
Naməlum varlıq bu dəfə İsmayıllıda - Video
Son vaxtlar İsmayıllıda qeyri-adi hadisə baş verir. Sakinlərin dediklərinə görə, 1 aydan çoxdur kimlərsə gecə saatlarında evlərə girib əşyaları dağıdırlar. Lakin heç nə oğurlamırlar. Onların sözlərinə görə, son bir neçə gündə həmin insanlar gündüz də peyda olurlar.
Xəzər xəbər-in məlumatına görə, Mübariz Orucov küçəsində yaşayan Səməd Səmədov da həmin şəxsi gördüyünü deyir. Onun sözlərinə görə, naməlum şəxs uzun boylu və uzun saqqallıdır.
Rayon ərazisində baş verən qəribə hadisə ilə bağlı polisə məlumat verilib. Sakinlərin dedikləri ərazilər polis tərəfindən nəzarətə götürülüb. Hadisə araşdırılır.