Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirir - VİDEO
  • FHN-in növbəti heyəti Türkiyəyə gedir - Video
  • Laçın Şəhidi Nəcəfov Etibar
  • Qanunsuzluqlara etiraz əlaməti olaraq Əkrəm Bəydəmirli Azərbaycan Televiziyasını məhkəməyə verib
  • “Zamanın axarında”n baxanda dünya aydın görünür...
  • 01 Kas 2018, 21:09   
        746
    Düşmən tapdağında olan ulu Göyçəmizin həsrəti ilə bu gün də bir sənətgarınız dünyasıbı dəyişdi.
    Düşmən tapdağında olan ulu Göyçəmizin həsrəti ilə bu gün də bir sənətgarınız dünyasıbı dəyişib.
    Zəki İslam imzası demək olar ki, cənublu-şimallı, şərqli-qərbli bütün xalqımıza tanışdır.
    Zəki İslam Aşıq Ələsgər dəsti-xəttinin davamçılarından, gözəl şeirlər müəllifi, dəyərli ziyalı, sanballı el ağsaqqallarından biri idi. Qərbi Azərvaycanın Göyçə mahalından olan Zəki İslam Vətən həstətindən, yurd intizarından, milli mənəvi dəyərlərimizdən doyunca yanğılı şeirlər yazan bir şair idi.
    Hər zaman məsləhətlər aldığımız, nəsihətlərinə, vəsiyyətlərinə möhtac olduğumuz əsl zəhmli, vüqarlı, kübar bir ağsaqqal idi.
    Hələ Göyçə mahalında işləyərkən atam Sadiq Qara ilə dostluq münasibətləri və şeirləşmələri olmuşdu. Atam dünyasıbı dəyişəndən sonra da mən bu ənənəni davam etdirirdim. Ara-sıra görüşüb məsləhətlərini, maraqlı söhbətlərini dinləyirdim.
    Açığı son vaxtlara qədər onun yanında şeir deməyə, şeir haqda danışmağa cəsarət etmirdim. Zəmanədən, dövrandan gileyləndiyimiz bir söhbətdə özü təkid etdiyi üçün ona belə bir şeir yazdım:

    Zəki İslam, niyə döndü bu dövran,
    İnsanlıq dünyadan zara gəlibdi.
    Haqqa-ədalətə əməl olunmur,
    Gözəl zəmanəmiz qara gəlibdi...

    Zəki İslam dərhal belə bir cavab verdi:

    Ay şair qardaşım, ay Tural İrfan,
    Sorğuların vardan-vara gəlibdi.
    Haqdan yapışıbsan, haq şairisən,
    Fikirlərin zordan-zora gəlibdi.

    Və beləcə deyişməyə cevrilən şeirləşmə beləcə davam etdi.

    Tural İrfan:

    Sən Haq şairisən, haqdı kəlamın,
    Özü hanı, adı qalıb İslamın...
    "Əleykə"sin eşitmirik salamın,
    Adam biləmmir ki, hara gəlibdi...

    Zəki İslam:

    Hər iki dünyanın şahı-sultanı,
    Məhəmməd, Əlidi zöhrü-zamanı,
    Salam yerindədi, sahib gümanı,
    Səbir bizim üçün çarə gəlibdi.

    Tural İrfan:

    Şair sənətgara hörmət azalıb,
    Yəqin Qiyamətə yollar qısalıb.
    Tural İrfan dərd əlindən qocalıb,
    Elə bil bir ovdu, tora gəlibdi...

    Zəki İslam:

    Şair olan Haqdan üzməz əlini,
    İslamiyyət şəkər eylər dilini,
    On dörd məsumları, Heydər Əlini,
    Zəki İslam çağrıb, vara gəlubdi.

    08.09.2013 cü il.

    Sonda isə mərhum şairimizin mənə yazdığı, öz xüsusi dəsti-xətti ilə qələmə aldığı, öz əlyazmasında mənə təqdim etdiyi maraqlı bir şeiri də sizlərə təqdim edirəm.

    Şeirin baş hərflərini üstən aşağı oxuduqda "Tural İrfanım" sözləri oxunur.

    Tanrı səni pənahında qorusun,
    Uğur olsun hər addımın, hər anın.
    Rəbbim səndən səxasını kəsməsin,
    Amin olsun zəmanəsi zamanın.

    Layıqsan tutduğun yola, qadası,
    İmanın imanlı, islam fədası,
    Rəhbərdi məhşərdə Əli sədası,
    Fatehi olasan, ola dövranın.

    Atanın, ananın güman-bəsisən,
    Nadan kimsələrin divan səsisən.
    İmdadın imdaddı, dəsin dəsisən,
    Mən Zəki İslamam, qulu qananın.

    ... Dinimizi, qədim adət-ənənələrimizi, folklorumuzu dərindən bilən, hətta ilahiyyatçılardan da artıq dini məlumata malik olan gözəl ağsaqqalımız bu gün 79 yaşında Haq dünyasına qovuşdu.

    Allahdan ona rəhmət, yaxınlarına səbr diləyirəm. Ruhu şad olsun deyirəm.

    Nuranə Abdullayeva
    loading...