Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • 28 Eyl 2018, 07:42   
        71
    Sumqayıtda şok əməliyyat: nazirlik əməkdaşları həbs edildi
    Sumqayıtda şok əməliyyat: nazirlik əməkdaşları həbs edildi

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar çərçivəsində uğurla icra edilən işlərdən biri kimi son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial müdafiəsi və təminatı sahələrində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin Axar.az-a daxil olan birgə məlumatında qeyd olunur ki, bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan sosial müavinət və təqaüd sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

    Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin vəzifəli şəxslərinin yaşa görə müavinətlərin təyini üçün vətəndaşlardan rüşvət tələb etmələri ilə bağlı Baş Prokurorluğa daxil olmuş vətəndaş müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz tədbirlər görülmüşdür.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər Şöbəsinin Sosial Yardım və Müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülmüşdür.

    Aparılmış birgə araşdırmalarla E.Quliyevin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaşa görə müavinətin həcminin daha artıq məbləğdə hesablanaraq verilməsinə görə müavinəti alacaq tərəflə əvvəlcədən aralarında olan razılaşma əsasında vətəndaşın bank kartını bankomata daxil edib kart hesabına köçürülmüş 1800 manat məbləğində birdəfəlik müavinət məbləğinin 600 manatını nağdlaşdırmasına, bununla da rüşvət kimi birbaşa yolla əldə etdiyi həmin pulun 300 manatını özünə götürməklə, qalan hissəsini qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq işlədiyi sektorun müdiri Vidadi Eyvazova verməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.

    Cinayət işinin istintaqı gedişində toplanmış ilkin sübutlar əsasında Elnur Quliyev və Vidadi Eyvazova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

    Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
    loading...