Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Qarabağı geri almağın əsl zamanıdır, bir də belə imkan ələ düşməyəcək” – POLİTOLOQ…
  • Azərbaycan Tibb Universitetində dərslər onlayn şəklində davam etdirilir
  • Temperatur aşağı enəcək - Nazirlikdən xəbərdarlıq
  • Koronavirusun yayılmasının qarşısını alan ƏN EFFEKTLİ ÜSUL açıqlandı
  • Koronavirus heyvanlar arasında da yayılır
  • Koronavirusa görə dünyanı aclıq gözləyə bilər
  • Bu şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcək - AÇIQLAMA
  • Təsdiqləndi: 158 mindən çox şəxs evdən çıxa bilər
  • Bu virus bütün insanları xilas edəcək – Video
  • Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən - Video
  • Dünya şöhrətli PROFESSORDAN sevindirici xəbər: Koronavirus tezliklə bitəcək!
  • 27 ildir Kəlbəcər işğal olunub
  • Günün ulduz falı: 2 aprel, 2020
  • Alman ekspertlərdən şok proqnoz: Qıtlıq yaranacaq...
  • Dövlət kimə nə qədər PUL VERƏCƏK? - Əhaliyə ayrılacaq maddi yardımla bağlı SİYAHI AÇIQLANDI (VİDEO)
  • Hamı maska taxmalıdır: Bütün dünya bu qərara doğru gedir - Video
  • "Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
  • ÜST Azərbaycanın koronavirusla bağlı atdığı addımları TƏQDİR ETDİ
  • Bu gün Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib. İlk dəfə onlayn iclas tətbiq olunub.
  • Dövlətdən vətəndaşa 2,5 milyard manat
  • Günün ulduz falı: 1 aprel, 2020
  • SON DƏQİQƏ: Bu ölkəyə METEORİT DÜŞDÜ - Çox sayda ölü var/Yüzlərlə ev dağıldı (VİDEO)
  • COVID-19-a qarşı vaksin 2021-ci ilin əvvəlində istifadəyə hazır ola bilər
  • Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ
  • Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir? - Alimlər SİRLƏRİ AÇDI
  • 22 Haz 2018, 05:24   
        662
    “Nərimanov rayon Polis İdarəsində dələduzları müdafiə edirlər...”

    Jurnalist Şamil Sabiroğlu: “Nərimanov rayon Polis İdarəsində dələduzları müdafiə edirlər...”

    Azərbaycanın Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə yaradılmış ictimai-siyasi sabitlik göz qabağındadır. İnsanlar rahat şəkildə iş-gücüylə məşğuldur. Problemlər də az deyil. Əslində, dünyanın hər yerində problemsiz həyat yoxdur. Məsələn, demokratiyanın beşiyi sayılan ABŞ-da günün günorta çağı təhsil, mədəniyyət və istirahət ocaqlarında atışmaların baş verməsi adi hala çevrilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları, xüsusən də Respublika Daxili İşlər Nazirliyinin əməkdaşları öz vəzifə borclarını vicdanla yerinə yetirməyə çalışırlar.
    Tanınmış jurnalist, “Tərəqqi”medalının mükafatçısı, Qarabağ qazisi Şamil Sabiroğlu da polis özbaşınalığının qurbanıdır.Gəlin, onun dediklərinə diqqət yetirək:
    Həqiqətən də polis orqanlarında öz xidməti və insani vəzifələrini ləyaqətlə yerinə yetirənlər çoxdur.Lakin, vicdanını itirən, vətəndaşın ərizəsinə başdansovdu münasibət bildirən polis əməkdaşları da var.Belə polis əməkdaşlarından biri hazırda Bakının Nərimanov rayon Polis İdarəsinin İstintaq və Əməliyyat şöbəsində çalışır. Mən, özümə və digər doğmalarıma 2013-cü il may ayının 13-15-i arası Bakı şəhər sakini İsgəndər İslam oğlu Muradov tərəfindən dəymiş maddi ziyanla əlaqədar hələ 2016-cı ildə 18-ci Polis Bölməsinə ərizə ilə müraciət etdim.Ərizə araşdırılmaq üçün təhqiqatçı Məmməd Zeynalova təqdim edildi. İnsafən, Məmməd müəllim, cavabdeh İsgəndər Muradovun tapılması üçün zəruri əməliyyat tədbiorləri gördü.Lakin, İsgəndər “tapılmadığı”üçün cinayət işinin başlanması dayandırıldı.Mənim yenidən müraciətim əsasında 18-ci PB-nin rəisi Bayram Alıyev məni şəxsən qəbul etdi, kömək edəcəyini vəd etdi.1 ay ərzində işə düzəltmək adıyla bizdən 5.000 manat pul almış və həmin məbləği qaytarmamış İ.Muradov saxlanıldı ( məhz vədinə əməl etdiyi üçün 18-ci Polis Bölməsinin rəisi cənab Bayram Alıyev və həmin Bölmənin əməkdaşlarına təşəkkür edirəm), istintaq işinin başlanması üçün Nərimanov rayon Polis İdarəsinə təhvil verildi.Təəssüf ki, İstintaq şöbəsinin yeni rəisi Vüqar İsmayılov və müstəntiq kapitan Yavər Məmmədli cinayətkar İ.Muradovu azadlığa buraxdılar. Mən 18.06.2016-cı il tarixdə Respublikanın Baş Prokuroruna müraciət etdim. Nərimanov rayon Prokurorluğunda xitam verilmiş cinayət işinə yenidən baxıldı. İ.Muradov yenidən saxlanıldı, lakin, 15.XI.2016-cı il tarixdə “İsgəndər Muradovu tapmadıqları üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2. maddəsilə cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar “qəbul edildi.
    Nərimanov Polis İdarəsi əməkdaşlarının xəbəri olmadan aydınlaşdırdım ki, İ.Muradov 21.06.2014-cü ildə dələduzluq maddəsilə 4 il 6 ay müddətinə həbs edilib, 2016-cı il iyun ayının 25-də cəza müddəti 3 ilə endirilib və o, azadlığa buraxılıb.Hazırda da Bakının Suraxanı rayonunun Bakıxanov qəsəbəsində yaşayır.Hətta İ.Muradov haqda digər məlumatları da ərizəyə əlavə edə bilərəm.
    Mən, Qarabağ qazisiyəm.1989-1994-cü illərdə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişəm. Azərbaycan Respublikasının Daxili İşlər Naziri, General-polkovnik Ramil Usubova müraciət edirəm. Xatırladıram ki, vaxtilə Prezident Qvardiyasında xidmət etmiş İ.Muradov bəzi dövlət məmurları tərəfindən müdafiə olunur. Mən,cənab Nazir Ramil Usubovdan ailə və övladımın təhlükəsizliyinə təminat istəyirəm. Tələb edirəm ki, İ.Muradov, onun yaxın qohumu Müşfiq adlı şəxsin və digər qrup üzvlərinin bizə dəyən ziyanı qısa müddətdə ödəsin, istintaq işini bilərəkdən yarımçıq saxlamış Nərimanov rayon Polis İdarəsinin əməkdaşı Yavər Məmmədli və qeyriləri haqda ciddi ölçü götürülsün.
    Redaksiyadan: Aldığımız məlumata görə bir qrup QHT rəhbəri tanınmış jurnalist Şamil Sabiroğluya dəstək məqsədilə Dövlət Başçısı Cənab İlham Əliyev, Respublikanın Baş Prokuroru cənab Zakir Qaralov, Respublikanın Daxili İşlər Naziri, General-polkovnik cənab Ramil Usubov, Milli Məclisin deputatları-Flora xanım Qasımova, Qənirə xanım Paşayeva, cənab Elman Məmmədov və cənab Azay Quliyevə müraciət edib.
    P.S.Mövzunu diqqətdə saxlayacağıq.
    ,
    Şamilə Şamilqızı.
    Bakı, 22.07.2018.
    loading...