Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycanda koronavirusa görə qərargah yaradıldı
  • Yer planetinin ikinci peyki peyda oldu
  • Sumqayıtda qeyri-adi dumanın – Videosu
  • Xocalıda 8 gün əsirlikdə qalan qadın: Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü
  • Birandın “32-ci gün”ündə Xocalı: sensasion kadrlar – Video
  • Mehriban Əliyeva: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir” - FOTO
  • Yaz gəlibdir.
  • Orta ümumtəhsil məktəbində soyqırım qurbanları yad edildi!
  • Azərbaycan İranla sərhədi niyə bağlamır? - Açıqlama
  • Azərbaycanda koronavirus var? - ÜST AÇIQLADI
  • "Allah qorxu üzündən iman gətirən bəndələrini sevməz- Onların imanının faydası olmaz..."
  • Türk professordan koronavirusla bağlı şad xəbər
  • 5,8 ballıq zəlzələ Azərbaycanda da hiss edildi - Yeniləndi
  • SON DƏQİQƏ: Rusiya bazasına İRİMİQYASLI HÜCUM - Ordu hərəkətə keçdi
  • Koronavirusa görə Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ
  • İrandan dəhşətli XƏBƏR GƏLDİ - Ölüm addım-addım yaxınlaşır
  • Günün ulduz falı: 22 fevral, 2020
  • Koronavirusdan necə qorunmalı? - TÖVSİYƏLƏR
  • Vanqanın toqquşma öngörüsü: Sabah nə baş verəcək?
  • Zaur Darabzadə “3D” verilişində parlament seçkilərindən danışdı - VİDEO
  • Ordumuz Xocalıdakı qadınları əsirlikdən necə xilas etdi? - Kəşfiyyatçı Xocalı barədə heç kimin bilmədiyi faktların üstünü açdı
  • Yer kürəsinə sürətlə yaxınlaşan 11 TƏHLÜKƏ - Alimlərdən ŞOK ARAŞDIRMA
  • SON DƏQİQƏ: İranda 2 nəfər koronavirusdan öldü
  • Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı - İş adıyla gedib... (FOTOLAR)
  • Turistlər orbitə səyahət üçün milyonlarından keçməli olacaqlar
  • 06 Eki 2018, 04:29   
        228
    BNA-dan tıxaclara son qoymaq üçün yeni layihə - Sarı tor

    BNA-dan tıxaclara son qoymaq üçün yeni layihə - Sarı tor

    Paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi yenilik tətbiq edəcək.

    Agentlikdən Axar.az-a verilən məlumata görə, hazırlanan layihəyə əsasən, yol kəsişmələrində sarı kəsişmə torunun təşkilinə başlanılıb. Pilot layihə olaraq, ilk sarı kəsişmə toru S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində təşkil ediləcək. Sonrakı mərhələdə isə sarı kəsişmə torunun şəhər mərkəzini əhatə edən, eyni zamanda, tıxacların və nəqliyyat sıxlığının müşahidə edildiyi 74 yol kəsişməsində də təşkili nəzərdə tutulub.

    Məlumata görə, sarı kəsişmə toru yol kəsişməsində nəqliyyatın kilidlənməsinin qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır. Onlar, adətən, iki və daha artıq yolun kəsişməsində, bəzi hallarda dairələrdə, yanğın söndürmə, təcili yardım stansiyalarının qarşısında yerləşdirilir.

    Bu nişanlanma yolayrıcında hərəkət hissələrinin kəsişmə yerinin (yerlərinin) konfiqurasiyasına uyğun olaraq sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur. Nəqliyyat vasitəsi kəsişmə toruna o vaxt daxil ola bilər ki, onun çıxışı açıq olsun və sarı qutunu dayanmadan tərk etmək üçün torun digər tərəfində kifayət qədər yer olsun. Sola dönmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn nəqliyyat vasitəsinə mane olmamaq şərtilə sarı qutunun içərisində dayanmaq olar.

    Qeyd edilən nişanlanmanın Azərbaycan Respublikasında qüvvədə olan müvafiq normativ aktlara əlavə edilməsi üçün təklif layihəsi BNA tərəfindən aidiyyəti qurumlara göndərilib.

    Qeyd edək ki, BNA-nın tətbiqinə başladığı sarı kəsişmə toru 1967-ci ildə Londonda sınaqdan keçirilib və bu gün Avropanın bir çox ölkələrində, ABŞ-da və bəzi Asiya ölkələrində tətbiq edilir.
    loading...