Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Göbəyinizə bal tökün- BİR NEÇƏ DƏQİQƏ SONRA BAŞ VERƏNLƏR SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK
  • Ermənilər yenə həyəcanlandı: “Türkiyənin Naxçıvanda hərbi baza yaratmasına hazırlıq gedir…”
  • Dünya liderlərinin başına gələn ağlasığmaz hadisələr
  • GÖYÇAY RAYONU İNKİŞAF YOLUNDA
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • 01 Ağu 2018, 04:24   
        718
    Azərbaycanın ərazi bütövlüyü naminə vuruşan qəhrəman oğulları Siz də tanıyın!

    Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün bərpası üçün sidq ürəklə çalışanların arasında Qubadlı rayonu əhalisinin də öz yeri, öz zəhməti var. Nədənsə, bu gün mediada, konkret olaraq, tele-radio kanallarında elə insanlar deyil, şou aləminin “bozbaş” ları təbliğ olunur.
    Bu gün sizə Azərbaycanın, o cümlədən, Qubadlının vətənpərvər və qeyrətli oğullarından danışacağıq.Çox istərdik ki, Azərbaycanın ərazi bütövlüyü naminə vuruşan qəhrəman oğulları Siz də tanıyasız.
    Yəqin ki, tamaşaçılar Azərbaycan kinosunun incilərindən olan “Atları yəhərləyin!”(indi adı “Qanlı zəmi”) bədii filminə maraqla baxıb. Həmin filmdə tarixi qəhrəmanlarımızdan olan Qaçaq Nəbidən bəhs olunur.Ölkəmizin istənilən bölgəsində Qaçaq Nəbinin,onun ömür-gün yoldaşı Həcər xanımın şəxsində qeyrətli və vətənpərvər övladlarımız çoxdur.
    Belə ailələrdən biri Qubadlı rayonunun Qayalı kəndində yaşayan Qaçay Qasımov və onun ailə üzvləridir.Tarixə Böyük Vətən müharibəsi kimi daxil olmuş 1941-1945-ci illər müharibəsi zamanı və ondan sonra ictimai asayişin keşiyində dayanan Qaçay əmi Həmayıl adlı bir xanımla ailə həyatı qurdu. Birgə nigahdan Gəray, Ruqiyyə, Həmid, Elxan, Əhliyət, Faiq adlı övladlar gəldi dünyaya. İxtisasca sürücü olan Gəray Qasımov keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidməti indi Ermənistanda keçirib.O, hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində xalqımıza vicdanla xidmət edən Milli Qəhrəman Mədət Quliyev, Azərbaycan DİN Daxili Qoşunların sabiq Komandanı Fəhmin Hacıyev kimi tanınmışlarla xidmət edib.İdmanın güləş növü ilə məşğul olan Gəray,Əhliyət və Həsənqulu Qasımov qardaşları,daim yıxılana dayaq olublar.
    Əhliyət Azərbaycan Respublikasının sabiq Daxili İşlər naziri, mərhum Məhəmməd Əsədovun yaratdığı Xüsusi Təyinatlı Polis Dəstəsinin ilk üzvlərindən olub. 1990-cı ilin sonunda işə qəbul zamanı boyu çox kiçik olduğundan Əhliyəti XTPD-nin tərkibinə götürmək istəməyiblər. Əhliyyət mərhum Məhəmməd Əsədovdan xahiş edib ki, işə qəbul etdikləri digər şəxslərin və onun etdikləri idman hərəkətlərini izləsin.Əhliyətin daha bacarıqlı olduğunu hiss edən sabiq Daxili İşlər naziri onun işə qəbulu üçün tapşırıq verib. Beləliklə də, 1991-ci ildən etibarən Əhliyətin şərəfli döyüş yolu başlanıb. O, XTPD-nin bir qrup əməkdaşı ilə birgə Qarabağın ayrılmaz hissəsi olan Xocalı Hava limanına gəlib. Ermənistandan Qarabağa gətirilən silah-sursat və sairənin qarşısını almağa çalışıblar.Əhliyət Xocalıda “Kürd Əli”ləqəbilə tanınardı.Qorxmaz bir oğul kimi, hətta, ermənilərin ideoloqu, qatı daşnak Zori Balayanın gəldiyi təyyarə ilə geri-Ermənistana qaytarılmasında da xüsusi rol oynamışdı.
    Həsənqulu Qasımov Sumqayıtda rahat iş-güclə məşğul idi.Məlahətli səsi olduğundan el şənliklərinə dəvət olunar, o da öz növbəsində insanlara nümunəvi xidmət göstərərdi. Həsənqulu keçmiş Sovet Ordusu sıralarında, Almaniyada xidmət etmişdi.Orda topladığı təcrübə, Dağlıq Qarabağ münaqişəsi zamanı kara gəldi.Həsənqulu şəxsi heyətin hər hansı bir yaşayış məntəqəsini ələ keçirərkən nizam-intizama əməl etməsinə, əlavə itki verilməməsinə xüsusi diqqət ayırardı. Respublika Müdafiə Nazirliyi Sənədli Filmlər Kino-Telestudiyasının rəisi, polkovnik – leytenant Seyidağa Mövsümlü (ruhu şad olsun.Amin!) və jurnalist Şamil Sabiroğlu 1992-ci il iyun ayının 5-də Qubadlı rayonun Yuxarı Cibikli kəndinin müdafiəçilərilə görüş keçirdi.Bu görüş əsnasında Həsənqulunun verdiyi müsahibə və gözəl muğam parçası ifa etməsi minlərlə insanın sevincinə səbəb oldu. O zaman bu veriliş Azərbaycan Televiziyası ilə nümayiş edildi. Az sonra o, Şamil müəllimlə Bakıda görüşərkən söyləmişdi ki, Milli Televiziyada efirə gedən həmin verilişdən sonra küçə ilə ilə sərbəst addımlaya bilmirəm. Çoxluq görən kimi tanıyır, salam verir, hətta evlərinə qonaq aparmaq istəyir. Həsənqulu Şamil müəllimə deyərmiş ki, Siz, məni və ön xətdə xidmət edən əsgərlərimi tele-ulduz eləmisiz. Xatırladırıq ki, Həsənqulu Qasımov Ermənistan Silahlı Qüvvələrinin 1992-ci il dekabrın 10-da apardığı irimiqyaslı hücum zamanı qəhrəmancasına şəhid oldu. Dövlət Başçısının müvafiq Sərəncamı ilə “Azərbaycan bayrağı”ordeninə layiq görüldü.
    Dəyərli oxucular, Həsənqulu Qasımov Azərbaycanın ən ləyaqətli, ən vətənpərvər oğullarından biriydi.Onun rəhbərlik etdiyi Bölüyün şəxsi heyətinin hamısının adını qeyd edə bilməsək də, bəzi cəngavərlərin adlarını qeyd edirik:leytenant(az sonra baş leytenat) Mayıl Məmmədov, leytenant Nasir Məlikov, əsgərlər-Müşviq Rzayev, Vidadi İsmayılov, Vasif Həbibov, Habil Mehdiyev, İmaməddin İsmayılov, Elimdar Allahverdiyev, Təhmasib Quliyev, Zaur Ağakişiyev, Asif Dadaşov, Əvəz Almədətov, Rizvan Orucov, Səxavət Rəhimov və başqaları.Şəhid olanlardan topçu Rəfail Qaybalıyev, Sirac Mehdiyev, Nafıyev, Tərlan Xaçmazlı...
    Bu ailənin növbəti üzvü, 2016-cı ilin aprel döyüşünün qəhrəmanlarından olan Faiq Qasımov haqqında da geniş danışmağa ehtiyac var.Çünki, tele-radio kanallarında, habelə, inernet şəbəkəsində Gəray, Əhliyət, Həmid, Faiq, Mayıl, Müşviq, İmaməddin, Əvəz, Vəzir...kimi ləyaqətli oğullar təbliğ edilmir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olan Faiq bir müddət Müdafiə Nazirliyinin Naxşıvandakı hərbi birləşməsində xidmət edib.Hazırda General-mayor Mais Barxudarovun rəhbərlik etdiyi “N”hərbi hissəsində xidmət edir.
    Qasımovlar ailəsinin digər yetirmələri-1986-cı ildə baş vermiş Çernobıl faciəsinin ağır nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətləri olan Həmid və uzun müddət Qubadlı Mərkəzi rayon Xəstəxanasında tibb bacısı vəzifəsində çalışan Ruqiyyə xanım da Vətənin ən yüksək mükafatlarından birinə layiq insanlardandır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzə başladığı ilk vaxtlarda könüllü surətdə silaha sarılan Həmid Qasımov şərəfli döyüş yolu keçib.
    Bu ailənin ləyaqətli oğlu Əhliyət Qasımov uzun sürən ağır xəstəlikdən sonra dünyasın dəyişdi.Yas mərasiminə qatılan yüzlərlə insan mərhum qazi qardaşımıza öz borcunu verməyə çalışırdı.Əhliyətin ali təhsilli oğul və qızı özlərinə münasib iş yeri tapa bilmir, halbuki, onların atasının Vətənə xidməti müqabilində bütün bağlı qapılar onun övladlarının üzünə açıq olmalıydı...

    Şamil Sabiroğlu,
    Əvəz Bəşiroğlu,
    Xatirə Tahirqızı,
    “xebertv.az” saytının və “Ulu zirvə”qəzetinin xüsusi müxbirləri.
    Bakı, 01.08.2018

    Şəkilərdə:Tanınmış jurnalist Şamil Sabiroğlu və qəhrəman döyüşçü Həsənqulu Qasımov(1992-ci il)
    Sabiq XTPD-çi, Qarabağ qazisi Əhliyət Qasımov
    Şəkildə: 1992-1995-ci illərdə və ondan sonra xidmət edən könüllülər
    Azərbaycanın ərazi bütövlüyü naminə vuruşan qəhrəman oğulları Siz də tanıyın!
    Azərbaycanın ərazi bütövlüyü naminə vuruşan qəhrəman oğulları Siz də tanıyın!
    Azərbaycanın ərazi bütövlüyü naminə vuruşan qəhrəman oğulları Siz də tanıyın!
    Azərbaycanın ərazi bütövlüyü naminə vuruşan qəhrəman oğulları Siz də tanıyın!
    loading...