Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • Sperma sayı və aktivliyini artıran maddə tapıldı
  • Azərbaycanlılardan Türkiyəyə möhtəşəm dəstək - Video
  • ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
  • Adil Komutan! - Aygün Attar yazır
  • Yaxın 10 il ərzində dünyada... - QORXUNC PROQNOZLAR
  • Zəngilanın işğalından 26 il ötür
  • Tovuzda dağlar partladılır - Video
  • 23 Eki 2018, 06:27   
        214
    “Belə getsə, bir neçə il sonra Bakı çökəcək”

    “Belə getsə, bir neçə il sonra Bakı çökəcək”


    Ekspert: “Kanalizasiya xətlərinin olmaması sürüşməni yaradan səbəblərdən sadəcə biridir...”

    Bakının Badamdar qəsəbəsindəki sürüşmə zonasından hər gün, bəzən hər saat həyəcanlı xəbərlər gəlir. Artıq bu ərazidəki sürüşmə sahəsində çatlar artıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaratdığı qərargahın oktyabrın 22-si saat 09:00-a olan məlumatında bildirilir.

    “Monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsinin üzərində çoxlu sayda yeni çatlar müşahidə edilir. Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir. Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb”, - məlumatda yazılıb.

    “Yeni Müsavat” xatırladır ki, Badamdar, 20-ci Sahə adlı ərazidə (Bayıl qəsəbəsi) 2013-cü ildə də sürüşmə baş verib. Həmin vaxt ərazidə qrunt sularının çəkilməsindən ötrü 7 quyu qazılıb. Bu ərazidə son dönəmlər isə ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.

    “Belə getsə, bir neçə il sonra Bakı çökəcək”

    Bundan başqa, son günlər Bayıl ərazisində başqa yerlərdə, Zığ qəsəbəsində və Bakının mərkəzində də sürüşmə halları baş verib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 2018-ci ilin avqustunda Bakının 8 rayonunda 23 sürüşmə zonası qeydə alınıb. Ümumilikdə ölkə üzrə sürüşmə ocaqlarının sayı 99-dur. Son iki ildə sürüşmə ocaqları 2 dəfə artıb. Belə ki, 2016-cı ildə nazirliyin geoloji planlama ekspedisiyasının rəsmisi Sadiq Əmiraslanov deyib ki, 2016-cı ilin əvvəlində sürüşmə zonaları 50 olub.

    Baş nazirin müavini Hacıbala Abutalıbov bu günlərdə mediaya deyir ki, Badamdar şosesində sürüşmə ərazisi aktivdir. Ərazidə Yaponiyadan dəvət olunmuş ekspertlər araşdırma aparırlar.

    “Belə getsə, bir neçə il sonra Bakı çökəcək”
    Landşaftşünas Şəbnəm Karslı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslində hazırda yapon mütəxəssislərin rəyini və işləmə mexanizmini gözləyir. Onun fikrincə, indiki halda dəyişən bir şey yoxdur: “Növbəti yağıntı prosesi sürətləndirəcək, paralel olaraq sürüşmə nəticəsində uçqunlar davam edəcək. Gözlə görünən bir işə başlamayıblar”.

    Müsahibimizin sözlərinə görə, hələ keçən əsrin əvvəllərində Bayilda öncə zoopark sürüşdü və heyvanlar şəhərə qaçdılar. Ş.Karslı xatırlatdı ki, həmin vaxt şəhərdən heyvanları toplayıb zooparkın yerini dəyişdirdilər və köhnə zooparkın yerində yaşayış evləri tikildi: “Amma intensiv sürüşmələr - yeni uçqun təhlükəsi hesab ediləcək dərəcədə 2010-cu ildən anlaşıldı. Həm urbanizasiya, plansız tikililər, qrunt sularının səviyyəsinin artması, həm də kanalizasiya sistemlərinin yenidən qurulmaması prosesi sürətləndirdi. Kanalizasiya xətlərinin olmaması sürüşməni yaradan səbəblərdən biridir. Ortada geoloji amillər də var, hidroloji problemlər də”.

    “Belə getsə, bir neçə il sonra Bakı çökəcək”

    Ş.Karslı AzadlıqRadiosu-na açıqlamasında isə 2015-ci ildə o vaxtkı baş nazir Artur Rasizadənin sərəncamı ilə hazırlanan Bakının yeraltı qrunt sularının xəritəsinə də toxunub. Deyib ki, paytaxtda inşaat işləri aparılarkən, bu işlərə rəy verilərkən, ekspertlərin xəbərdarlığını nəzərə alan olmayıb: “2015-ci ildə hazırlanan bu xəritəyə baxanda biz başa düşürdük ki, qrunt suları hansı istiqamətdə axır. 2016-cı ildən bugünəcən müxtəlif sürüşmə zonalarında işlər gedir. Hələ də qrunt sularının istiqaməti dəyişdirilir. Mən özüm şahidi olmuşam ki, bir binanın bünövrəsi tökülən zaman qrunt suları nasosla sorulur. Artıq alimlərin də işi çətinləşir, mütəxəssis də iki gün öncə verdiyi qərara bu gün əmin ola bilmir. Bakı şəhəri bu gün sürüşür. Bu gün biz sürüşmə problemindən danışırıq. Bəlkə sabah, bəlkə 2 il, bəlkə də 10 il sonra bizim gündəmimiz “Bakı çökür” olacaq”.
    loading...