Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • 06 Ekm 2018, 05:27   
        39
    “Çəkməyin…” – Azyaşlı qızları istismar edən masaj salonları (VİDEO)

    “Çəkməyin…” – Azyaşlı qızları istismar edən masaj salonları (VİDEO)


    Paytaxt küçələrində avtomobili işıqforda saxlayın kimi bir xanım yaxınlaşıb pəncərədən kiçik bir kağız parçası uzadır və bir çox hallarda onlar yetkinlik yaşına çatmayan qızlar olurlar.

    Azyaşlıların svetoforda payladığı kağızlar masaj salonlarının reklamıdır.

    Ballı, yağlı, köpüklü, hətta 4 əlli masaj. Bu cür masaj salonları adı altında hansı xidmətlərin göstərilməsi bir çoxları üçün sirr deyil.

    Reklam xarakterli paylaşımların edilməsinə yetkinlik yaşına çatmayan qızların cəlb edilməsi problemin digər tərəfidir.

    Xətai prospekti və Fəzayıl Bayramov küçələrinin kəsişməsində lentə alınan kadrlarda bu kağızların paylanması açıq aydın görünür. Naməlum şəxslər avtomobillər işıqforda dayanan kimi fəaliyyətə keçir və masaj salonlarının reklam elanlarını sürücülərə təqdim edir.

    Sürücü: “Görürəm ki, kağız verməyə gəlir, şüşəni qaldırıram”.

    Sürücü: “Aydın məsələdir ki, bu nədir. Düzgün bir şey deyil”.

    Reklam kağızları paylayan şəxs isə bildirir ki, xidmətlər ancaq masajdan ibarətdir.

    Onun özünü şübhəli aparması bizi bukletin üzərində qeyd olunan telefon nömrəsinə zəng vurmağa həvəsləndirir. Xəttin digər tərəfindən ünvan tam və ətraflı şəkildə izah olunur:

    Həmin ünvana yollandıq və obyekt barəsində məlumat vermək istəyərkən qarşımıza həmin salonun işçiləri çıxdı:

    “Başa düşmədim, buranı çəkməyin. Gedin başqa yerə”.

    Maraqlıdır ki, obyektin üzərində onun masaj salonu və ya başqa bir obyekt olması barədə məlumat yoxdur. Hər gün bir neçə yerdə rastlaşdığımız bu mənzərə millət vəkillərini də narahat edir. Özü də daha dərin və qorxulu məqamlarla.

    Deputat Fazil Mustafa: “Şəhərin ortası ilə gedirsən, görürsən, kiçik yaşlı qız uşaqları masaj salonlarının reklamı ilə bağlı kağızlar paylayırlar. Bu uşaqları belə işlərə kim cəlb edib?”

    Əslində salonların müxtəlif şəxslər vasitəsi ilə özünü reklam etməsində qanuna zidd heç nə yoxdur. Amma fəaliyyət şübhəli olmasa. Yetikinlik yaşına çatmayan uşaqların, xüsusən də qızlıarın bu fəaliyyətə cəlb olunması isə ikiqat təhlükədir.turkustan.info

    loading...