Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • "Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV
  • Şuşa və Hadrutda TV yayımı üçün tezliklər müəyyənləşdi
  • İlham Əliyev və ailəsi Şuşa məscidində dua etdi - Video
  • Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib
  • Cəbrayıl sakinləri susmur - VİDEO
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • 18 Şub 2019, 22:49   
        955
    Aprel savaşınıın qazisi məmurlara qarşı üsyan etdi

    Son dövlər Prezident İlham Əliyev tərəfindən Qarabağ qazilərinə, şəhid ailələrinə ünvanlanmış sosial müdafiə xarakterli sərəncam və fərmanlar ölkə ictimaiyyəti tərəfindən xüsusi razılıqla qarşılanmaqdadır. Hər gün bu tip xəbərlərin yayılması bizləri sevindirir. Belə ki, “Aprel döyüşləri” adı ilə tarixə düşən və 2016-cı ilin aprel ayında baş vermiş savaşın iştirakçılarına, daha dəqiq desək qaliblərinə olan diqqət də bizləri təsirləndirməyə bilmir.

    Aprel savaşınıın qazisi məmurlara qarşı üsyan etdi

    Lakin bir sıra hallarda dövlət başçısının bu cür çevik sosial müdafiə siyasəti ilə ayaqlaşa bilməyən yerli məmurlar “Aprel savaşı”nın qəhrəman iştirakçılarını diqqətdən kənarda qoyurlar. Belə qəhrəmanlardan biri də keçmiş xüsusi təyinatlı Fərid Qasımovdur. İki ildir ki, ordu sıralarından ehtiyata buraxıldığını Dialoq.info-ya bildirən aprel qazisi həyatında yaranmış çətinliklərdən, dolanışıq şəraitinin ağırlığından narazılıq edib: “Aprel qaziləri siyahısında 17-ci yerdəyəm. Bu işlərə baxan dövlət orqanları bunları görürmü-görmürmü bilmirəm? Amma həmin dövlət orqanları bunları həm görməlidir, həm də bilməlidir. Çünki yeni bir tarix yazılıbsa, o tarix həm də bizim qanımızla, canımızla yazılıb. Biz Vətənə, millətə haqqımızı halal edirik. Əgər yeni bir müharibə başlasa yenə də ön cərgədə duracaq, döyüşəcək, buraxdığımız yerdən davam edib tarixə yenidən adımızı yazacağıq”.

    Daha sonra F.Qasımov onun hazırkı sosial şəraitinə biganə yanaşan məmurlara üzünü tutaraq soruşub: “Bəs bizim indiki həyatımız, durumumuz? Axı bizlər yiyəsiz deyilik, bizim də arxamızda dövlət durub. Cənab Prezident daim bizə dəstək olub və məmurlara da tapşırıq verib ki, bu qrupdan olan insanlar diqqətsiz qalmasınlar. Niyə məmurlar Prezidentin tapşırığına əməl etmir, niyə bizə qarşı belə soyuq davranırlar?”

    Aprel qazisi iki ildir ki, Sumqayıt şəhərində kirayə mənzildə çətin şəraitdə yaşadığını söyləyib: “Aldığım 520 manatın 250 manatını kirayəyə, digər bir hissəsini kommunal xərclərə verirəm. İndi mən hara üz tutmalıyam ki, mənə yardım etsinlər? Axı biz can qoymuşuq, tarix yazmışıq, bəziləri kimi şou göstərməmişik. Şəhid olmayıb sağ qaldımsa bu mənim günahım deyil Allahın qismətidir. Bizim də taleyimizdə Qazi olmaq varıymış. İnanıramkı tezliklə bizim haqlı çağrışlarımıza cavab veriləcək və biz də haqq etdiyimiz həyatı yaşayacağıq. Hər kəs məni tanıyır və bilir ki, mən kimsəyə əyilmərəm və bütün qazi qardaşlarım kimi haqqımı istəyirəm. Allah Vətənimizi, millətimizi qorusun”.
    /dialoq.info
    loading...