Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu (YENİLƏNİR)
  • Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
  • Azərbaycan Müstəqillik Gününü qeyd edir
  • Qaçqınlar Suriyaya qayıdır
  • Ərdoğanın Pakistan səfəri təxirə salındı
  • Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
  • Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət
  • Xəbərlər – Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!-Yağış, qar, güclü külək...
  • Baş Qazi Etimat Əsədovun xatirəsi yad edildi.
  • İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
  • Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • Alimlerin cavab vere bilmediyi sirli suallar hansilardir
  • SON DƏQİQƏ: Rusiya qırıcıları azərbaycanlıların da olduğu BAZANI VURDU
  • Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq
  • Bu Avropa ölkələrində 14 yaşında sekslə məşğul olmaq qanunidir - FOTO
  • Qardaş Türkiyədə Qazilərə verilən imtiyazlar
  • Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parçaparça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
  • Erməni işğalının daha bir üzü: 10 kənddə... - 27 il
  • 17 Oca 2019, 11:58   
        163
    Azərbaycanda ən qorxunc küləklər NƏ ZAMAN OLUB: 8 metrlik dalğa, 40 m/saniyə...

    Azərbaycanda ən qorxunc küləklər NƏ ZAMAN OLUB: 8 metrlik dalğa, 40 m/saniyə...

    “Güclü küləklər Xəzər dənizi rayonunda dəfələrlə təkrarlanıb. Hazırda da proqnozlaşdırıldığı kimi respublika ərazisində, xüsusən dənizdə güclü külək müşahidə edilir”.

    XEBERTV.AZ xəbər verir ki ,bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometrologiya Departamentinin direktor müavini Əkbər Əsgərov məlumat verib.

    Ə.Əsgərov son illərdə ən güclü küləklərin qeydə alındığı illər barədə də danışıb:

    “2007-ci ilin fevral ayında belə güclü külək müşahidə edilib. Neft daşları dəniz rayonunda, “28 May” yatağında küləyin sürəti 35m/san-yə çatıb, dənizdə dalğanın hündürlüyü 7.7 metrə çatıb. 2012-ci ildə də sürəti 35 m/san olan güclü külək qeydə alınıb. Həmin il də “28 May” yatağında dalğanın hündürlüyü 7.5-7.8 metrə qalxıb. 2013-cü ildə 35 m/san külək qeydə alınıb. Ən təhlükəli külək 2015-ci ilin dekabrında “28 May”, “Neft daşları” dəniz rayonunda küləyin sürəti 40m/san-yə çatdı. “28May” yatağında dalğanın hündürlüyü 8.6 metr, “Neft daşları” dəniz rayonunda 8.5metrə çatdı. 2016-cı ilin dekabrında da küləyin sürəti 34 m/san–yə çatdı. Bütün bu küləklər əsasən şimal istiqamətli olur. Bu gün də həmin güclü küləklər gözlənilir. Artıq proses başlayıb. Dənizdə “Günəşli” yatağında küləyin sürəti 30m/san-yə çatıb, Maştağa ərazisində küləyin sürəti 35 m/san qeydə alınıb, bu zaman dalğanın hündürlüyü 5 metrə yüksəlib. Küləyin sürəti hər saat bir az daha yüksəlir. Axşama doğru küləyin sürətində, əsasən dəniz rayonunda artım gözlənilir.

    Ə.Əsgərov bildirib ki, bu cür hava şəraiti əsasən noyabr, dekabr, yanvar aylarında müşahidə edilir.

    “İyul ayında da güclü küləklərə rast gəlinir. Lakin ilin soyuq aylarında şimaldan gələn hava kütlələrinin təsirindən güclü külək müşahidə edilir. 35 m/san-dən yüksək külək əsasən dənizdə müşahidə edilir. Sahildə isə küləyin maksimum sürətinin 35 m/saniyə çatması gözlənilir. Axşama doğru sürət bir az da artacaq. Hazırda yalnız Maştağa stansiyasından alınan məlumatda küləyin sürətinin 35 m/san çatdığı qeydə alınıb”.
    loading...