Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Terror təşkilatları Azərbaycanın qonşuluğunda... - QORXUNC HESABAT
  • Saxta manatı əslindən necə fərqləndirmək olar?
  • Qonşuda xəbərdarlıq: Bu virusun yayılma riski böyükdür
  • 13 min nəfərə ŞAD XƏBƏR - Prezident 6,8 milyon manat ayırdı
  • Dilimizin Orfoqrafiya Normaları - Tam siyahı
  • Azərbaycan Daxili Qoşunları hazır vəziyyətə gətirildi
  • Putin Vahid Ələkbərovla görüşdü
  • Babadağda ölümə belə getdilər: Son anları... - Video
  • Pakistana 8 milyard ayrılır - Razılaşma
  • Alimlərdən SENSASİON KƏŞF: əvvəlcə heyvanlara yerləşdirəcək
  • Merkuri Günəşin qarşısını kəsəcək - Azərbaycanda da izləmək olar
  • Erməni veteran: Qarabağ heç vaxt bizim olmayıb – Müraciət
  • Vüqar Səfərli: "Məqsədimiz qəzetləri sıxışdırmaq yox, inkişaf etdirməkdir" - MÜSAHİBƏ
  • Dünya şöhrətli alim Azərbaycan Ordusunun hesabına 100.000 ABŞ dolları həcmində pul keçirib
  • Tarix İnstitutu Şaumyanla bağlı yeni faktlar aşkarlayıb - VİDEO
  • "Amazon" peyk üzərindən internetə çıxış üçün sistem yaratmağa hazırlaşır "
  • Gündemimiz hala seçim
  • Aprel döyüşlərinin yaşayan Qəhrəmanı.
  • Ermənistan Azərbaycana qarşı İŞİD-dən istifadə edə bilər - Politoloqdan AÇIQLAMA
  • Heyvanlar da qiyamət günündə diriləcəklərmi?
  • Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşdü - FOTO
  • Amerikan nəşri azərbaycanlıların soyqırımından yazdı
  • Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli filmin təqdimat mərasimi keçirildi!
  • Uşaqlarına qarşı ən böyük CİNAYƏTLƏR: saatlarla məşq, cinsiyyət orqanını... - ŞOK
  • Son xəbər! 3 qızın lüt videosunu yayan şəxs saxlanıldı
  • 20 Mrt 2019, 08:53   
        146
    Torpaq çərşənbəsinin tonqalı cəbhə xəttində qalandı

    Torpaq çərşənbəsinin tonqalı cəbhə xəttində qalandı
    BAKI-XEBERTV.AZ
    Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" və "Yeni Yurd" ictimai birliklərinin, eyni zamanda, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun birgə təşkilatçılığı ilə cəbhə bölgəsindəki "N" hərbi hissəsində Novruz bayramına həsr edilən tədbir keçirildi. Respublika Müdafiə Nazirliyinin razılıq məktubuna əsasən keçirilən tədbiri hərbi hissənin zabiti Rüfət Məmmədov açdı.Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın və dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra söz "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "Tərəqqi" medalının mükafatçısı, Qarabağ qazisi Şamil Sabiroğluya verildi.Şamil müəllim hərbi hissənin şəxsi heyətini salamladı, bayram münasibətilə zabit və əsgərləri təbrik etdi və qonaqları təqdim etdi. O, dedi: General-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Müdafiə Naziri təyin edilən vaxtdan Silahlı Qüvvələrdə ciddi islahatlar başladı. Bu gün cəbhə bölgələrində,ən hündür ərazilər belə qazlaşdırılıb.Şəxsi heyətin mənəvi psixoloji tərbiyəsi,onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Fəxrlə qeyd etməliyəm ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin büdcəsi, işğalçı Ermənistanın dövlət büdcəsindən ən azı 3 dəfə çoxdur. "Yeni Yurd" ictimai birliyinin sədri Mahirə Əsədova, "Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Nəzarət-Təftiş Komissiyasının rəhbəri, Qarabağ qazisi Zahid Qarayev,Xocalı sakinləri-şair Allahyar Xocalı, Qarabağ qazisi Yaşar Salahov, Qarabağ qazisi Nadir Cəfərov, "turksevdalisi.org" saytının baş redaktoru Sevda Zülfüqarlı və başqaları çıxış edərək hərbi hissənin şəxsi heyətini əziz bayram münasibətilə təbrik etdilər.
    Zabit Taleh Məşədiyev bu xeyirxahlığa görə "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, tədbirin təşkilatçısı Şamil Sabiroğluna xüsusi təşəkkür etdi.
    Qonaqlar xidmətdə fərqlənən ərənlərimizə Fəxri Fərman və digər qiymətli hədiyyələri təqdim etdilər.
    Daha sonra Torpaq çərşənbəsinin tonqalı qalandı.Qonaqlar tonqal ətrafında zabit və əsgərlərlə birgə rəqs etdilər.

    Torpaq çərşənbəsinin tonqalı cəbhə xəttində qalandı
    Torpaq çərşənbəsinin tonqalı cəbhə xəttində qalandı
    Torpaq çərşənbəsinin tonqalı cəbhə xəttində qalandı
    Torpaq çərşənbəsinin tonqalı cəbhə xəttində qalandı

    Şamilə Şamilqızı,
    Gülər Amilqızı.
    "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin üzvləri,
    Cəbhə bölgəsi, "N" hərbi hissəsi.
    Foto müxbir: Emin Alekberli
    19.03.2019.
    loading...