Xəbər lenti
Axtar
Ən çox oxunan
  • İranda etirazçılara atəş açıldı
  • “Dünən yaranan bir dövlət…” – Ərdoğandan şok Ermənistan açıqlaması
  • Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
  • Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI
  • Tiflis yenə çalxalanır: Parlament binası önündə aksiya
  • Münaqişənin həlli üçün yeganə yol... - İlham Əliyev
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • Sperma sayı və aktivliyini artıran maddə tapıldı
  • 17 Oca 2019, 11:41   
        128
    Bakıda dəhşətli fırtına və qasırğa: Nə baş verə bilər?
    Bakıda dəhşətli fırtına və qasırğa: Nə baş verə bilər?

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki gün öncədən xüsusilə Bakıda və Abşeron yarımadasında şiddətli küləklə bağlı xəbərdarlığı heç də birmənalı qarşılanmadı. Məlumatdan təşvişə düşən də oldu, bunu əhəmiyyətsiz adlandıran da.

    Ancaq nazirliyin bu gün üçün proqnozlaşdırdığı küləyin sürət həddi müəyyən şkalaya əsasən dəhşətli fırtına və qasırğa adlanır.

    XEBERTV.AZ xəbər verir ki, küləyin gücünün vizual qiymətləndirilməsi və yazılması üçün Bofort şkalasından istifadə olunur. Bu şkala 1806-cı ildə ingilis admiral Frensis Bofort tərəfindən hazırlanıb. 1874-cü ildən bu təsnifat beynəlxalq sinoptik təcrübədə (həm quruda, həm də suda) istifadə olunmağa başlayıb.

    Əvvəlcə sistem on üç ballıq şkala əsasında formlaşdırılıb. Bu rəqəm sonradan 17-ə yüksəlib. 0 bal göstəricisi dənizdə sakitlik şəraitini c (ştil) xarakterizə edir.

    Şkalada küləyin gücü onun müxtəlif obyektlərlə qarşılıqlı təsiri ilə müəyyən edilir.

    Ən zəif külək 0 ştil adlanır, bu 0-0.2 m/san – küləyin olmadığı vəziyyətdir, duman şaquli vəziyyətdə yüksəlir, ağac yarpaqları tərpənmir.

    Sakit adlanan külək 0.3-1.5 m/san olur. Duman şaquli vəziyyətdən bir qədər fərqlənir, ağac yarpaqları tərpənmir.

    Yüngül külək 1.6-3.3 m/san – külək üzdə hiss olunur, yarpaqlar bəzən tərpənir, flüger fırlanmağa başlayır.

    Zəif hesab edilən küləyin sürəyi 3.4-5.4 m/san olur. Ağac yarpaqları və incə dallar mütəmadi olaraq, boruların üst hissəsindən duman 4 m/san sürətlə dalğalanır.

    Mülayim külək 5.5-7.9 m/san olur ki, bu zaman külək toz və kağızları havaya qaldırır, ağacların nazik budaqları yellənir, tüstü havada qarışır və formasını itirir.

    Təmiz, təzə adlanan 8-10.7 m/san olan külək ağacların incə budaqlarını yellədir, küləyin səsi eşidilir.

    Güclü külək isə 10.8-13.8 m/san olur. Ağac gövdələri yellənir, nazik ağaclar əyilir.

    Möhkəm külək isə 13.9-17.1 m/san olur. Qalın ağac gövdələri yellənir, qalın budaqlar əyilir, külək istiqamətində yerimək çətinləşir.

    Çox möhkəm külək isə 17.2-20.7 m/san olur. Bu zaman ağacların incə və quru budaqları qırılır. Külək istiqamətində danışmaq olmur, getmək çox çətinləşir.

    Fırtına hesab edilən külək isə sürət 20.8-24.4 m/san olanda müşahidə edilir. Bu zaman böyük ağaclar aşır, iri budaqlar qırılır, külək evlərin damını uçura bilər.

    Güclü fırtına küləyin sürəti 24.5-28.4 m/san olanda müşahidə edilir. Sürətlə əsir, quruda nadir hallarda müşahidə olunur, tikililərdə əhəmiyyətli dağıntılar yaşanır, külək ağacları kökündən çıxarır.

    Dəhşətli fırtına 28.5-32.6 m/san zamanı olur. Çox nadir hallarda müşahidə olunur və böyük dağıntılara səbəb olur.

    Qasırğa isə 32.6 m/san-dən çox olan külək zamanı müşahidə edilir. Dəhşətli dağıntılar baş verir. Ayrı-ayrı ərazilərdə küləyin sürəti 50-60 m/san çatır.

    Qeyd edək ki, bu gün saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyəyədək şiddətlənib.axar.az
    loading...