Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Şəhidləri yumayın- Qiyamət günü hər qan damlası ətrafa müşk qoxusu saçar...”
  • Azərbaycan səmasında qeyri-adi halqa - Foto
  • Gürcü politoloqdan 20 Yanvar faciəsi ilə bağlı - Açıqlama
  • Alimlərdən SOS: Bu dövlətlər sular altında qalacaq
  • Avropa Şurası jurnalistlərə qarşı hücumları pislədi
  • Kosmosdan yerə sirli siqnalları kim göndərir? - Beş versiya
  • Kainatımızın əkizi var, orada vaxt əks istiqamətdə axır - Alimlər
  • Çanaqqala boğazında yanan gəmi ilə bağlı son xəbər
  • "Sarı jiletlilər" hərəkatı İngiltərəyə də çatdı: 100 nəfər...
  • 2019-da uçub, 2018-də eniş edən reyslər – Keçmişə səyahət
  • Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq
  • 2018 Azərbaycan elmində: bir "y", "Rəbb"...
  • Nostradamusun sensasiyalı proqnozu - 2019-cu ildə dünya dağılacaq
  • “TURANA AÇILAN GÖNÜLLER”
  • Həyatın kosmik mənşəli olması sübut olundu
  • 2025-ci ildən siqaret istifadəsi tamamilə qadağan ediləcək - MARAQLI
  • Yapon deputatdan şəhidlərimizlə bağlı örnək addım - Foto
  • Mübariz İbrahimov niyə qəhrəmandır?
  • Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması – Foto
  • Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
  • 2019-da bizi nə gözləyir - Vanqanın proqnozları
  • Dünya Bankı Azərbaycanda alternativ enerjinin inkişafını dəstəkləməyə hazırdır
  • Bürclər - 6 dekabr
  • Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma
  • NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz onları görə bilməmişik"
  • 14 Ock 2019, 20:45   
        60
    Polis bölməsinin qarşısında özünü yandırdı - YENİLƏNİB + VİDEO

    Polis bölməsinin qarşısında özünü yandırdı - YENİLƏNİB + VİDEO
    Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakini Tərlan İslamovun özünü 40-cı Polis Bölməsinin qarşısında yandırması ilə bağlı Daxili İşlər Nazirliyindən rəsmi münasibət bildirilib.

    Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə məlumat verib.

    O bildirib ki, bəzi xəbər saytlarında paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakini Tərlan İslamovun 40-cı Polis Bölməsində şikayətinə baxılmadığı barədə yayılmış iddialar əsassızdır:

    “Həqiqətən, cari il yanvarın 12-dən 13-nə keçən gecə, saat 00.44-də əvvəllər Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmuş Tərlan İslamov DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edərək onunla əlaqədar Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində aparılan araşdırmanın gedişindən narazılığını bildirib.

    Zəngdən az sonra T.İslamov bölməyə dəvət edilib, lakin onun sərxoş olduğu müəyyən edildiyindən araşdırmanın gedişi barədə səhər ona ətraflı məlumat veriləcəyi, narazı qalacağı halda rayon Polis İdarəsinin və Prokurorluğunun rəhbərliyinə müraciət edə biləcəyi sonuncunun nəzərinə çatdırılıb.

    Lakin T.İslamov bölməni tərk etdikdən sonra idarə etdiyi “VAZ-2107” markalı avtomobildə saxladığı bir qab benzini üzərinə tökərək özünü yandırıb. Bu zaman ayıq-sayıq tərpənən polis əməkdaşları tərəfindən dərhal yanğının söndürülməsi və yaralının xəstəxanaya çatdırılması təmin olunub. Hazırda rayon prokurorluğu tərəfindən bu faktla əlaqədar araşdırma aparılır”.

    O.Mansurzadə onu da əlavə edib ki, T.İslamovun gedişatından narazı qaldığı araşdırmanın aparılmasına isə ötən il oktyabrın 9-da rayon ərazisindəki kafelərdən birində bu şəxsin iştirakı ilə baş vermiş bir xuliqanlıq əməli səbəb olub:

    “Belə ki, sözügedən kafenin sahibi Vüqar Rüstəmov 9 oktyabr 2018-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət edərək həmin gün saat 01:00 radələrində işlətdiyi kafedə bir neçə nəfərin onu təhqir edərək döydüyünü bildirib. Öz növbəsində Tərlan İslamov da bölməyə qarşılıqlı ərizə ilə müraciət edərək ödəmək üçün çıxardığı 130 manatının və qardaşı Tərzan İslamovun mobil telefonunun kafenin müdiri və onun əmisi oğlu tərəfindən alındığını göstərib.

    Araşdırmalarla kafenin müdiri Vüqar Rüstəmovun yaranmış mübahisə zəminində iki qardaş tərəfindən döyülməsi müəyyən olunub, lakin T.İslamovun göstərdiyi xüsusatlar bu zaman öz təsdiqini tapmayıb. Binəqədi RPİ-nin İstintaq şöbəsi tərəfindən cari il yanvarın 12-də fakta görə
    Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.

    13:21

    1985-ci il təvəllüdlü İslamov Tərlan Arif oğlu üzərinə benzin tökərək özünü yandırıb. Hadisə ötən gün axşam saatlarında Sulutəpə qəsəbəsində yerləşən 40-cı polis bölməsinin qarşısında baş verib.

    Oxu.Az-ın xəbərinə görə, Baku TV-yə müsahibə verən Tərlan İslamovun qardaşı Tərzan İslamov bildirib ki, qardaşı özünü yandırmazdan bir müddət əvvəl 40-cı polis bölməsinə şikayətlə bağlı müraciət etsə də, onun müraciəti cavabsız qalıb.

    Bölmədə mübahisə etdikdən sonra əsəbiləşən Tərlan özünü yandırıb.

    Tərzan İslamov onu da əlavə edib ki, qardaşını dərhal Respublika Yanıq Mərkəzinə gətirib, vəziyyəti ağırdır.

    Xəstəxanadan verilən məlumata görə Tərlanın bədəninin demək olar ki, 65-faizi yanıb. Hazırda reanimasiyada saxlanılır.



    13.01.2018 22:32

    Sulutəpə qəsəbəsində kişi üzərinə benzin tökərək özünü yandırıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə həmin ərazidə yerləşən 40-cı polis bölməsinin qarşısında baş verib.

    Bildirilir ki, 1985-ci il təvəllüdlü İslamov Tərlan Arif oğlu bu addımı atmazdan bir müddət öncə polis bölməsinə müraciət edib. Sonra naməlum səbəbdən mübahisə yaranıb.

    T.İslamov üzərinə benzin tökərək özünü yandırıb. Onun bu addımı hansı səbəbdən atdığı məlum deyil. Ətrafdakı şəxslər T. İslamovu dərhal Respublika Yanıq Mərkəzinə aparıblar.

    Mərkəzin baş həkimi Şöhrət Məmmədovun Oxu.Az-a verdiyi məlumata görə, xəstənin vəziyyəti ağırdır:

    “Xəstə çox ağır vəziyyətdə xəstəxanaya gətirilib. Aşağı qurşağa qədər bədənin demək olar ki, 60-65 faizi yanıb. O, reanimasiyada həkim nəzarətindədir. Dediyinə görə özü-özünü yandırıb”.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun Oxu.Az-a verdiyi məlumata görə, xəstə ciddi həkim nəzarətindədir:

    “Hadisə nəticəsində xəstənin bədəninin 65 faizədək yaxın hissəsi yanıb. Vəziyyəti kritikdir. Reanimasiya şöbəsində həkimlərin ciddi nəzarəti altında saxlanılır”.

    Könül Cəfərli, Sail Ağasəlim
    Operator: Valeh Arifoğlu
    loading...