ümid prezidentədir…
    Ə.Əzizovun Yasamal səltənəti


    Yasamala başçı deyil, bəla gəlib…Əziz Əzizov parkı da satıb – Fotolar
    Yasamala başçı deyil, bəla gəlib…Əziz Əzizov parkı da satıb – Fotolar
    Yasamala başçı deyil, bəla gəlib…Əziz Əzizov parkı da satıb – Fotolar
    Yasamala başçı deyil, bəla gəlib…Əziz Əzizov parkı da satıb – Fotolar
    Yasamala başçı deyil, bəla gəlib…Əziz Əzizov parkı da satıb – Fotolar
    Yasamala başçı deyil, bəla gəlib…Əziz Əzizov parkı da satıb – Fotolar
    Yasamala başçı deyil, bəla gəlib…Əziz Əzizov parkı da satıb – Fotolar
    Yasamala başçı deyil, bəla gəlib…Əziz Əzizov parkı da satıb – Fotolar
    loading...