Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ABŞ-da 1 milyardlıq biznesə sahib azərbaycanlı kimdir?
  • İlham Əliyev: Məmur vətəndaşlara xidmət etməlidir - XƏBƏRDARLIQ
  • Şok hadisə: qadın 27 il sonra komadan ayıldı
  • Terror təşkilatları Azərbaycanın qonşuluğunda... - QORXUNC HESABAT
  • Saxta manatı əslindən necə fərqləndirmək olar?
  • Qonşuda xəbərdarlıq: Bu virusun yayılma riski böyükdür
  • 13 min nəfərə ŞAD XƏBƏR - Prezident 6,8 milyon manat ayırdı
  • Dilimizin Orfoqrafiya Normaları - Tam siyahı
  • Azərbaycan Daxili Qoşunları hazır vəziyyətə gətirildi
  • Putin Vahid Ələkbərovla görüşdü
  • Babadağda ölümə belə getdilər: Son anları... - Video
  • Pakistana 8 milyard ayrılır - Razılaşma
  • Alimlərdən SENSASİON KƏŞF: əvvəlcə heyvanlara yerləşdirəcək
  • Merkuri Günəşin qarşısını kəsəcək - Azərbaycanda da izləmək olar
  • Erməni veteran: Qarabağ heç vaxt bizim olmayıb – Müraciət
  • Vüqar Səfərli: "Məqsədimiz qəzetləri sıxışdırmaq yox, inkişaf etdirməkdir" - MÜSAHİBƏ
  • Dünya şöhrətli alim Azərbaycan Ordusunun hesabına 100.000 ABŞ dolları həcmində pul keçirib
  • Tarix İnstitutu Şaumyanla bağlı yeni faktlar aşkarlayıb - VİDEO
  • "Amazon" peyk üzərindən internetə çıxış üçün sistem yaratmağa hazırlaşır "
  • Gündemimiz hala seçim
  • Aprel döyüşlərinin yaşayan Qəhrəmanı.
  • Ermənistan Azərbaycana qarşı İŞİD-dən istifadə edə bilər - Politoloqdan AÇIQLAMA
  • Heyvanlar da qiyamət günündə diriləcəklərmi?
  • Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşdü - FOTO
  • Amerikan nəşri azərbaycanlıların soyqırımından yazdı
  • 23 Mrt 2019, 20:09   
        78
    Ön cəbhədə Novruz tonqalları qalandı!

    Ön cəbhədə Novruz tonqalları qalandı!

    Kimliyindən asılı olmayaraq hər bir vətəndaş Azərbaycanın ərazi bütövlüyünü qoruyan ərənlərə baş çəkməli, imkanları daxilində diqqət və qayğı göstərməlidir. “Xocalı Soyqırımını Tanıtma” və “Yeni Yurd” Sosial İnkişaf ictimai birliklərinin, o cümlədən də Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun fəalları daim ön cəbhə ilə nəfəs alır, mütəmadi olaraq cəbhə bölgələrinə səfər edir, şəxsi heyət qarşısında maraqlı tədbirlər keçirilər. Son səkkiz ildə İlaxır çərşənbəni ön xətdə qeyd edən Qeyri-hökumət Təşkilatlarının fəalları bu il də ənənələrinə sadiq qaldılar.Respublika Müdafiə Nazirliyinin razılığına əsasən cəbhə xəttindəki “N” hərbi hissəsində keçirilən tədbiri zabit Rüfət Məmmədov açdı. Dünya şöhrətli siyasətçi Heydər Əliyev və Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu rəhbərlik etdiyi Təşkilatın fəalları adından hərbi hissənin şəxsi heyətini salamladı, xidmətdə uğurlar arzuladı. Şamil müəllim dedi:
    -Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğuna çox ciddi önəm verir. General-polkovnik Zakir Həsənovun rəhbərliyi dövründə Orduda çox müsbət dəyişikliklər baş verib: Şəxsi heyətin döyüş hazırlığı güclənib, onların mənzil-məişət şəraiti yaxşılaşıb, onların hazır yaşayış sahəsilə təmin edilməsi üçün zəruri tədbirlər görülüb və görülməkdə davam edir. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən ən azı 3 dəfə çoxdur. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərir. Ölkəmizin ərazisindəki hərbi zavodlarda müxtəlif növ silah və hərbi texnikalar istehsal olunur ki, bu da öz növbəsində ölkəmizin müdafiə qüdrətini artırmağa, iqtisadiyyatın daha da inkişaf etdirilməsinə, dövlət büdcəsinin artmasına səbəb olur. 2016-cı ilin aprelində düşmənin təxribatının qarşısını alarkən Ordumuzun şəxsi heyəti misilsiz rəşadət göstərdi. Biz, buna görə ictimaiyyət nümayəndələri adından Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, Respublikanın Müdafiə Naziri cənab Zakir Həsənova və Nazirliyin şəxsi heyətinə təşəkkür edirik.
    “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Hacıxanım Mahirə Əsədova, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri, II dərəcəli müharibə əlili Hacı Zahid Qarayev, Xocalı sakinləri-el ağsaqqalı, şair-publisist Allahyar Xocalı, Qarabağ qazisi, Şəhid Milli Qəhrəman Şakir Salahovun qardaşı Yaşar Salahov, Qarabağ qazisi Nadir Cəfərov, “turksevdasi.org” saytının baş redaktoru Sevda Zülfüqarlı çıxış edərək ön cəbhədə, zabit, gizir və əsgərlərlə bir yerdə olduqlarına görə hədsiz məmnun olduqlarını bildirdilər, Novruz bayramı münasibətilə şəxsi heyəti təbrik etdilər.
    Daha sonra hər 3 Təşkilatın adından Fəxri fərman və digər qiymətli hədiyyələr xidmətdə fərqlənən zabit və əsgərlərə təqdim edildi.
    Geniş meydanda Novruz tonqalı qalandı.Qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə tonqal ətrafında rəqs etdilər.
    Ön cəbhədə Novruz tonqalları qalandı!
    Ön cəbhədə Novruz tonqalları qalandı!
    Ön cəbhədə Novruz tonqalları qalandı!
    Ön cəbhədə Novruz tonqalları qalandı!
    Ön cəbhədə Novruz tonqalları qalandı!
    Ön cəbhədə Novruz tonqalları qalandı!
    Ön cəbhədə Novruz tonqalları qalandı!
    Ön cəbhədə Novruz tonqalları qalandı!

    Şamilə Şamilqızı,
    “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin üzvü.
    Fotolar: “turksevdasi.org” saytının fotomüxbiri Emin Ələkbərliyə məxsusdur.
    22.03.2019.
    loading...